Heydər Əliyev informasiya müharibəsinin fəlsəfəsini ortaya qoydu

4 günlük aprel savaşı ilə bağlı “Hərbi əməliyyat, yoxsa müasir müharibə?” başlıqlı ötən yazımızda qeyd etmişdik ki, Azərbaycan xalqı ilk dəfə olaraq öz dövlətinə, öz ordusuna, öz prezidentinə inanaraq onun ətrafında sıx birləşdi. Və Azərbaycan ordusu müasir müharibə aparmaq qabiliyyətini ortaya qoyaraq strateji əhəmiyyətli hərbi yüksəklikləri erməni işğalçılarından azad elədi.
Ancaq çox təəssüf ki, 4 günlük müharibə informasiya mübarizəsində gecikdiyimizi, obrazlı desək, informasiya yüksəkliklərinin hələ də ermənilərin əlində qalmaqda davam etdiyini üzə çıxardı.
Axı, indi ötən əsrin 88-90-cı illəri deyil ki, biz informasiya müharibəsində geri qalaq.
Yəqin çoxlarının yaxşı yadındadır ki, ötən əsrin 90-cı illərində, Azərbaycan demək olar ki, tamamilə informasiya blokadasına alınmışdı və az qala bütün dünya cəfakeş ermənilərin hüquqlarından, azərbaycanlıların ermənilərə etdiyi zülmlərdən danışırdı. Bizim haqq səsimizi isə eşidən yox idi.
O vaxt bunun ciddi səbəbləri var idi.
Məlumdur ki, ermənilər ozamankı Mərkəzi Komitədə, Nazirlər Sovetində, xəbər agentliklərində və digər qurumlarda yüksək səviyyədə təmsil olunurdu. Digər tərəfdən sovet məkanının dünyaya yeganə informasiya çıxış yolu Moskva idi. Yəni informasiya ancaq Moskva vasitəsilə dünyaya ötürülürdü, Moskva isə “bizim göz yaşlarımıza inanmırdı”.
Bütün bunların üzərinə dünyadakı güclü erməni lobbisini gəldikdə Azərbaycanın o zamankı vəziyyətinin nə dərəcədə dözülməz olduğunu təsəvvür etmək çox ağırdır. Biz hələ dünya güclərinin maraqlarını demirik.
Axı, o dövrdən 25 ildən artıq vaxt keçib. Bu müddət ərzində bizim müxtəlif ölkələrdə diasporamız formalaşıb, səfirliklərimiz fəaliyyət göstərir, Rusiyanın özündə kifayət qədər tanınmış biznesmenlərimiz var və ən əsası Moskva artıq dünyaya yeganə informasiya çıxış qapısı deyil....Bəs biz niyə informasiya müharibəsində gecikirik..?
Niyə ordumuzun qələbəsinə informasiya dəstəyini yetərincə verə bilmirik..?
Niyə ermənilərin saxta məlumatlarını ən tezi 2-3 gün sonra təkzib etmək məcburiyyətində qalırıq..?
Bu suallar ətrafında ciddi düşünməyin zamanıdır...
Söhbət informasiya müharibəsindən düşmüşkən, məsələ təkcə problemin texniki tərəfindən - xəbərlərin operativliyindən, canlı reportajlardan, məlumatların verilməsində gecikmədən, qarşı tərəfin informasiya mənbəyi olaraq etibarsızlığına nail olmaqdan getmir. Söhbət daha ciddi mətləbdən, informasiya müharibəsində - ideoloji-siyasi pozisiyanın düzgün seçilməsindən gedir.
Məlumdur ki, ermənilər on illərdir apardıqları informasiya savaşında Dağlıq Qarabağ məsələsini dünyaya etnik-dini-milli konflikt, özlərini isə dini-etnik əzabkeş kimi kimi təqdim etməyə çalışıb və bu istiqamətdə dünyanı az qala inandıra biliblər. Guya biz azərbaycanlılarla ermənilərin birgə yaşaması mümkünsüzdür.
Yəni etnik-dini məsələ ermənilər üçün uzun illər ideoloji-siyasi silah olub.
Çox təəssüf ki, bizim bəzi yazarlar, sosial şəbəkə istifadəçiləri də bilməyərəkdən tez-tez erməni toruna düşür və istənilən məsələdə etnik tərəfi qabartmağa çalışır.
Məsələn, son vaxtlar sosial şəbəkədə və ölkə mətbuatında Eurovision Mahnı Yarışında Camalanın qələbəsinə olan münasibət ciddi suallar doğurur. Daha dəqiq desək, Camalanın anasının Qarabağ ermənisi olması bizim bəzi qələm əhlinin qəzəbinə səbəb olub. Yəni müzakirələrdə Camalanın ETNİK mənsubiyyəti xüsusi olaraq qabardılır. Axı, Camalanın anasının erməni olmasından önəmli məsələ, onun oxuduqlarıdır. Camala deportasiyaya məruz qalmış xalqların problemini dünyaya mahnı vasitəsilə çatdırır. Axı, 100 minlərlə azərbaycanlı da Ermənsitandan deportasiya olunub və s...
Bəs belə olan halda niyə bizim bəzi yazarlar erməni toruna düşərək etnik mənsubiyyəti bu qədər qabardır...?
Axı, Azərbaycan cəmiyyətinin tarixən tolerant olmasını, müxtəlif millət və din mənsublarının bu ərazidə sülh şəraitində yaşamasını hətta əcnəbi araşdırmaçılar da qeyd edir. Bəs nə baş verir ki, bizim cəmiyyətin müəyyən hissəsi, hətta ziyalılarımız etnik mənsubiyyətə bu qədər önəm verir..?
Ümumiyyətlə, tarixi təcrübə göstərir ki, uzun müddət qarşıdurma vəziyyətində olan tərəflərdən biri o birinin xislətinə, metodlarına, “sılah”ına yiyələnir. Buna görə də biz özümüz də bilmədən tədricən özümüzü ermənilərə oxşatmaq, onların “sılah”ından istifadə etmək istəyirik. Ancaq unutmaq lazım deyil ki, hamı eyni “silah”dan eyni səviyyədə, eyni bacarıqla istifadə edə bilməz. Birincisi və ən əsası ona görə ki, bu “silah” erməni xarakteri və xisləti üzərində qurulub. İkincisi, erməni tərəfi bu “silah”dan yüz ildən artıqdır istifadə edir və bu “silah”ın bütün sirlərinə yiyələnib.
Belə olan təqdirdə biz ermənilərin öz “silah”ı ilə onlara necə qalib gələ bilərik? Ona görə də gec də olsa, biz ermənilərin və dünyanın qarşısına “erməni silahı” ilə yox, öz silahımızla çıxmalı, enerjimizi və pulumuzu “erməniləri ifşa etməyə” deyil, daha çox özümüzü Böyük Dünyaya bir sivil, mədəni millət kimi təqdim etməyə yönəltməliyik. Daha dəqiq desək, müasir dünyanın başa düşdüyü dildə danışmağı bacarmalıyıq...bizim yeganə xilas yolumuz budur...
Yeri gəlmişkən, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə əbəs yerə etnik millətçiliyi deyil, məhz azərbaycançılıq ideyasını önə çəkmədi. Və Parisdə müsahibəsində gülə-gülə bildirdi ki, “Hazırda Bakı şəhərində 30 min erməni gəlinimiz var”.
Bu sivil dünyaya və uzaq gələcəyə yönəlmiş çox ciddi mesaş idi.
Mərhum prezident dünyaya anlatmağa çalışırdı ki, bizim ermənilərlə birgə yaşamaq problemimiz yoxdur, yəni Qarabağ problemi dini-milli-ETNİK konflikt deyil, ermənilərin birbaşa ərazi-torpaq iddasıdır...Bununla da Heydər Əliyev hələ uzun illər davam edəcək Azərbaycan - Ermənistan informasiya savaşının fəlsəfəsini ortaya qoydu, tutacağımız pozisiyanı dəqiq müəyyən elədi. Savaşda pozisiyanın düzgün seçilməsi isə çox önəmlidir.
Bu uzaqgörən bir siyasət idi. Bu gün onun nəticəsi özünü tədricən göstərir.
Digər tərəfdən artıq dünyada etnik-dini məsələlərdən ideoloji-siyasi silah kimi istifadə etməyin imkanları xeyli tükənib, bu reallıqdır.
Buna sübut kimi 4 günlük müharibədə bir çox Avropa ölkələrinin ən azı neytral qalması bir daha onu göstərdi ki, problemlərin etnik müstəvidə həlli imkanları daralır. Erməniləri panikaya salan səbəblərdən biri də budur. Artıq ermənilərin ideoloji-siyasi silahı effekt vermir.
Bütün bunları nəzərə alan Azərbaycan prezidenti cənab İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edərək dünyaya göstərdi ki, biz dini-irqi-etnik fərqindən asılı olmayaraq hər millətlə birgə yaşaya bilərik və yaşayırıq. Ancaq 1991-ci ildə ilk dəfə əlinə müstəqillik fürsəti düşən Ermənistan demək olar ki, bütün xalqları deportasiya edərək monoetnik dövlətə çevrildi.
Bütün bunların nəticəsi olaraq bizim ziyalılar, düşüncə adamları erməni toruna düşməməli və dünyaya sübut etməliyik ki, biz öz maraqlarımızı dünya maraqları ilə uzalaşdırmağı və dünya ilə birgə yaşamağı bacaran millətik. Müasir dünyanın yaşam fəlsəfəsi budur.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 2025 11:35
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 2025 01:31
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Əhməd əl-Şaraanın təyin etdiyi qadın nazirlə bağlı ŞOK FAKTLAR - FOTO
30 mart 2025 15:53
- Prezidentdən Ramazan PAYLAŞIMI - FOTO
29 mart 2025 20:28
- Prezident Şəfiqə Məmmədovanı -İstiqlal- ordeni ilə təltif etdi - FOTOLAR
29 mart 2025 13:50
- O ünsürlər buna layiq deyillər - Prezident
28 mart 2025 14:33
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45