Əziz Mikayılovun viran qoyduğu Sabirabad səhiyyəsi
Rayon Mərkəzi Xəstəxanasında ölüm halları necə ört –basdır edilir?
Baş həkim arxasında səhiyyə nazirinin və rayon İcra Hakimiyyəti başçısının dayandığını iddia edir
Əvvəlcə onu qeyd edək ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun korrupsiya əməlləri barədə mətbuatda kifayət qədər yazılıb.
Amma çox təəssüf ki, əlaqədar təşkilatlar, ilk növbədə isə Səhiyyə Nazirliyi israrla sükut nümayiş etdirir.
Məhz elə bu da Əziz Mikayılova Azərbaycan dövlətinin Sabirabad rayon səhiyyəsinə büdcədən ayırdığı vəsaiti mənimsəməyə, rayon sakinləri ilə istədiyi kimi rəftar etməyə, necə deyərlər, xəstəxanada bazar açmağa imkan verir. Baş həkimin "nazir mənim arxamda dayanıb, hara istəyirsiniz yazın, onsuz da heç nə edə bilməyəcəksiniz" hədələri də, bizcə, elə yuxarı təşkilatların laqeydliyindən qaynaqlanır. Nəticədə rayon camaatı digər instansiyalara müraciət etmək zorunda qalıb.
Sabirabad rayonu H.Ağayev küçəsi ev 10, mənzil 9-da yaşayan rayon sakini, II qrup əlil Ismət Əlvan oğlu Hüseynov Səhiyyə Nazirliyi tərəfindən səsinin eşidilmədiyini görüb, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək ondan kömək istəmək məcburiyyətində qalmışdır.
NUH.az-a daxil olan məktubda səsləndirilənlər rayon xəstəxanası üçün tipik hal olduğuna görə həmin məktubu burada olduğu kimi vermək qərarına gəldik. Məktubda deyilir:
"Hörmətli Mehriban xanım, mən uzun müddətdir ki, bronxit və ağ ciyər xəstəsiyəm, maddi vəziyyətim olduqca ağırdır, ailəmizin gəliri mənim aldığım 50 manat pensiyadan ibarətdir. Dərman almaq məqsədi ilə dəfələrlə Sabirabad rayon Mərkəzi Xəstəxanasanın baş həkimi Əziz Mikayılovun qəbulunda olsam da, mənə heç bir köməklik göstərmir. Başa düşə bilmirəm, dövlət büdcəsindən dərman pereparatları almaq üçün ayrılan milyonlarla manat vəsait niyə Əziz Mikayılov tərəfindən mənimsənilməli, mənim kimi imkansızlar isə dava-dərmansızlıqdan ölməlidirlər? Dövlət qurumları niyə bu özbaşınalığa biganə yanaşır?
Hörmətli Mehriban xanım, ötən dəfə Sizə ünvanladığım müracitə də rayonda biganə yanaşıldı. Mənə şifahi xəbər göndərdilər ki, xəstəxanaya gəlim. Mən də düz dörd gün gedib -gəldim. Kabinetlərin birində qarşılaşdığım Məmmədağa Məmmədov adlı birisi bildirdi ki, səni ya baş həkim, ya da müavini Qalib qəbul edəcək. Amma məni heç kim qəbul etmədi. Qısası, Sabirabad xəstəxanasında əhaliyə pulsuz xidmət göstərmirlər, baş həkim Sabairabad səhiyyəsini idarə etməyi Rusiya bazarında nar satmaq kimi başa düşür. Ümidimiz yalnız Sizədir, Mehriban xanım".
Rayondan aldığımız digər məktublarda da bu və buna bənzər faktlar sadalanır. Məsələn, əldə etdiyimiz məlumata görə, dövlət tərəfindən müəyyən olunmuş dərman və ərzaq məhsullarının yalnız 0,25 faizi şöbələrə və kəndlərə verilir. Qış aylarında xəstəxanaların isidilməsi üçün ayrılmış neft məhsulları da mənimsənilir. Baş həkim Əziz Mikayılov 2009-2012-ci illərdə qeyri-qanuni şəkildə iki yerdə işləyib və əmək haqqı alıb. Baş həkim olanda da VTEK-də işləməyini gizlədib. Bunu Sosial Müdafiə Nazirliyi də təsdiqləyə bilər. Bizə çatan məlumata görə, baş həkimin qanunsuz əməllərindən rayon İH başçısının məlumatı var, amma “nədənsə” göz yumur. Səhiyyə Nazirliyində hələlik adını çəkmək istəmədiyimiz şöbə müdiri onu himayə edir, yəni baş həkimin qeyri-qanuni əməllərini nazirdən gizlədir.
Daha bir dəhşətli faktı qeyd edək, rayonda ana və uşaq ölümləri çox ciddi şəkildə gizlədilir. Məsələn, 1983-cü il təvəllüdlü Təhminə Təvəkkül qızı Aslanlı 20.11.2013-cü il tarixdə Sabirabad Regional Perinatal Mərkəzində bir oğlan uşağı dünyaya gətirib, lakin düzgün aparılmayan əməliyyata görə 7 gündən sonra ana dünyasını dəyişib. Fakt gizlədilib. Bir çox hallarda başqa rayonlarda doğulan uşaqlara da Sabirabad Regional Perinatal Mərkəzində arayış verilmişdir. Məsələn, Sabirabad rayon Kürkənd sakini Vüsalə Haxverdi qızı Məmmədova 09.08.2008-ci ildə Qobustan Mərkəzi Xəstəxanasında bir qız uşağı dünyaya gətirib. Həmin uşağa 15.08.2008-ci ildə 0073465 saylı "Doğum haqqında tibbi şəhadətnamə" də verilib. Lakin beş ildən sonra Qeydiyyat şöbəsi yenidən 103 saylı forma istəyəndə Məmmədovlar Qobustana getməyə əriniblər. 27.04.2013-cü il tarixdə 103 saylı formanı elə Sabirabad Doğum Evindən əldə ediblər. Necə? Yəqin ki, bunu qanunsuz arayışı verənlər özləri bilirlər. Bir məsələni də qeyd edək. Sabirabad PerinataL Xəstəxanasından xəstələr çox vaxt Şirvan və Bakının özəl xəstəxanalarına göndərilir. İstər-istəməz sual doğulur, niyə? Bunu orada çox şeyləri ört-basdır etmək imkamları ilə izah edənlər də var. Bir sözlə, bu yazıda Sabirabad rayon Xəstəxanasında baş verənlərin yalnız xırda bir qismi ilə sizləri tanış etdik. Növbəti yazılarımızda qapıları bağlı qalmış kənd xəstəxanalarındakı vəziyyətlə sizləri tanış edəcəyik!
NUH.az
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
- Eynşteynin sevgi məktubları satıldı - 535 min dollar...
12 dekabr 2024 23:14
- Ağdaşda Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb
12 dekabr 2024 18:05
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2024 12:05
- Heydər Əliyevin vəfatından 21 il ötür
12 dekabr 2024 10:00
- Azərbaycan və Türkiyə liderlərindən dünyaya Suriya MESAJI
11 dekabr 2024 11:05
- Həbsdəki şəriki Elman Rüstəmovun 5 milyonluq kredit korrupsiyasını ifşa etdi - ŞOK MƏHKƏMƏ İŞİ
6 dekabr 2024 18:26
- 2024-cü ildə vəfat edən tanınmış simalar- Namiq Abbasov, Hadı Rəcəbli, Dudaş Rzayev və s...
5 dekabr 2024 12:43
- Azərenerji-nin 2 əməkdaşı işıq dirəyindən yıxılıb öldü
1 dekabr 2024 02:56
- Cavanşir Feyziyev Şimali Kipri təbrik etdi - Fotolar
29 noyabr 2024 00:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54