Hansı universitetlərdə imtahanlardan şikayət var...
Daha bir tədris ilinin sona çatır. Artıq bir neçə gündür universitetlərdə yay sessiyasının imtahanları başlayıb.
Modern.az saytı imtahanlara nəzarət şuralarının olub-olmadığını, imtahanla bağlı tələbələrin şikayətləndiyi məqamları öyrənmək üçün bir neçə ali təhsil ocağı ilə əlaqə saxlayıb. Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfaqət Kazımova bildirib ki, iyun ayının 1-dən 31-nə kimi əyani şöbədə, iyunun 31-dən iyulun 7-nə kimi isə qiyabi şöbədə yay imtahan sessiyası olacaq. Rektorun əmrinə əsasən, universitetdə operativ qərargah yaradılıb və yazılı şikayətləri qəbul etmək üçün qutular qoyulub. Bundan əlavə tələbələr 440-35-05 və 440-61-82 saylı şəhər nömrələrində də zəng edərək şikayətlərin bildirə bilərlər. Universitetdə daxili qərargahdan əlavə, Təhsil Nazirliyinin də qərargahı var, imtahanlara onlar tərəfindən də nəzarət olunur. “ Universitetimizdə ictimai Şura yoxdur. İctimai Şura yaratmaq haqqında düşünürük. İmtahanlar yazılı formada keçirilir. Tələbələr imtahanın obyektiv, qərəzsiz və şəffaf keçirilməsindən razıdırlar. Eyni zamanda yaradılan şəraitdən razılıqları var. Əgər tələbə hansısa məsələ ilə bağlı müraciət edirsə, bu zaman araşdırma aparılır və müvafiq qərar verilir. Universitetin rektor vəzifəsini icra edən Dünyamin Yunusov tərəfindən humanist bir addım atılıb, hansısa tələbə 1 bal-a görə dekanlığa müraciət edirsə, bu məsələ tələbənin xeyrinə həll olunur”. Azərbaycan Neft və Sənaye Universitetinin İmtahan mərkəzinin rəhbəri Osman Mirzəyev bildirib ki, imtahanlar mayın 28-dən iyulun 4-nə qədər davam edəcək. “İmtahan başlamazdan 2 gün qabaq müxtəlif saytlarda elanlar verdik. İstənilən təhsil eksperti, valideynlər və jurnalistlər istədikləri vaxt imtahanın gedişatına müdaxilə etmədən nəzarətçi qismində prosesdə iştirak edə bilərlər. İmtahanlar 2 üsulla keçirilir: 1. Bir qism müəllimlər imtahanları özləri götürür. Hansı ki, tanınmış alimlərdir və indiyə qədər qüsursuz işləyiblər. 2. İmtahanlar mərkəzləşdirilmiş şəkildə keçirilir. Hər bir qrupa auditoriya və nəzarətçi təyin edilir. Müəllim yalnız imtahana 10-dəq qalmış bilir ki, hansı auditoriya və hansı qrupda nəzarət edəcək. Tələbələr sualların maksimum dərəcədə sadələşdirilməsindən və asanlaşdırılmasından razıdırlar. Hər halda bizə hər hansı şikayət daxil olmayıb. Hansı ki, “qaynar xətt” də fəaliyyət göstərir”. Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova qeyd edib ki, imtahanlar iyunun 1-də başlayıb 21-də bitəcək. “ATU-da ictimai nəzarət var. Bu şuralara tələbələr, valideynlər, media nümayəndələri daxildir. ATU-da dövlət imtahanları 2 mərhələdə keçirilir. Birinci mərhələ - bacarıq imtahanı Dövlət İmtahan Komissiyası tərəfindən qiymətləndirilir. İkinci mərhələ isə test üsulu ilə ATU-nun Virtual Test Mərkəzində (VTM) keçiriləcək. Hər mərhələ 50 bal hüdudunda qiymətləndirilir. Hələ ki tələbələr narazılıq bildirməyiblər, bu haqda imtahanlar bitdikdə bir daha məlumat verə bilərəm”. Azərbaycan Universitetin İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsindən bildiriblər ki, yay imtahan sessiyası 30 mayda başlayıb, 3 iyulda yekunlaşacaq. İmtahanların gedişində obyektivliyi təmin etmək və yarana biləcək münaqişələri həll etmək məqsədi ilə “Operativ qərargah” və Apelyasiya komissiyası yaradılıb. İctimaiyyət nümayəndələri üçün açıq olan imtahanlar yazılı formada keçirilir. İndiyə qədər cəmi 6 tələbə “Operativ qərargah”a ərizə ilə müraciət edib. Onlardan 2-si imtahanda köçürmə ilə bağlıdır Qafar Ağayev
NUH.az
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Qondarma -erməni soyqırımı-nı hansı müsəlman ölkələri tanıyıb - ADLAR
16 dekabr 2024 15:57
- Gürcüstanın futbolçu prezidenti ilk dəfə müsahibə verdi: keçmiş prezidenti polislə hədələdi - FOTO
16 dekabr 2024 01:01
- Sabiq müdafiə naziri: - Hərbi çağırış həddini nəinki 30 yaşa, 27 YAŞA ENDİRMƏK lazımdır
15 dekabr 2024 01:23
- Gürcüstanın ORTA TƏHSİLLİ yeni prezidenti haqqında DOSYE
14 dekabr 2024 15:54
- Bakıda mühafizəçi - OXRANNİK- diş həkimi adı ilə xəstənin 11 dişini çəkdi
12 dekabr 2024 16:38
- 3 minədək şəxsin namizədliyi irəli sürülüb - Məzahir Pənahov
12 dekabr 2024 15:36
- Onların əsgərlikdə 4 GÜNÜ 1 GÜN SAYILACAQ - CƏZA
12 dekabr 2024 13:04
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54