Səfir müharibədə iştirak etməyə hazırdır

"Ermənistan digər dövlətin ərazisini işğal edib, indi də bütün dünyaya izah etməyə cəhd edir ki, belə də olmalıdır".
APA xəbər verir ki, bunu "Moskovski Komsomolets" qəzetinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın onun barəsində dediklərini şərh edən diplomat Ermənistan XİN başçısına acıdığını söyləyib: "Hər şeydən əvvəl mən, Nalbandyana acımaq istəyərdim. Sovet diplomatiyası məktəbini keçən Nalbandyan başa düşə bilmir ki, haqq qazandırmağa çalışdığı mövqe əvvəldən zərərlidir və kökündən BMT Nizamnaməsinə və beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Qaranın ağ olduğunu sübut etmək mümkün deyil. Ermənistan digər dövlətin ərazisini işğal edib, indi də bütün dünyaya izah etməyə cəhd edir ki, belə də olmalıdır. Bu ki, absurddur! Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü mövcud olduğu sərhədlərdə tanıyır. BMT Təhlükəsizlik Şurası, hansı ki, qərarları imperativ xarakter daşıyır, hələ 1993-cü ildə dörd qətnamə qəbul edib: 822, 853, 874, 884. Bu qətnamələrdə BMT TŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi təsdiq olunub, Azərbaycanın işğal altındakı rayonlarından işğalçı qüvvələrin birtərəfli çıxarılması tələb olunub. 2008-ci ildə BMT Baş Assambleyası 62/243 saylı qətnamə qəbul edib. Bu qətnamədə də növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyət barədə dünya ictimaiyyətinin mövqeyi qeyd olunub. Burada necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Hər şey aydındır. Bütün dünya tərəfindən tanınan xəritələr mövcuddur və orada hər şey dəqiqi görünür. Azərbaycan və onun işğal altındakı ərazilər və özgə ərazisini işğal edən təcavüzkar var. Azərbaycan heç bir zaman ona qarşı həyata keçirilən işğal ilə barışmayacaq. Özünümüdafiə-BMT Nizamnaməsinə görə hər bir ölkənin hüququdur. Bu, qədim zamanlardan bu günə qədər hər bir xalqın müqəddəs borcudur. Mən Azərbaycan vətəndaşı, ata-baba yurdu Şuşada işğal altında olan əslən bir qarabağlı kimi bir daha bəyan edirəm ki, vətənimin torpaqlarının işğalçılardan azad olunması üçün şəxsən vətən müharibəsində iştirak etməyə hazıram. İşğala məruz qalan ölkənin səfiri kimi Rusiya və dünya ictimaiyyətinə real vəziyyəti izah etmək üçün bütün imkanlardan istifadə etmişəm, edirəm və bundan sonra da edəcəm". Münaqişə zonasında vəziyyətin monitorinqini aparan ATƏT missiyasının gücləndirilməsinin perspektivləri barədə sualı cavablandıran səfir P.Bülbüloğlu qeyd edib ki, hər şeydən əvvəl nizamlanma prosesində real irəliləyişə ehtiyac var:"Bu irəliləyiş Ermənistan silahlı qüvvələrinin çıxarılmasının həyata keçirilməsi ilə başlaya bilər. Məhz bu əsasda beynəlxalq monitorinqin gücləndirilməsi mexanizmini müzakirə etmək olar. İlk növbəli tapşırıq münaqişənin mərhələli nizamlanma planı əsasında həll edilməsidir. Bunun nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmalıdır. Ancaq bu halda beynəlxalq monitorinqin gücləndirilməsinin vacibliyi yaranacaq. Beynəlxalq vasitəçilərin mandatı da bundan ibarətdir. Qısa müddətdə bu nəticəyə nail olmaq üçün ATƏT-in Minsk Qrupu yardım etməlidir. Sülhməramlı adı altında mövcud status-kvonun möhkəmləndirilməsi mexanizmlərini yaratmaq kökündən səmərəsizdir. Azərbaycan belə yanaşmaya razılıq verə bilməz. Belə ki, bu bizim ölkəmizin maraqları nöqteyi nəzərindən qəbuledilməzdir və beynəlxalq hüquqa uyğun deyil. Regiona sülh lazımdır. Məhz bu istiqamətdə birgə səylərin atılması lazımdır".
NUH.az
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 2025 21:05
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 2025 22:45
- Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq – Netanyahu
30 mart 2025 22:22
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 2025 17:27
- NАR-ın dəstəyi ilə -Breyn Rinq-in yeni mövsümü başlayır
30 mart 2025 16:24
- Əhməd əl-Şaraanın təyin etdiyi qadın nazirlə bağlı ŞOK FAKTLAR - FOTO
30 mart 2025 15:53
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45