Kristal Abşeron MTK vətəndaşı ölüm həddinə çatdırıb
Vətəndaşların çətinlik çəkdiyi problemlərdən biri də etibarlı tikinti şirkəti tapmaqdır. Çünki bu günə kimi onlarla tikinti firması payçıları aldadıb.
Onlar gah bir mənzili bir neçə payçıya satıb, gah inşaatı yarımçıq qoyub, yaxud da evlərin təhvil verilməsini gecikdiriblər.
Xalqxeber.Az xəbər verir ki, hazırda əmlak almaq istəyənlərin əlində iri həcmdə pul kütləsi olmadığından yeni tikilmiş binalardan hissə-hissə ödəmək şərti ilə mənzilə sahiblənirlər.
Ancaq tikinti şirkətlərinin sonradan verdiyi vədlərə əməl etməməsi əlavə problem yaradır.
Adı müxtəlif qalmaqallarda hallanan tikinti şirkətlərindən biri də "Kristal Abşeron" MTK şirkətidir. Belə ki, adı qeyd olunan şirkət son dövrlər müştərilərini incitməklə və onları dolandırmaqla məşğuldur. Şirkətin qanunsuzluqlarından şikayətlənən müştərilər artıq cana doyduqlarını və dəfələrlə aidiyyatı orqanlara şikayət etdiklərini bildirirlər. Ötən gün Xalqxeber.Az-ın redaksiyasına ərizə ilə müraciət edən İbişov Rəşad Kamil oğlu "Kristal Abşeron" MTK şirkətinin qanunsuzluqlarından cana doyduğunu və özünə qəsd edəcəyini bildirmişdir. Vətəndaşın sözlərinə görə, O, 2013-cü ilin avqust ayından Kristal Abşeron MTK-nın tikdiyi ev 1, mənzil 24-də yaşayır.
İbişov bildirir ki, 2013-cü ildə adı qeyd olunan tikinti şirkətindən 41.6 kv.metr, 1 otaqlı mənzili kredit müqaviləsi əsasında almışam. Mən evi alarkən şirkət tərəfindən bildirilmişdi ki, kredit müqaviləsi başa çatdıqdan sonra texniki pasport heç bir ödəniş olmadan sakinlərə paylanılacaq. Hətta şirkət rəhbərliyi bu barədə bütün yaşayış binalarına bildirişlər paylamışdı. Bir müddət keçdikdən sonra Kristal Abşeron MTK şirkətinin ofisinə evin texniki pasportunu almaq üçün müraciət etdim. Məni orada Orxan adlı şəxs qarşıladı və bildirdi ki, texniki pasportu almaq üçün 300 ( üç yüz ) manat ödəməlisən.
Mən ona bildirdim ki, axı şirkət tərəfindən təmənnasız olaraq texniki pasportlar verilir. O, isə mənə bildirdi ki, bu məbləğ mütləq şəkildə ödənilməlidir əks təqdirdə texniki pasport verilməyəcək. Bu zaman etiraz etməyə başladım və bildirdim ki, qanunsuzluğa əl atırsınız. Orxan adlı şəxs məni şirkətin direktoru Azər müəllimin yanına apardı və dedi nə etirazın var ona bildirərsən. Şirkətin direktoru guya mənə ürəyi yanır deyə qeyd etdi ki, əgər pulun yoxdusa hər ay 50 ( əlli ) manat ödəyərsən.
Mən şirkət rəhbərliyinə bildirdim ki, bu pulu niyə ödəməliyəm axı siz bildirişlər paylamısınız ki, texniki pasportlar sakinlərə pulsuz veriləcək. O isə mənə gülümsəyərək, "bu müştərini cəlb etmək üçün bir variantdır cavan oğlan" dedi. Hətta əsəbi şəkildə bildirdi ki, get pulu düzəlt şirkətin rəsmisi Günay xanıma çatdır. Mən kor-peşman şirkət rəhbərinin otağından çıxıb evimə tərəf yollandım. Bir neçə gün keçmişdi ki, binanın komendatı qapımı döyməyə başladı və bildirdi ki, əgər pulu çatdırmasan evinin işığını kəsəcik. Mən ona bildirdim ki, mənim heç bir borcum olmadığı təqdirdə evimin işığını kəsmək qanunsuzluqdur və özbaşınalıqdır. O isə mənə cavabında bildirdi ki, dərdini sonra şirkət rəhbərinə deyərsən.
Komendatın dediyi kimi oldu. Evimin elektrik enerjisini heç bir borcum olmadan kəsdilər. Mən şirkətin ofisinə yaxınlaşaraq, onların bu əməlinin qanunsuz və özbaşınalıq olduğunu dilə gətirdim. Hətta qeyd etdim ki, mənim yoldaşım hamilədir, sizin etdiyinin bu qanunsuzluğu Allah belə götürməz. Ofisdə mənə binanın komendatı Vüqar adlı şəxs bildirdi ki, şirkətin direktoru Azər müəllim bizə göstəriş verib, bizdə sənin işığını kəsmişik. 300 manat ödənilməsə işığın qoşulmayacaq. Mən şirkətin rəsmisi Günay xanıma dedim ki, bu barədə aidiyyatı qurumlara müraciət edəcəm və siz qanunsuz əməllərinizə görə cavab verəcəksiniz. O isə mənə bildirdi ki, get hara istəyirsən şikayət et, guya yuxarıda oturanlar bilmirlər biz 300 manatları niyə sakinlərdən yığırıq. Mən Günay xanıma bildirdim ki, "Kupça"-nın dövlət rüsumu nədirsə onu ödəyəcəm, sizin istədiyiniz məbləği ödənilməyəcək.
Şikayətçi müraciətində onu da qeyd edir ki, artıq neçə gündür evimiz işıqsız qalıb. Lakin şirkət rəhbə isə yoldaşımın hamilə olduğunu bilə-bilə Allahsızlıq edərək, bizi qaranlığa qərq edib.
Xalqxeber.Az redaksiyası olaraq məsələ ilə bağlı Kristal Abşeron MTK şirkətinin rəsmisi Günay xanımla əlaqə saxladıq. Günay xanım bizə bildirdi ki, bəli şirkət rəhbərliyi tərəfindən İbişov Rəşad Kamil oğlunun yaşadığı mənzilin elektrik enerjisinin kəsilməsi barədə göstəriş verilib. Çünki İbişov Rəşad ondan tələb olunan 300 ( üç yüz ) manat pulu ödəməkdən boyun qaçırır və bizim telefonlarımıza cavab vermir. Sizə görə mən göstəriş verərəm İbişov Rəşadın mənzilinin işığı qoşular amma ona deyin 300 manatı gətirib ödəsin.
Məsələni diqqətdə saxlayacağıq. Bizi izləyin.
NUH.az
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Prezident görüşlər keçirir - Fotolar - Yenilənib
14 noyabr 2024 15:08
- DANIŞIR BAKI
6 noyabr 2024 11:47
- Rusiya üçün vuruşan ilk Şimali Koreya əsgəri əsir götürüldü - ŞOK GƏLİŞMƏ
3 noyabr 2024 11:05
- Rusiya vətəndaşı Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı YENİDƏN Baş Prokurora, Ədliyyə nazirinə şikayət etdi...
1 noyabr 2024 15:21
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Həkimin burnuna yumruq vurdu... 6 AY HƏBS
29 oktyabr 2024 18:28
- Beynəlxalq səyahətçilər Kəlbəcər və Laçında - Fotolar
27 oktyabr 2024 17:44
- Millət vəkili Cavanşir Feyziyevin ömür yolunun DÜŞÜNDÜRDÜKLƏRİ - Fəlsəfi esse
27 oktyabr 2024 20:03
- Putinin qərarı: azərbaycanlılar QOCA RUSLARLA evlənə bilməyəcəklər
26 oktyabr 2024 20:08
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08