Saxta sement.....

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə «Qaradağ AA UNİVERSAL» yazısı olan sement kisələrinin hazırlanması fərdi sahibkar (iş üzrə cavabdeh) Ağayev Anar Gülağa oğlu və Məişət Malları ASC-yə və digər şəxslərə qadağan edilib.
Garant İnşaat Sənaye MMC fərdi sahibkar Ağayev Anar Gülağa oğluna qarşı iddia qaldıraraq müəssisəyə məxsus sement əmtəə nişanından qanunsuz istifadənin qadağan edilməsi, UNİVERSAL adı altında sement istehsalının dayandırılması, bu adda sement məhsulunun ticarət dövriyyəsindən çıxarılaraq məhv edilməsi, əmtəə nişanından qanunsuz istifadəyə görə vurulmuş zərər üçün kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını tələb edib. İddia tələbinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
İşə baxılması ərəfəsində müəyyən olunub ki, qanunsuzluğu mübahisələndirilən sement kisələri Bakı şəhəri Nizami rayonunda Keşlə qəsəbəsində yerləşən Məişət Malları ASC-də hazırlanır.
Sementin istehsalçısı A.Ağayev isə Qaradağ rayonu Sahil qəsəbəsində QARADAĞ SPEAK-EZ MMC-nin istehsal sahəsində fəaliyyət göstərir. Garant İnşaat Sənaye MMC-nin iddia tələbində göstərib ki, 2014-cü ildən ona məxsus olan UNİVERSAL sement (rənglər: qırmızı, yaşıl, bej) əmtəə nişanı qanunsuz olaraq A.Ağayev adlı fərdi sahibkar tərəfindən təqlid edilməklə bazarda tanınmış məhsulun oxşarı yaradılıb.
Müəssisə əmtəə nişanına olan hüququnun pozulmasının qarşısının alınması üçün məhkəməyə müraciət edib. Garant İnşaat Sənaye MMC, həmçinin, Ağcabədi şəhərində H.Əliyev küçəsi "Tikinti materialları mağazası" (satışa məsul şəxs Salmanov Əmiralı), Ağdaş şəhərində Ağdaş-Ləki Yolunda "Tikinti materialları mağazası" (Satışa məsul şəxs Ələkbərov Maarif), Ağdaş şəhərində Bakı-Şamaxı-Yevlax yolunda "Tikinti materialları mağazası" (Satışa məsul şəxs Cavadov Məhəmməd), Balakən şəhərində Səttar Gözəlov küçəsində “Tikinti malları mağazası” (satışa məsul şəxs Abdulla), Balakən şəhərində N.Nərimanov küçəsində “Tikinti malları mağazası” (satışa məsul şəxs Yolçuyev Yusif), Balakən rayonu Katex kəndində “Tikinti materialları mağazası” (Satışa məsul şəxs İsmayılov Nadir), Bərdə şəhəri H.Əliyev prospektində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Bəndəliyev Zamin), Bərdə şəhəri H.Əliyev prospektində “Polad İnşaat” mağazası (Satışa məsul şəxs Xasay), Beyləqan şəhərində S.İmrəliyev küçəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Kamilzadə Müşfiq), S.İmrəliyev küçəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Teymurov Əlisahib), Beyləqan rayonu, Daşburun qəsəbəsi “Dördyol dairəsi”ndə “Tikinti malları mağazası” (Satışa məsul şəxs Kamilzadə Elşad), Göyçay şəhərində Nizami küçəsi, Mərkəzi Xəstəxananın yanında “Tikinti malları mağazası” (Satışa məsul şəxs Bəxtiyar), Göyçay rayonu Ucar yolu-Potu kəndində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Şirzad və Yalçın), Oğuz şəhərində Oğuz-Şəki yolunda “Tikinti malları mağazası” (Satışa məsul şəxs Şərifov Vüsal), Oğuz şəhəri Cavanşir küşəsində (məscidin yanı) “Tikinti malları mağazası” (Satışa məsul şəxs Ələkbərov Vaqif), Qax şəhərində H.Əliyev prospektində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Muxtarov İlfan Camal oğlu), Qəbələ şəhərində Zarağan dairəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxslər Hüseynov Edison, Qafarov Rafəddin), Qəbələ şəhəri 28 may küçəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Kərimov Sədiyar), Qəbələ rayonu Həmzəlli kəndində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Abdullayev Samir), Qəbələ rayonu BUM kəndində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Umarov Şahmar), Qusar şəhərində Qusar çayının sol sahili üzərində “İnşaat materialları bazarı" (Satışa məsul şəxs Nahid), Xaçmaz şəhərində Quba-Xaçmaz yolunda “Qum bazarı”nda (Satışa məsul şəxs Fərman), Zaqatala şəhərində Zaqatala-Balakən yolu-Cavadxan küçəsi kəsişməsi “Tikinti malları mağazası” (Satışa məsul şəxs Əhməd), Zaqatala şəhərində Vasif İsmayılov küçəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Azalov İsfəndiyar), Zaqatala şəhəri Çingiz Atalov küçəsində Tikinti malları mağazası (Satışa məsul şəxs Ağalarov Ağamusa) satılan UNİVERSAL sement məhsulunun aktlaşdırılaraq üzərinə həbs qoyulması, satışının cavabdehə və həmin satış yerlərində məsul (və digər şəxslərə) qadağan edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş edib.
Məhkəmənin qərardadı ilə “Qaradağ AA UNİVERSAL” hazır sement kisələrinin istehsalçısı olan Məişət Malları ASC-də və sement istehsalçısı olan fərdi sahibkar A.Ağayevdə olan kisələrin sayının müəyyənləşdirilməsi, üzərinə həbs qoyulmaqla satışı qadağan edilib. Eyni zamanda, məhkəmənin qərardadına görə, Qaradağ rayonu ərazisində yerləşən istehsal yerində, anbarlarda, topdan və pərakəndə satış yerlərində hazır məhsul şəklində “Qaradağ AA UNİVERSAL» sementin aktlaşdırılaraq üzərinə həbs qoyulması, satışının cavabdehə və həmin satış yerlərində məsul olan digər şəxslərə qadağan edilməsin qərara alınıb.
Sement bazarında satışa çıxarılan məhsulların keyfiyyəti ilə bağlı məlumat verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son dövrlərdə ölkənin sement bazarında istehlakçıların aldadılması hallarının artması, qanunsuz, laboratoriya nəzarətindən kənar, aşağı keyfiyyətli, təhlükəli sement məhsullarının istehsalı və satışı ilə bağlı məlumatlar artıb.
AİİB sədri bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasına dair qanun qəbul olunmasından sonra bəzi sahibkarların münbit şəraitdən sui-istifadə etmələri müşahidə olunur. Təəssüf ki, yaradılmış münbit şəraitdən qanunsuz yollarla faydalanan bəzi sahibkarların əməlləri istehlakçıların hüquqlarının pozulmasına, onların həyatı və ətraf mühit üçün təhlükəli nəticələrə səbəb ola bilər. Məlum olur ki, qanuni istehsal fəaliyyəti olmayan şəxslər kisənin üzərində sementin markasını yüksək (400 marka, 500 marka) göstərməklə istehlakçıları aldadırlar. Sement istehsalı üçün dövlət standartları almayan, akkreditasiya edilmiş sınaq laboratoriyası olmayan şəxslərin satışa çıxardığı “yüksək markalı” sement məhsulları istifadə edildiyi sahələrdə ciddi təhlükələrə səbəb ola bilər. Qanunsuz buraxılan sement kisələrinin üzərində “Məhsulun keyfiyyətinə Akkreditasiya olunmuş Mərkəzi Sınaq Laboratoriyasında nəzarət olunur” yazılır. Araşdırma apardıqda məlum olur ki, bu cür istehsalçıların akkreditasiya olunmuş Sınaq Laboratoriyası yoxdur. Bütün bunlar istehlakçıların aldadılması, tikinti sektoru üçün təhlükəli malların satışı deməkdir.
AİİB istehlakçıların aldadılmasının, təhlükəli sement məhsulunun qanunsuz istehsalının və satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Vergilər Nazirliyinə, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə və s. aidiyyəti orqanlara müraciətlər göndərib.
E.Hüseynov sement alıcılarına müraciət edərək, aldanmamağı, diqqətli olmağı, müşayiətedici sənədləri, sertifikatı olmayan, saxta, qanunsuz sement məhsullarından uzaq olmağı tövsiyə edir.
NUH.az
- Səni Axtarıram ( Xoşqədəm ) məhkəməyə verilir - ŞOK FAKTLAR
8 mart 2025 01:25
- Zamirə Hacıyevanın bu mülkləri satışa çıxarıldı (FOTOLAR)
7 mart 2025 00:09
- Sabah 13 dərəcə isti olacaq
3 mart 2025 13:04
- Sabah Bakıda 8, rayonlarda 24 dərəcə şaxta olacaq
28 fevral 2025 13:28
- Susmuş dünyanın ağlayan, qanla yazılmış o gecəsi - bir zabitin yazısı
27 fevral 2025 23:10
- Daha 3 gün qar yağacaq - Xəbərdarlıq
27 fevral 2025 15:53
- Azərbaycanda həbs edilən FETÖ üzvünə - Bu cəza verildi
26 fevral 2025 18:39
- Xeyli adam qırdım, Azərbaycanda məni axtarırlar -VİDEO
24 fevral 2025 23:51
- Sabah 25 dərəcəyədək şaxta olacaq
24 fevral 2025 14:16
- Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?
23 fevral 2025 11:36
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50