İşə düzəlmək üçün 170 min verən şəxs Hicran Hüseynova ilə üzləşmək istəyir - PREZİDENTƏ MÜRACİƏT

Bakı şəhər sakini Eynur Kərimovun 170 min dollarının Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsinin rəsmiləri tərəfindən mənimsənilməsi ilə bağlı qalmaqal daha da böyüyür. Bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə üzləşməsini tələb edən Eynur Kərimov bu dəfə ölkə başçısına yazılı müraciət edib.
Cebhe.info xəbər verir ki, Eynur Kərimov prezidentə ünvanladığı məktubda prezidentin istintaqın düzgün aparılması və bu gün onu görmədiyini, tanımadığını iddia edən komitə sədri Hicran Hüseynova ilə üzləşməsini təmin etmələri üçün hüquq-mühafizə xidməti orqanlarına göstəriş verməsini istəyib:
“Hörmətli president, mən Qubadlı rayonundan məcburi köçkünəm. Ziyalı ailəsində doğulmuşam. Ailədə 7 uşağıq və hər birimiz ali təhsilliyik. Bu günədək ailə üzvlərimdən heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb. Hər zaman dövlətimizə və dövlətçiliyimizə sadiq olmuşuq. 1990-1993-cü illərdə doğma torpaqlarımızın müdafiəsinə qalxan könüllülərdənəm. Mənim iki ali təhsilim var. APU-nu Riyaziyyat və DİA-nın Rəhbər kadrların ixtisasının artırılması fakultələrini bitirmişəm. 1993-cü ildən dövlət tərəfindən məcburi köçkünlər üçün nəzərdə tutulan orta aylıq əməkhaqqı alıram. 2012-ci ilin yaz aylarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Aparat rəhbəri işləyən Səfər İmanovla tanış oldum. O, çalışdığı komitənin sədri Hicran Hüseynovanın yaxın qohumu olduğunu və onun vasitəsi ilə işə adam düzəltmək iqtidarında olduqlarını bildirdi.
İki təhsilim olduğunu və işləmədiymi bildikdə mənə də köməklik edə biləcəklərini söylədi. Uzun illərdir işləmədiyim üçün məndə də işə düzələ biləcəyimə dair bir ümid yarandı. Mən Bakı şəhəri üzrə və Bakı şəhəri ətrafında müvəqqəti məskunlaşan rayonlardan birinin icra hakimiyyətlərində kiçik bir işdə işləmək arzusunda olduğumu söylədim. Səfər İmanov mənimlə bağlı Hicran Hüseynova ilə danışacağını bildirdi. Mən CV-mi Səfər İmanova verdim. Bir müddət sonra Səfər İmanov mənimlə əlaqə saxlayaraq H.Hüseynova ilə danışdığını, istəyimi ona bildirdiyini söylədi. Qeyd etdi ki, H.Hüseynova mənim şəxsi işimlə tanış olub və məni arzusunda olduğum işə deyil, Bakı şəhəri üzrə rayonlardan birinə icra başçısının müavini vəzifəsinə təyin etdirə biləcəyini söyləyib. Bunun qarşılığında isə məndən 170 min ABŞ dolları istəyib”.
Şikayətçi məktubunda bildirir ki, ilk öncə o Səfər o ona gələn iş təklifindən tərəddüd edib. Qeyd olunan işdə işləmək üçün təcrübəsi olmadığını bildirib:
“Səfər İmanov işləyəcəyim dövrdə heç bir çətinliyim olmayacağını, Hicran Hüseynovanın mənə dəstək olacağını bildirdi. Bu danışıqdan sonra məndə əminlik yarandı və deyilən pulu topladım. 2012-ci ilin iyun ayında 170 min ABŞ dollarını götürüb AQUPDK-ya getdim. Komitə sədri Hicran Hüseynova Aparat rəhbəri Səfər İmanovla birlikdə məni qəbul etdi və məndə özü tərəfindən təklif olunan işə düzəldə biləcəyinə, gələcək fəaliyyətimdə heç bir çətinlik çəkməyəcəyimə, hər zaman mənə dəstək olacağına dair əminlik yaratdı. Apardığım pulu Səfər İmanova verdim. O da pulu mənim gözlərim qarşısında Hicran Hüseynovaya verdi. İki il “bu gün, sabah” deyə-deyə məni aldatdılar. İki ildən sonra verdiyim pulu geri istədim. Onda da “bu gün, sabah” təkrarlandı. Dörd ildir ki, verdiyim pulu geri ala bilmirəm.
Məsələ ilə bağlı bu ilin fevral ayında hüquq-mühafizə xidməti orqanlarına müraciət etmişəm. Hicran Hüseynova ümumiyyətlə məni görmədiyini, tanımadığını deyir. Ancaq mənim 170 min ABŞ dollarını Səfər İmanov vasitəsi ilə Hicran Hüseynovaya verdiyimi və dəfələrlə onun qəbulunda olduğumu təsdiqləyən sübutlarım var. Səfər İmanov özü də bunu təsdiqləyir. (Səfər İmanov komitə sədrinin hədə-qorxularına görə 4 azyaşlı uşağı və həyat yoldaşı ilə birgə bu ilin yanvar ayında ölkəni tərk edib. Səfər İmanova göstərilən təyziq və təsirin hansı həddə olduğunu, oğlunun başına Hicran Hüseynova tərəfindən gətirilən oyunlardan dolayı komaya düşərək dünyasını dəyişən atası Bəbir İmanovun dəfnində belə iştirak edə bilməməsi açıq-aydın göstərir. Səfər İmanov ölkəni tərk etdiyi zaman atası Bəbir İmanov komada olub. O, fevralın əvvəlində dünyasını dəyişib)”.
Eynur Kərimov müraciətində onu da bildirir ki, bu gün Hicran Hüseynova hansı yolla olursa-olsun bu məsələni bütövlükdə sabiq Aparat rəhbəri və yaxın qohumu olan Səfər İmanovun üstünə atmağa, özünün bu məsələdə cavabdeh olmadığını göstərməyə çalışır:
“Xahiş edirəm istintaqın düzgün aparılması və bu gün məni görmədiyini, tanımadığını iddia edən komitə sədri Hicran Hüseynova ilə üzləşməmi təmin etmələri üçün hüquq-mühafizə xidməti orqanlarına göstəriş verəsiniz”. Qeyd edək ki, vətəndaş Eynur Kərimov 170 min ABŞ dollar məbləğində vəsaiti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanova rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunması üçün verdiyini bildirib. Səfər İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nin Aparat rəhbəri vəzifəsindən azad edilib. Alçina
NUH.az
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Şok açıqlama: Hitlerin 1945-ci ildə özünü öldürməsi yalanlanır
12 aprel 2025 13:00
- Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi
11 aprel 2025 20:44
- Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
11 aprel 2025 15:41
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 2025 12:39
- Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR
11 aprel 2025 11:39
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35