Dollar kreditləri silinir: inanılmaz təkliflər hökumətə təqdim edildi

Mili Məclisin müvafiq komitə üzvləri dollar kreditləri ilə bağlı tədbirlər planı hazırlayır. Təklifdə xarici valyutada kredit götürən şəxslərin vəziyyətini yaxşılaşdıracaq yeni mexanizmin tətbiqi nəzərdə tutulur.
Təklifdə həmçinin, 5 mindən yuxarı dollarla olan kreditlərə güzəştlərin edilməsi də nəzərdə tutulur. Bu kreditlər üçün orta məzənnənin tətbiq edilməsi, onların manata çevrilməsi və ya Amerika Birləşmiş Ştatları valyutasına nisbətən məzənnəsinin müəyyənləşdirilməsi məqsədəuyğun hesab edilir. Məzənnənin isə 1.2 və ya 1.25 səviyyəsində hesablanması təklif olunur.
Təkliflərdə 1000 dollaradək olan kreditlərin bağışlanması, daha iri məbləğdə olan kreditlərə isə fərqli güzəştlərin edilməsi nəzərdə tutulur. Təkliflərin müəllifi, millət vəkili Əli Məsimli bildirib ki, banklar tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış vəziyyətin gərginliyinin artan xətlə davam etməsi şəraitində bu problemin həllinin gecikdirilməsi həm dövlət, həm əhali, həm də banklara ziyan gətirir. Ə.Məsimli deyib ki, yaranmış qeyri-müəyyənliklərlə bağlı əhali ilə yanaşı, bankların da xeyli hissəsi ağır duruma düşüb: “Problemin həlli bundan sonra da uzansa, həmin uzanan zamana proporsional surətdə həm narazılıq artacaq, həm əhalinin, həm də bankların vəziyyəti daha da pisləşəcək. Bu isə bütövlükdə iqtisadiyyatımız üçün əlavə ciddi problemlər yaradacaq.
Bunu nəzərə alaraq biz aprelin 29-da deputat həmkarım Vahid Əhmədovla birlikdə bir sıra mütəxəssislərin də fikirlərini əlavə etməklə hazırladığımız təkliflər paketini 3 ünvana – Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə göndərmişik”. Problemli kreditlərin həcmi nə qədərdir?
Qeyd edək ki, Azərbaycanda kredit təşkilatlarının vaxtı keçmiş kredit portfelinin həcmi 2016-cı il mart ayının 1-nə 1 329,5 mln. manat təşkil edib. Vaxtı keçmiş kreditlərin həcmi fevralın 1-nə olan göstərici ilə müqayisədə 14,9 mln. manat və ya 1,13%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 191,3 mln. manat və ya 16,8% artıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 2016-cı il martın 1-nə 6,5% -ə bərabər olub. Qeyd edək ki, bu göstərici fevralın 1-nə 6,2%, keçən ilin analoji dövründə isə 5,5% olub. Milli valyutada vaxtı keçmiş kreditlərin həcmi martın 1-nə 671,9 mln. manat təşkil edib. Bu, fevralın 1-nə nisbətən 12,4 mln. manat və ya 1,9% çox, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 151,8 mln. manat və ya 18,4% azdır. Milli valyutada vaxtı keçmiş kreditlərin məcmu manat kreditlərində xüsusi çəkisi martın 1-nə 6,7% təşkil edib. Fevralın 1-nə bu göstərici 6,5%, keçən ilin analoji dövründə isə 6,7% olub.
Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi martın 1-nə 657,6 mln. manat təşkil edib. Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi fevralın 1-nə nisbətən 1,5 mln. manat və ya 0,2%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 343,1 mln. manat və ya 2,1 dəfə çoxdur. Bu kreditlərin məcmu valyuta kreditlərində xüsusi çəkisi 2016-cı il martın 1-nə 6,4%, fevralın 1-nə 5,9%, keçən ilin analoji dövründə isə 3,7% təşkil edib.
O ki qaldı problemli kreditlərin ÜDM-də xüsusi çəkisinə 2015-ci ilin yekunda 2,45%, məcmu aktivlərində xüsusi çəkisi 2016-cı il martın 1-nə 4%, məcmu bank kapitalına nisbəti isə 37,1% olub. 20% səviyyəsində olan problemli kreditlər Problemli kreditlərin həcmi beynəlxalq reytinq agentliklərini də narahat etməyə başlayıb.
“Moody`s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib ki, manatın devalvasiyası xarici valyutada əmanətlərin həcminin artmasına, eləcə də problemli kreditlərin həcminin yüksəlməsinə səbəb olub. Hazırda problemli kreditlərin xüsusi çəkisi ümumi kredit qoyuluşlarının təxminən 20%-i təşkil edir. Ölkənin ən iri bankı Azərbaycan Beynəlxalq Bankı dövlətdən dəstək alır. Məsələn, bankın kredit qabiliyyətinin dəstəklənməsi üçün 2015-ci ildə 3 milyard məbləğində problemli kredit “Aqrarkredit” BOKT-a ötürülüb. Bundan başqa, 2016-cı ildə bankın dövlətdən 500 mln. manat alacağı gözlənilir. Bu, Beynəlxalq Bankın kapitallaşmasını yaxşılaşdırmağa imkan verəcək.
NUH.az
- Hitlerin hindistanlı şəriki - Onun yaratdığı -Azad Hind- alayı Qafqazı ələ keçirəcəkdi
15 mart 2025 18:18
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 2025 23:42
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
14 mart 2025 11:28
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 2025 14:35
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 2025 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 2025 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 2025 12:08
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 2025 23:46
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 2025 22:18
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 23:47
- Cəlilabaddа -morq-a gətirilən meyit DİRİLDİ
15 mart 22:22
- Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
15 mart 21:20
- Almaniyada tibb bacısı 9 xəstəni öldürməkdə ittiham olunur - 34 nəfəri isə...
15 mart 19:21
- SON DƏQİQƏ! Ərdoğanın hədəfi bəlli oldu - ŞOK DETAL
15 mart 19:02
- Hitlerin hindistanlı şəriki - Onun yaratdığı -Azad Hind- alayı Qafqazı ələ keçirəcəkdi
15 mart 18:18
- Hava ilə bağlı XƏBƏRDARLIQ - bu tarixdən yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə ENƏCƏK
15 mart 15:22
- ABŞ uyğurlara görə Tailandı CƏZALANDIRDI
15 mart 15:06
- Prezident onları təltif etdi - Siyahı
15 mart 12:50
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 12:40
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10