“Lotu Quli” Bakıdakı qanlı atışma haqda
Xəbər verdiyimiz kimi, aprelin 21-də Bakının Badamdar qəsəbəsindəki “Bulaq” restoranında atışma qeydə alınıb. Məlumata görə, restoranın müştəriləri arasında iri məbləğdə pul üstündə mübahisə olub. İnsidentin iştirakçıları restorana məhz bu məsələnin müzakirəsi üçün toplaşıblar.
Samir adlı qonaq söhbətə odlu silahla gəlib. Və elə restoranın həyətində atəş açmağa başlayıb. Nəticədə bir neçə nəfər yaralanıb.
Maraqlıdır ki, güllələrdən biri ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın maşınına dəyib. Amma xoşbəxtlikdən maşının sürücüsünə xətər toxunmayıb. Bununla belə, hadisə böyük ictimai marağa səbəb olub.
Sonradan həmin Samir adlı şəxs polisə gedərək könüllü təslim olub. Hazırda Bakı Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. Amma…
Bəzi KİV-lər istintaqın nəticəsini gözləmədən və yalnız atəş açan Samir adlı şəxsin bir az əvvəl həbsdən azad edildiyini əsas götürərək, onu kriminal aləmin avtoritetlərindən biri olan “Lotu Quli” ləqəbli Nadir Səlifovla əlaqələndiriblər.
Bundan başqa, adıçəkilən restorandakı həmin insident bəzi jurnalistlər tərəfindən “Lotu Quli”nin adamları ilə başqa bir kriminal avtoritetin – Rövşən Lənkəranskinin tərəfdarları arasında münaqişə kimi təqdim olunub.
Aradan bir neçə gün keçəndən sonra hüquq-mühafizə orqanları Bakıda mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi istiqamətində uğurlu əməliyyat keçirildiyi barədə məlumat yaydılar. Məlumatda bildirilirdi ki, əməliyyat zamanı Sabunçu qəsəbəsinin sakinləri- 1983-cü il təvəllüdlü İbayev Namiq Xabulla oğlu, 1985-ci il təvəllüdlü Quliyev Kamil İsrafil oğlu, 1980-ci il təvəllüdlü İbrahimov Orxan Rəfail oğlu və 1981-ci il təvəllüdlü Həşimov Namiq Ağacan oğlu saxlanılıblar.
Bəzi KİV-lər bu dəfə də tələsdilər və saxlanılan şəxsləri “Lotu Qulu” və Rövşən Lənkəranskinin adamları kimi qələmə verdilər.
Amma “Lotu Quli!nin yaxın atrafına aid olan şəxslərin virtualaz.org-a verdikləri məlumata görə nə “Bulaq” restoranında atəş açanın, nə də sonradan saxlanılan şəxslərin Nadir Səlifova heç bir aidiyyəti yoxdur.
Kriminal avtoritetin yaxın dairəsində belə hesab edirlər ki, bu cür şayiə yayanlar və onun adını hallandıranlar bununla Nadir Səlifovun Gürcüstana gözlənilən ekstradisiyasını əngəlləmək və onunla Rövşən Lənkəranski arasında qarşıdurma yaratmaq istəyirlər.
Məlum olduğu kimi, Nadir Səlifov Gürcüstan vətəndaşıdır və uzun müddətdir ki, ora ekstradisiya olunmaq istəyir. Kriminal avtoritetin yaxın ətrafına aid şəxslər də bildirirlər ki, “Lotu Quli” Azərbaycanda heç bir fəaliyyət göstərmir və onun yeganə istəyi vətəndaşı olduğu Gürcüstana ekstradasiya edilməsinə nail olmaqdır.
Kriminal avtoritet hesab edir ki, o burada heç vaxt azadlığa çıxa bilməz, çünki Azərbaycan hakimiyyətindəki bəzi adamlar bunun ölkədəki kriminogen durunu gərginləşdirəcəyindən ehtiyat edirlər…
Virtualaz.org
NUH.az
- Yeni həyat şəhəri – Ağdam
21 noyabr 2024 13:10
- Dünyanın ən hündür və qısaboy xanımları bir arada - Fotolar
21 noyabr 2024 11:56
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 2024 21:35
- Onun evindən bir qılınc, iki tapança çıxmışdı... - Hüseyn Cavidi, Mikayıl Müşfiqi kim satmışdı?
18 noyabr 2024 23:35
- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi FUTBOL oynayarkən ÖLDÜ
13 noyabr 2024 22:58
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 2024 21:16
- Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir
6 noyabr 2024 12:00
- Prezidentdən sammit iştirakçılarına müraciət
5 noyabr 2024 10:17
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
1 noyabr 2024 10:08
- 100 mindən çox insanın öldüyü adanın sirri (FOTO)
28 oktyabr 2024 23:42
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08