Amerika səfirindən Azərbaycan hökumətinə DƏSTƏK

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu əlaqələrin müxtəlif sahələri əhatə etdiyini, dövlət başçısı cənab İlham Əliyevin ötən ay ABŞ-a səfərinin əməkdaşlığımızın inkişafında qarşılıqlı marağın təzahürü olduğunu vurğulayıb, hüquqi sahədə əlaqələri, o cümlədən ABŞ-ın ölkəmizdəki səfirliyinin xidmətlərini qeyd edib.
R.Sekuta Azərbaycan Prezidentinin ABŞ-a çox müsbət nəticələrlə yadda qalan səfərinin və keçirdiyi yüksək səviyyəli görüşlərin ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açdığını vurğulayaraq mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycanın əhəmiyyətini qeyd edib.
Görüşdə dünyada aktual olan ədalət mühakiməsinin effektivliyi və məhkəmə hakimiyyətinin müstəqilliyi, korrupsiyaya qarşı mübarizə məsələlərinə, habelə hüquq təsisatlarının inkişafı və digər mövzulara dair faydalı fikir mübadiləsi aparılıb, Azərbaycanda bu sahədə həyata keçirilən islahatlara maraq göstərilib.
Söhbət zamanı ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə aparılan və məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət edən islahatlar, o cümlədən məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və digər əldə edilmiş nailiyyətlər barədə məlumat verilib.
Səfir bu sahədə irəliləyişlərin əldə olunmasında Azərbaycan hökumətinin səylərini alqışlayıb, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə dair niyyətini ifadə edib, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.
NUH.az
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 2025 21:02
- Elşad Musayev vətəndaşları qəbul etdi
12 aprel 2025 14:40
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- Prezident İlham Əliyev Antalyada Avropa Şurasının Baş katibi ilə görüşüb
12 aprel 2025 13:24
- Şok açıqlama: Hitlerin 1945-ci ildə özünü öldürməsi yalanlanır
12 aprel 2025 13:00
- İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşdü
11 aprel 2025 22:13
- İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü FOTO YENİLƏNDİ
11 aprel 2025 20:54
- İlham Əliyevin Ərdoğanla görüşü keçirilir (YENİLƏNİB)
11 aprel 2025 13:26
- İlham Əliyev Ersin Tatarla görüşdü
11 aprel 2025 11:20
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 20:23
- Prezidentin nəvələri ilə idman zalından maraqlı FOTOLARI
12 aprel 19:40
- Mən sənin əllərinə toxunduğum günü xatıralyıram - Rаsət Pirisoyu
12 aprel 17:36
- Çirkab suları Ceyranbatan Su anbаrınа axıdılır
12 aprel 16:17
- Elşad Musayev vətəndaşları qəbul etdi
12 aprel 14:40
- Ararat Mirzoyan: Uzun müzakirələrdən sonra sülh sazişinin mətinini razılaşdırdırdıq..
12 aprel 14:26
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 14:12
- Prezident İlham Əliyev Antalyada Avropa Şurasının Baş katibi ilə görüşüb
12 aprel 13:24
- Şok açıqlama: Hitlerin 1945-ci ildə özünü öldürməsi yalanlanır
12 aprel 13:00
- Prezidentin nəvələri Ərdoğanla - Foto
12 aprel 12:02
- Gürcüstan Prezidenti aprelin 15-də Azərbaycana səfər edəcək
11 aprel 22:38
- İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşdü
11 aprel 22:13
- İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü FOTO YENİLƏNDİ
11 aprel 20:54
- Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi
11 aprel 20:44
- Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
11 aprel 15:41
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 13:47
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 13:41
- İlham Əliyevin Ərdoğanla görüşü keçirilir (YENİLƏNİB)
11 aprel 13:26
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 12:39
- Xanlar Vəliyev hakim təyin edildi
11 aprel 11:57
- Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR
11 aprel 11:39
- İlham Əliyev Ersin Tatarla görüşdü
11 aprel 11:20
- Repetitor yanına getmədən maksimum nəticə göstərdi
11 aprel 10:49
- Dünyanın ən xoşbəxt şəhəri seçildi
11 aprel 10:37
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53