AZAL şefi 770 milyonluq yaxta sifariş edib?

ABŞ-ın "4yacht" şirkəti tərəfindən hazırlanan nəhəng yaxtanın Cahangir Əsgərova məxsus olduğu deyilir
Son 11 ildə «Azərbaycan Hava Yolları»na ayrılmış 860 milyonun taleyi ilə bağlı bəzi məqamlar...
Bir neçə ay əvvəl mətbuatın əsas müzakirə mövzusu «Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sərnişindaşıma və karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olması ilə bağlı idi. Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırıqlar versə də, AZAL rəhbərliyi tərəfindən bu sahədə hər hansı ciddi addım atılmayıb. Məhz bu səbəbdən AZAL şefi Cahangir Əsgərov qınaq obyektinə tuş gəlmişdi.
Bildirək ki, prezidentin tənqidindən sonra AZAL rəhbəri Cahangir Əsgərov tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlandığını və bir neçə istiqamət üzrə AZAL-ın aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər) yaradılacağını açıqladı. Aşağı büdcəli sərnişindaşıma xətlərindən biri – Bakı-Antalya-Bakı xətti bu ayın əvvəlindən işə düşməli olsa da, verilən məlumatlar göstərir ki, bu vəd də yerinə yetirilməyib. Hər halda AZAL-ın xidmətindən istifadə etmiş sərnişinlər deyirlər ki, ucuz bilet almaq istəsələr də, tapa bilməyiblər. Kassalarda onlara deyiblər ki, bilet yoxdur.
Göründüyü kimi, AZAL rəhbərliyi prezidentin tənqidindən sonra bir necə istiqamət üzrə qiymətləri aşağı salacağını bəyan etsə də, bunu da yerinə yetirmək istəmir. AZAL rəhbərliyinin həm sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin yüksək olması şirkətin potensialından lazımı şəkildə istifadəyə imkan vermir, öz gəlirlərini də aşağı salır. Belə ki, nəinki region ölkələrinin əhalisi, hətta Azərbaycan vətəndaşları belə, AZAL-ın xidmətindən imtina edir. Bu da təbii ki, şirkətin əlavə gəlirlər əldə etməsinə, büdcə öhdəliklərini artırmağa imkan vermir.
Təsadüfi deyil ki, AZAL-ın uzun illərdir ki, büdcəyə bir qəpik də olsun vəsait ödəmədiyi, ziyanla işlədiyi bildirilir. AZAL iri vergi ödəyicisi olsa da, büdcə qarşısında öhdəlikləri yerinə yetirmir. Belə ki, ötən il büdcəyə 29 milyon manat vergi ödənişi nəzərdə tutulsa da, bunun 14,5 milyon manatını yerinə yetirə bilib. Təkcə ötən il büdcə qarşısında təqribən 14 milyon manat borclu qalıb. Bunun əsas səbəbi şirkətin rəhbərinin bütün gəlirli sahələri öz holdinqinə həvalə etməsi ilə bağlıdır.
Son illər bu şirkətin bütün xərcləri dövlət büdcəsindən ödənilib. Belə ki, 2005-ci ildən indiyə qədər təkcə büdcənin investisiya xərcləri bölməsindən “Azərbaycan Hava Yolları”na 860 milyon manat vəsait ayrılıb. 2005-ci ildə – 5 milyon; 2007-ci ildə – 25 milyon; 2008-ci ildə – 28 milyon 200 min; 2009-cu ildə – 54 milyon 721 min; 2010-cu ildə – 115 milyon 200 min; 2011-ci ildə – 261 milyon 521 min; 2012-ci ildə – 232 milyon 650 min; 2013-cü ildə – 177 milyon 864 min; 2014-cü ildə – 20 milyon. AZAL-ın sərnişindaşıma və karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olmasının əsas səbəbi, məhz şirkətdəki gəlirlərin mənimsənilməsi və lazımsız istiqamətlərdə xərcləmələrlə bağlıdır.
Ölkə rəhbərliyinin məlum tənqidlərinə baxmayaraq, vətəndaşarımızın xarici ölkələrə ucuz qiymətə uçuşları hələ də təmin edilməyib. Bu isə o deməkdir ki, Cahangir Əsgərov nə olursa-olsun milyonluq gəlirlərindən əl çəkmək niyyətində deyil. Özəl mənbələrdən gundelik-baku.com-a verilən məlumatlara görə, 1996-cı ildən AZAL-a rəhbərlik edən Əsgərov bu vaxt ərzində sahibi olduğu külli miqdarda vəsaiti ayrı-ayrı biznes sahələrinə yatırıb, eyni zamanda dəyəri milyonlarla olan mülklər tikdirib. Məlumatlı mənbənin bildirdiyinə əsasən, hava nəqliyyatına nəzarət etməsinə baxmayaraq, AZAL şefinin dənizə, okeana marağı böyükdür.
Deyilənə görə, onun bir neçə ədəd bahalı yaxtaları var: «Cahangir Əsgərov yaxta kolleksiyasına bu yaxınlarda daha birini əlavə etmək niyyətindədir. Belə ki, onun ABŞ-ın yaxta və gəmi satışı üzrə fəaliyyət göstərən "4yacht" şirkətinə dəyəri təxminən 770 milyon dollar olan nəhəng yaxta sifariş etdiyi bildirilir.
Məşhur dizayner Kristofer Seymourun imzasını daşıyan "Double Century" adlı super yaxta iki futbol meydançası böyüklüyündə olacaq. Uzunluğu 200 metr, sudan hündürlüyü isə 27 metr olacaq yaxtada 2 vertolyot üçün enmə meydançası nəzərdə tutulub. 9 göyərtəli yaxtanın içərisində 126 nəfərlik teatr və kino salonu olacaq. Nəhəng gəmidə personalla sərnişinlərin ünsiyyət qurması üçün xüsusi bir telefon da hazırlanır. Bu yaxta ölçülərinə görə Birləşmiş Ərəb Əmirlikləri lideri Şeyx Xəlifə bin Zayid əl Nayana aid olan "Azzam"adlı yaxtadan 21 metr daha uzun olacaq».
Bu iddiaların nə dərəcədə doğru olduğunu deyə bilmərik. Amma bir məsələ dəqiqdir ki, Cahangar Əsgərovun bu qiymətdə yaxtanı almağa yetərincə maddi gücü var. Odur ki, məhz bu fakt deyilənlərin doğruluğuna inanmağa əsas verir. // Gundelik-baku.com/
NUH.az
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
2 aprel 2025 15:01
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Sabahdan iş günləri başlayır
31 mart 2025 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 2025 14:44
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 2025 13:09
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 2025 11:35
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45