Sahibkarlar İlham Əliyevə müraciət etdi

Bu gün Bakıda "Sahibkarlar günü"nə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak edib.
Konfrans cəbhə xəttində baş vermiş son hadisələr zamanı şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, "Sahibkarlar günü"nün təsis edilməsi münasibəti ilə sahibkarları təbrik edib.
İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında "Sahibkarlar günü"nün təsis olunmasının sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən böyük diqqət və qayğının növbəti göstəricisi olduğunu vurğulayıb.
Ş. Mustafayev dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı verilmiş qərarların iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıdığını və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olduğunu vurğulayıb. Nazir qeyd edib ki, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması, investisiyanın təşviqi və s. özəl sektorun inkişafında xüsusilə əhəmiyyətlidir.
Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də bu sahədə aparılmış islahatlar və qəbul edilmiş qanunvericilik aktlarının önəmini vurğulayıb.
Tədbirin sonunda ölkə sahibkarları adından Azərbaycan prezidentinə müraciət qəbul edilib. Müraciətdə deyilir: "Məhz 2002-ci ilin aprel ayının 25-də ümummilli liderin iş adamları ilə keçirdiyi görüşlərin nəticəsi olaraq qəbul edilmiş Dövlət Proqramı, imzalanmış bir sıra mühüm fərmanlar və qəbul edilmiş qərarlar ölkədə sahibkarlığın inkişafına təkan vermişdir.
Sizin rəhbərliyinizlə aparılan genişmiqyaslı işlərin nəticəsidir ki, son illərdə iqtisadiyyatın artımı qeyri-neft sektoru hesabına təmin edilir. Qeyri-neft sektorunun inkişafında Sizin müəyyənləşdirdiyiniz kimi, aparıcı qüvvə məhz sahibkarlıqdır. Bu strateji xəttinizə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür.
Xüsusilə son dövrlərdə sizin təşəbbüsünüzlə yoxlamaların iki il müddətinə dayandırılması, lisenziyaların və icazələrin sayının minimuma endirilməsi, onların verilməsi prosedurlarının asanlaşdırılması və şəffaflaşdırılması, investisiyaların və ixracın təşviqi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsi və digər mühüm qərarlar sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
Bu siyasətin davamı olaraq, 21 aprel 2016-cı il tarixli Sərəncamınızla hər il aprelin 25-i tarixinin Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilməsi barədə qərarınız sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının növbəti bariz nümunəsi olmaqla bərabər, sahibkarların cəmiyyətdəki nüfuzunu daha da artıracaqdır.
Möhtərəm cənab Prezident!
Biz, "Sahibkarlar günü"nə həsr olunmuş konfransda iştirak edən sahibkarlar sizi əmin edirik ki, sahibkarlara göstərdiyiniz böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaratdığınız əlverişli şəraitdən geniş istifadə edərək bütün qüvvə və bacarığımızı müstəqil Azərbaycanın daha da qudrətlənməsi və çiçəklənməsi üçün səfərbər edəcəyik". //apa/
NUH.az
- İlham Əliyev Matviyenkonu qəbul etdi - Fotolar
17 mart 2025 11:22
- Yoldaş Stalin, bu möcüzənin səbəbi sizsiniz... - O, Rəsulzadəni ölümdən niyə xilas etmişdi?
17 mart 2025 00:01
- Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşdü
16 mart 2025 22:45
- Azərbaycanın xalq artisti VƏFAT ETDİ - FOTO
16 mart 2025 22:38
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 2025 23:47
- Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
15 mart 2025 21:20
- Prezident onları təltif etdi - Siyahı
15 mart 2025 12:50
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 2025 12:40
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 2025 23:22
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Müsavat Partiyası Başqanlığına namizədi ÖLDÜRDÜ və..
17 mart 13:35
- Berinq boğazında qırğın - çukçalar və eskimoslar ABŞ və SSRİ-ni müharibə vəziyyətinə gətiribmiş
17 mart 13:19
- Ş А Y B А şirkətinin rəisi Çingiz Mehdiyevə HÖKM: 11 İL ŞƏRTİ HƏBS ..)))
17 mart 11:50
- İlham Əliyev Matviyenkonu qəbul etdi - Fotolar
17 mart 11:22
- Yoldaş Stalin, bu möcüzənin səbəbi sizsiniz... - O, Rəsulzadəni ölümdən niyə xilas etmişdi?
17 mart 00:01
- Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşdü
16 mart 22:45
- Azərbaycanın xalq artisti VƏFAT ETDİ - FOTO
16 mart 22:38
- İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılır
16 mart 22:14
- Bakıda 1 samovara görə 3 АY HƏBS ....
16 mart 19:08
- Azərbaycandan Rusiyaya -KАHI-, yoxsа, NАRKOTİK ?
16 mart 18:28
- SU kranından NEFT gəldi
16 mart 17:09
- Matviyenko Azərbaycana gəlir
16 mart 15:44
- Hər gün geyinmək olmaz: 4 zərərli GEYİM
16 mart 15:23
- Əmisi oğlu ilə -parnik- salan nazirin pulu batdı – QALMAQAL
16 mart 12:52
- Heydər Əliyevin 1996-cı ildə verdiyi müsahibə yayımlandı - Sirli və sensasion açıqlamalar - VİDEO
16 mart 12:20
- Azərbaycanda sulu qar və qar yağacaq - Bu tarixlərdə
16 mart 11:56
- Dünyanın ən uzun boylu qəbilələrindən biri: Maasailərin sirri nədir?
16 mart 11:39
- Deputat Azər Allahverənov Nardarandа vətəndaşların qəbulunu keçirib
16 mart 00:17
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 23:47
- Cəlilabaddа -morq-a gətirilən meyit DİRİLDİ
15 mart 22:22
- Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
15 mart 21:20
- Almaniyada tibb bacısı 9 xəstəni öldürməkdə ittiham olunur - 34 nəfəri isə...
15 mart 19:21
- SON DƏQİQƏ! Ərdoğanın hədəfi bəlli oldu - ŞOK DETAL
15 mart 19:02
- Hitlerin hindistanlı şəriki - Onun yaratdığı -Azad Hind- alayı Qafqazı ələ keçirəcəkdi
15 mart 18:18
- Hava ilə bağlı XƏBƏRDARLIQ - bu tarixdən yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə ENƏCƏK
15 mart 15:22
- ABŞ uyğurlara görə Tailandı CƏZALANDIRDI
15 mart 15:06
- Prezident onları təltif etdi - Siyahı
15 mart 12:50
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 12:40
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22