Nəriman Əliyev rəqibləri tərəfindən məğlub edilmək üzrədir
Akif Çovdarovun biznes ortağı olan deputat müxtəlif yollara baş vurmaqla diqqətləri üzərindən yayındırmağa çalışır MTN işinə görə istintaqa ifadə verdiyi bildirilən bu şəxsin məsuliyyətə cəlb olunması an məsələsidir 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat seçilmiş Nəriman Əliyevlə bağlı xeyli sayda qalmaqallı məlumat mövcuddur. Həmin məlumatların əksəriyyətinin əsasında dəqiq və konkret faktlar dayanır. Məsələn, bir müddət əvvəl deputatın MTN-nin həbsdə olan generalı Akif Çovdarovla əlaqələri barədə silsilə yazılar dərc olunmağa başladı. Bildirildi ki, deputat Nəriman Əliyevin MTN-in sabiq generalı Akif Çovdarovla işbirliyi və biznes ortaqlığının üzə çıxmasından sonra yaxın qohumu həbs olunub: «Millət vəkilinin bacısının əri hazırda bu işlərdən dolayı həbsdədir. Özü isə istintaqa ifadə verməklə, hələlik yaxasını kənara çəkə bilib». Həmçinin vurğulanır ki, Nəriman Əliyevin «Nur M» şirkəti uzun illər Akif Çovdarovla şərikli fəaliyyət göstərib. Bu şirkət əsasən İrandan xurma, kişmiş, quru meyvə gətirməklə məşğul olub. Hətta bu məhsullar üzrə monpolist kimi çıxış edib. Ancaq deputatın başqa bir biznesi daha varmış ki, o da gömrüklə bağlıymış. Belə ki, Nəriman Əliyev Akif Çovdarovun dəstəyi sayəsində Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi bir çox malların satışını həyata keçirib. İddialara görə, deputatın müsadirə olunmuş malları yığmaq üçün böyük anbarları da var. Məlumata görə, deputatın işlərini bacısının əri həyata keçirib və bütün mühasibatlıq işləri də onda olub: «Çovdarov olayına görə, təkcə deputatın kürəkəni deyil, həmçinin biznes ortağının şirkətdəki daimi nümayəndəsi də yaxalanıb. Onlara qarşı hansı maddə üzrə cinayət işinin açıldığı isə hələlik məlum deyil». Gundelik-baku.com-un araşdırması zamanı məlum olub ki, məlum hadisələrdən sonra deputatın biznes şəbəkəsinə ağır zərbə dəyib və ona məxsus "Ştutqart" mağazalar şəbəkəsi iflas həddindədir: «Belə ki, bu məsələlərin üstünün açılmasından sonra Nəriman Əliyevin avtomobil hissələri satan mağazalarında alver kifayət qədər zəifləyib. Bu səbəbdən deputat şəhərdəki bir-neçə mağazanı bağlayıb. Yaxın günlərdə ümumiyyətlə mağazalarının hamısını bağlayacağı da yayılan məlumatlar sırasındadır. Hazırda "Ştutqart" mağazalarını deputatın yaxın qohumları işlədir. İndiyə qədər Almaniyadan Azərbaycana avtomobil hissələri gətirən bu mağazaların kifayət qədər gəliri olub. Belə ki, maşın hissələrini ölkəyə idxal edən zaman gömrük rəsmiləşdirmələrindən yayınan "Ştutqart" mağazalar şəbəkəsinin gəlirinin böyük hissəsi Nəriman Əliyevi himayəsinə götürən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova verilirmiş. Himayəçisini itirən Nəriman Əliyev hazırda gömrük rəsmiləşdirmələrindən yayına bilmədiyi üçün böyük ziyana düşdüyü deyilir». Bu arada, deputat bir müddət əvvəl Masallıda bir neçə böyük biznesmenlə üz-üzə gəlmək məcburiyyətində qalıb. Belə ki, hazırda Nəriman Əliyevlə Masallı Kərpic zavodunun müdiri Fəxrəddin adlı iş adamının maraqları ciddi şəkildə toqquşub. Eyni zamanda deputatın rayonun polis rəisi Nəriman İmanov və tanınmış iş adamı, “Embawood” şirkətinin sahibi Məşur Məmmədovla da münasibətləri gərginləşib. Vəziyyət o həddə çatıb ki, deputat rəqiblərinə qarşı kompromat savaşına başlayıb. Məlumatda deyilir ki, adıçəkilən şəxslərə qarşı Nəriman Əliyev zaman-zaman mənfi münasibət sərgiləyib. Masallıdan Milli Məclisə mandat alan Əliyev rəqiblərinin Masallıda nüfuz qazanmasını heç cür həzm edə bilməyib və vaxtaşırı onlarla bağlı müəyyən dairələrə məlumat ötürüb. Görünən odur ki, Nəriman Əliyev hazırda bir neçə tanınmış iş adamını hədəfə alıb. Ən son məlumatlarda isə bildirilir ki, rəqibləri biznesmen-deputatın bu özbaşınalıqlarından hüquq-mühafizə orqanlarına, həmçinin Milli Məclis rəhbərliyinə müraciət etməyi düşünürlər. Araşdırmalarımız davam edir. Qarşı tərəfin də münasibət bildirmək hüququ var. Gundelik-baku.com
NUH.az
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 2024 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 2024 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 2024 17:37
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 2024 16:35
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 2024 14:29
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54