Firudin Nəbiyev yaxınlarını Dövlət Miqrasiya Xidmətinə yerləşdirib
Onunla Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev arasında soyuq küləklər əsir
Keçmişi unutmaq, olub-bitənlərin üzərindən xətt çəkmək, deyilənləri silib-süpürmək hər kəsə nəsib olmur Bu gün fəaliyyətində ciddi nöqsanlar müşahidə olunan qurumlardan biri də Firudin Nəbiyevin rəhbərlik etdiyi Dövlət Miqrasiya Xidmətidir. Bununla bağlı Gundelik-Baku.com-u məlumatlandıran mənbə qeyd edir ki, Firudin Nəbiyev Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin kadrı kimi tanınsa da, nədənsə son zamanlar onun da xahişlərinə əhəmiyyət vermir. Belə ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin 2001-ci ildə Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə, 2003-cü ildə isə Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini postuna gətirildiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, müəyyən səbəblər üzündən hazırda onunla Elçin Quliyev arasında soyuq küləklər əsir: «Artıq çoxlarına bəllidir ki, Firudin Nəbiyev general Elçin Quliyevin kadrı, onun yaxın adamlarından olub. Deyilənlərə görə, ona məhz Dövlət Sərhəd Xidmətinin rəisinin dəstəyi ilə general-mayor hərbi rütbəsi verilib, qısa müddət ərzində karyerasında xeyli irəliləməyə müvəffəq olub. Belə ki, onun Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini, Sərhəd Qoşunlarının Baş Qərargah rəisi, daha sonra isə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində gətirilməsində Elçin Quliyevin əvəzsiz rolu olub. Lakin nədənsə son zamanlar o, Sərhəd Qoşunlarının komandanının onun üçün etdiklərini bir kənara qoyaraq özünü tamam fərqli formada aparmağa başlayıb.
Qeyd olunur ki, Firudin Nəbiyev o qədər dəyişib ki, artıq Elçin Quliyevin belə, xahişlərinə məhəl qoymur, deyilənləri eşitmir. Görünür, Dövlət Miqrasiya Xidmətinin rəisi bu illər ərzində hardan gəldiyini tamam unudub».
Əldə etdiyimiz informasiyada həmçinin, o da deyilir ki, Firudin Nəbiyev bir sıra yollara baş vuraraq rəhbərlik etdiyi qurumda uzun illərdən bəri çalışan peşəkar kadrları uzaqlaşdıraraq onların yerinə öz yaxın adamlarını təyin edib. Belə ki, xidmət rəisinin kadr siyasətini düzgün qurmadığını deyən mənbə bildirir ki, o, bir müddət öncə polkovnik, müharibə iştirakçısı, Miqrasiya Xidmətinin qurucularından olan, iki qardaşı şəhid olmuş Yunus Əsgərlini, polkovnik, uzun illər polis orqanlarında xidmət edən, müharibə iştirakçısı Zakir Məmmədovu, polkovnik, Baş RMİ-nin keçmiş rəisi, hüquqşünas, xidmətin yaradıcılarından biri olan Muxtar Məmmədovu tutarlı səbəbə gətirmədən vəzifədən kənarlaşdırıb: «Bundan başqa, o, Dövlət Miqrasiya Xidmətində İmiqrasiya Nəzarəti şöbəsinin rəisi işləmiş, hüquqşünas, iqtisadçı, dövlət qulluğunda fərqlənməyə görə prezident mükafatçısı Toğrul Əliyevi, xidmətin Vətəndaşlıq İdarəsinin rəisi işləmiş elmlər namizədi, beynəlxalq layihələrin icrası üzrə ekspert Elnur Abbaszadəni, Deportasiya şöbəsinin keçmiş rəisi, polkovnik, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinin qarşısının alınmasında şücaətlər göstərmiş, qardaşları Daşaltı və Qarabağ döyüşlərində iştirak etmiş Əfrasuv Aşurbəyovu da işdən uzaqlaşdırıb.
Onların yerinə isə öz qohumu, Dövlət Sərhəd Xidmətindən uzaqlaşdırılmış Rövşən Səfərovu, heç bir xüsusi xidmətləri olmayan Hidayət Rüstəmovu, polkovnik-biznesmen, şadlıq evləri və imarətlər şəbəkəsi olan, kirvəsi və biznez şəriki İntiqam Məmmədovu, polkovnik, Dövlət Sərhəd Xidmətindən təqaüdə çıxmış zabit Qüdrət Məmmədovu, kapitan, ali təhsil diplomu müəmmalı olan Cəmil Hüseynovu, sürücüsünün yaxın qohumu Vüqar Zeynalovu təyin edib. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Firudin Nəbiyev bu gün Dövlət Sərhəd Xidmətini tam şəkildə öz əlində cəmləyir, adamlarını ən mühüm postlara yerləşdirməyə nail olub. Elə bu səbəbdən də heç kimlə hesablaşmamaq qərarına gəlib». Katibənin xidmət rəisinə açdığı yol… Bu arada, onu da nəzərinizə çatdıraq ki, hər zaman olmasa da, əksər hallarda mühüm postda təmsil olunan şəxslərin katibələri bəzi məqamlarda onlara yaxından yardım göstərir, bir sıra məsələlərin yoluna qoyulmasında canfəşanlıq nümayiş etdirirlər. Bir sözlə, bəzən katibələr elə qapıları, elə yolları açır ki, bu sayədə bir çox arzular reallaşır. Bu səbəbdən də katibələrin açdığı yollar və qapılar yəqin ki, çoxlarına məlumdur. Bütün bu qeyd olunanları göz önünə alaraq, qəti əminliklə demək olar ki, katibənin xidmət rəisi üçün açdığı qapı heç vaxt, ən azından bu tezliklə bağlanan deyil. Çünki onun açılmasında katibənin misilsiz xidmətləri olub. Görünən odur ki, katibənin xidmət rəisi üçün etdiklərini indiyədək heç kim etməyib və ya edə bilməyib.
Yeri gəlmişkən, bu məqamda onu da vurğulamaq lazımdır ki, əksər hallarda bəzi şəxslərin katibələri özlərini yüksəkdən aparır, digərlərinə yuxarıdan aşağı baxırlar. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, keçmişi unutmaq, olub-bitənlərin üzərindən xətt çəkmək, deyilənləri silib-süpürmək hər kəsə nəsib olmur… P.S. Növbəti sayımızda xidmət rəisinin üzünə taybatay açılan qapının kimin katibəsinin vasitəsilə açılması haqda geniş yazı dərc edəcəyik. Bizi izləyin. /Gundelik-Baku.com/
NUH.az
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 2024 21:57
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 2024 16:11
- Tatarıstan Rəisi Rüstəm Minnixanov Bakıya işgüzar səfərə gəldi
17 dekabr 2024 11:11
- Əsgərlik yaşı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi : 18-30 YAŞ
16 dekabr 2024 14:39
- Azərbaycan və Belarus bu sahə üzrə birgə müəssisə yaratmağı planlaşdırır
13 dekabr 2024 22:29
- Dövlət qurumları aciz qalıb - Yolu, şagirdi olmayan, təhlükəli məktəbi kim qoruyur? - VİDEO
11 dekabr 2024 12:29
- SON DƏQİQƏ! Suriya dövlət televiziyası: Suriya artıq azaddır; Əsəd rejimi devrildi, bütün məhbuslar azad edildi
8 dekabr 2024 10:42
- Mərkəzi Bank sədrinə yeni təyin olunan müavinlər kimlərdir? - DOSYE
5 dekabr 2024 22:19
- Kadırov Rusiyanın NAZİR-lərini hədəf aldı
5 dekabr 2024 21:26
- Qulu Məhərrəmli: Çox böyük qayğı göstərdiyimiz şəxslər kişilik, ləyaqət sınağından çıxa bilmədi - MÜSAHİBƏ
5 dekabr 2024 13:49
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54