İCRA BAŞÇISI RAYONU İŞ ADAMINA SATIB - NİZAMİDƏ YAŞIL TERROR

Bakının Nizami rayon icra başçısının yaşıllıqları kütləvi şəkildə qırmasında əlaltıları məlum olub.
Mətbuata verilən xəbərə görə, Arif Qasımovun "ağac soyqırımı” ilə məşğul olan mütəşəkkil dəstəsində yaxın dostu olduğu deyilən iş adamı Ramin Babayev xüsusi fəallıq edir.
R.Babayevin metronun "Neftçilər” stansiyası yaxınlığındakı "Ledi Şarm” və "Romantik” geyim mağazalarının sahibi olduğu deyilir. İcra başçısının himayəsi altında yaşıllıqlara qənim kəsilən R.Babayev bir gecənin içərisində sözügedən ticarət obyektlərinin yaxınlığındakı ağacları dibindən kəsdirib.
Məlumatda bildirilir ki, sahibkar bu ekoloji cinayəti icra başçısına güvənərək həyata keçirib. Çünki A.Qasımov Nizami rayonunda tikinti işlərini və başqa qeyri-rəsmi "layihə”lərini R.Babayevə həvalə edib.
Hazırda R.Babayevin kəsdirdiyi ağacların yerində dəmir konstruksiyalar var və ticarət mərkəzi inşa olunacaq. Gələn bilgilərə görə, sahibkar həm də PSS mühafizə şirkətinə rəhbərlik edir. Onun rayon ərazisində ticarət obyektlərinin sayını artırmaqda icra başçısının ciddi şəkildə dəstəyi olduğu deyilir.
A.Qasımovla R.Babayev həmyerlidirlər. İcra başçısı ilə iş adamı əslən Naxçıvanın Şərur rayonundandır. Məlumata görə, bir müddət əvvəl ağacları məhv edən və cərimələnən sahibkar Mayis Əhmədovun da R.Babayevlə qohumluğu üzə çıxıb. M.Əhmədov R.Babayevin qaynıdır. Beləliklə, icra başçısı qohum olan iki həmyerlisinin Nizami rayonunda yaşıllıqların məhv edilməsinə geniş imkan yaradıb.
Mətbuat xəbər verir ki, bir müddət əvvəl Qara Qarayev prospektində - "8-ci kilometr bazarı”nın yaxınlığında ağacların qırılması faktı qeydə alınıb. Bundan başqa, hazırda metronun "Neftçilər” stansiyasından üzü "Xalqlar dostluğu” istiqamətinə gedəndə yolun sağında - 9 mərtəbəli binaların qarşısındakı yaşıllıqlar da məhv edilib və yerində təyinatı hələ bəlli olmayan obyektlər tikilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı Şərurun Vərməziyar kənd sakini, sahibkar Mayis Əhmədov Ənvər oğlunun sərv və eldar şamı ağaclarını qırdığı aşkar edilib. Faktla əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə ona fiziki şəxs qismində cərimə tətbiq edilib.
Onu da bildirək ki, Nizami rayon rəhbəri az əvvəl şah taxtı olan kresolusu ilıə medianın gündəminə gəlmişdi. Artıq məlum foto rəsmi saytdan yığışdırılıb.
İH başçısının kabinetində oturduğu kreslonun böyüklüyü və əzəməti istər-istəməz gözə çarpırdı. İxtisasca hüquqşünas olan və vəzifə mərtəbələrini pillə-pillə çıxan Arif Qasımovun belə əzəmətli kresloya həvəsi hər halda təsadüf ola bilməz.
Ötən il Rusiya saytlarının dövlət başçılarınınn iş otaqları haqda yaydığı xəbərdə Azərbaycan prezidenti İlham Əliyevin kabineti də daxil bir çox ölkə rəhbərlərinin kabinetlərinin fotosuna yer verilmişdi. Lakin heç bir prezidentin, baş nazirin kreslosu Arif Qasımovun kreslosundan daha əzəmətli deyildi. Bu fotonu yayılmasından sonra rayon icra başçısı rəsmi saytdan həmin şəkli yığışdırıb və yenisi əlavə olunub.
İcra başçısı vəzifə alverində adının çəkilməsi ilə yenidən gündəmə gəlib. Arif Qasımov "Gülərqeyt” əməliyyatına oxşar hadisədə iştirakçı olub. Siyəzənə rəhbərlik etdiyi dövrdə ona Rusiyadan gələn iş adamı Ramazan Səlimovun müavini olması təklif edilib.
Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd edir. İş adamı istintaq ifadəsində deyib ki, bu işdə Arif Qasımov da iştirak edib.
Həsən Əliyev Ramazan Səlimovu öz "Range Rover”i ilə Siyəzənə apararaq bu rayonun icra başçısı Arif Qasımovla görüşdürüb. Həmin görüşdə Ramazan Səlimovun RİH başçısının birinci müavini postuna təyinatı məsələsi müzakirə olunub. Arif Qasımov bildirib ki, məsələni öyrənib bir neçə gündən sonra cavab deyəcək.
İki gündən sonra cavab gəlib ki, birinci müavin yerli sakin olmalıdır. Ona görə də Ramazan Səlimova rayonda peşə məktəbinin direktoru vəzifəsini təklif edib, lakin o, razılaşmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Conflict.az/
NUH.az
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Çirkab suları Ceyranbatan Su anbаrınа axıdılır
12 aprel 2025 16:17
- Elşad Musayev vətəndaşları qəbul etdi
12 aprel 2025 14:40
- Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
11 aprel 2025 15:41
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
9 aprel 2025 21:48
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35