Abşeron təhsili- zorlama,döyülmə, rüşvət faktları və cəzasızlıq

Sovet dövründə tərbiyə ilə bağlı ayrı-ayrı aspektlər üzrə müəllimlər qarşısında vəzifə qoyulurdu: vətənpərvərlik tərbiyəsi, əmək tərbiyəsi, mənəvi tərbiyə, estetik tərbiyə və sair. Hazırda da kurikulum adlanan təhsil proqramında məsələ qoyulur ki, məktəbin vəzifəsi şəxsiyyətyönümlü vətəndaş hazırlamalıdır. Amma çox təəssüf ki, şəxsiyyətyönümlü vətəndaş necə olmalıdır, necə hazırlanmalıdır bunun kriteriyaları işlənməyib.
Bu mənada Abşeron rayonu xüsusi fərqlənir.Elə bir həftə yoxdur ki, mətbuat səhifələrində məktəblərdə bıçaqlanma, müəllimin şagirdi döyməsi hadisəsinə rast gəlinməsin. Amma bu məsələlər aşkar olunsa da, sosial şəbəkələrdə yayılsa da bununla bağlı məsuliyyətsizlik mövcuddur. Hələ eşitməmişik ki, baş verən belə bir faktla bağlı məktəb direktoru və ya müəllim işdən çıxarılsın, məsuliyyətə cəlb olunsun. Fakt öncə ört-basdır edilir, ona başqa don geyindirilir. Bir müddət sonra da məktəb direktoru, yaxud müəllim öz ərizəsi ilə işdən azad olunur. Yəni cəmiyyət nə hadisənin səbəbini bilir, nə günahkarı görür, nə də cəza tətbiqini”.
Reportyor.org son illərdə Abşeron təhsilində baş verən ən qalmaqallı hadisələin xronologiyasını təqdim edir.
2 saylı məktəb-zorlama faktı
2014-cü ilin mart ayının 15-i tarixində məktəbin 11-ci sinfində oxuyan 3 oğlan uşağı (onların kimlikləri məlumdur, sadəcə olaraq qeyri-etik hadisə olduğundan adlarını çəkmirik -red.) 9-cu sinifdə oxuan 15 yaşlı qızı zorlayıblar.
Məlumatda deyilir ki, həmin hadisə bu gün ört-basdır edilir. Halbuki hadisəni törədən şəxslər Bakının Nəsimi rayonu ərazisində həbs olunublar və 19-cu polis bölməsinə gətiriliblər. Lakin sonradan 2 saylı məktəbin direktoru Ədalət Camalovanın müdaxiləsi ilə hər üç şagird sərbəst buraxılıb.
Məlumatı verən şəxs dia.az-a açıqlamasında iddia edirb ki, Ədalət xanımın bu hadisəyə müdaxilə etməsi bu iyrənc hərəkətin onun məktəbinin adına ləkə gətirməsi ilə əlaqədar deyil: «Sadəcə olaraq, həbs olunan, zorlamada ittiham olunan məktəblilərdən biri Ədalət xanımın yaxın qohumudur».
Mənbə iddia edir ki, bu işdə Abşeron rayon təhsil idarəsinin müdirəsi İradə xanım da maraqlı tərəf kimi çıxış edib, cinayət əməli törədən şagirdlərin buraxılmasında rol oynayıb: «Amma maraqlı burasıdır ki, hadisə barədə Abşeron rayon icra hakimiyyətinin başçısının məlumat almasının qarşısı müxtəlif üsullarla önlənilməkdədir. Yəni əgər RİH rəhbəri Zakir Fərəcov bundan xəbər tutarsa, dərhal cinayət işi açıla bilər. Halbuki məhz yerli təhsil şöbəsinin müdirəsinin və həmçinin məktəb direktorunun müdaxiləsi səbəbindən 19 saylı Polis Bölməsində iş qaldırılmayıb».
Sonradan Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda 9-cu sinif şagirdi olan qıza qarşı seksual xarakterli hərəkətlər etmiş şəxslər barəsində olan cinayət işinə baxılıb. Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyev barəsində bəraət hökmü çıxarılıb. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Abşeron rayonu ərazisində orta məktəbin 9-cu sinif şagirdini zorlayıb, əməllərini videokamera ilə lentə alaraq, qızı bu vasitələrlə şantaj edən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Təqsirləndirilən şəxslərin barəsində başqa yerə getməmək haqda verilən qətiimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalındaca həbs ediliblər.
Döyülmə
Bu il yanvar ayının əvvəlinə Azərbaycanda müəllim zorakılığını əks etdirən daha bir video yayıldı. Döyülmə faktı Abşeron rayonu, Xırdalan şəhəri 9 nömrəli məktəbdə qeydə alınmışdı.
Məktəbdə ibtidai sinif müəllimi dərs başa saldığı qız şagirdin başına zərbə endirir. Daha sonra onu təhqir edərək yerinə oturmasını deyir. Müəllimə heç bir cavab verməyən balaca qız sakitcə parta arxasına keçir. Həmin hadisəni kənardan şagirdlərdən biri videoya çəkmişdi.
Hadisə böyük qalmaqala səbəb oldu. "İctimai Problemlərin Tədqiqi” Sosial Fondunun rəhbəri Məhərrəm Zülfüqarlı isə deyib ki, inkişaf etmiş ölkələrin qanunvericiliyinə əsasən, insan haqlarını, o cümlədən uşaq hüquqlarını pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Hətta bəzi ölkələrdə nəinki müəllim, hətta valideynlər belə öz uşaqlarına cəza verə bilməz. Bu baxımdan, əgər uşaq şikayət edərsə, valideyn məhkəməyə cəlb oluna bilər. Azərbaycanda isə bu məsələ ilə bağlı müəyyən problemlər var. Baş verən son hadisə bir daha bu faktı sübuta yetirib.
Qeyd edək ki, hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırıldı.
Baş vermiş hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olundu. Sonucda isə müəlliməyə sadəcə töhmət verildi.
Məktəb, yoxsa bazar..?
Sonuncu qalmaqallı hadisə isə lap bu yaxınlarda baş verib ki, həmən hadisə də həm sosial şəbəkələrdə,həm mətbuatda geniş müzakirə edildi. Söhbət 10 saylı məktəbdə bayramla bağlı uşaqlardan pul yığılması ilə bağlı idi. İlqar Qulusoy adlı valideynin sosial şəbəkədə yazdığı status geniş əks-sədaya səbəb oldu :
“8 martla əlaqədar şagirdlərdən 20 manat pul yığıb 8 mart şənliyi keçirdiblər. Bunun təhsilə nə əlaqəsi var? Azyaşlı uşaqlara 8 mart şənliyinin keçirilməsi nə verir?
Zatən valideynlər azı 30 man müəllimlərə şirinlik veriblər. Əlavə olaraq 20 man pul verib tədbir keçirmək....
Novruz bayramı ərəsəində 30 manat novruz şənliyi üçün pul yığılır. Başa düşə bilmirəm kosa keçəl hollivuddan gəlir?
Uşağın nəyinə lazımdır bu tədbir? Bəyəm yuxarı sinif uşaqlarını cəlb edərək kosa keçəl edib onların aktyorluq qabiliyyətlərini artırmaq olmazmı?
Əlavə olaraq hər bir uşaq üçün 5 manat pul tələb olunur. Novruz xonçası üçün. Uşaq müəllimə deyir ki mamam xonça bəzəyib gətirəcək. sinif rəhbəri deyir lazım deyil 5 manat gətirin özümüz alacağıq..... 2 ci sinif uşağı ilə müəllimə arasında dialoqa baxın...
Test pulu , lövhədə yazmaq üçün marker alınması...
Bununla hansı təhsildən danışmaq olar?
Abşeron gənclər şəhərciyində yerləşən bu məktəb ödənişli mədəniyyət evinə çevrilib. Valideynlər var hələ evinə 100 qram qoz ala bilməyib amma borc tapıb uşağına verir ki sinifdə seçilməsin. adamlar tanıyıram ışıqları kəsilib borca görə qaranlıqda otururlar. Amma dilənib məktəbə pul verirlər.
Bu ölkədə qayda qanunlar yoxdurmu?
Hara baxır təhsil nazirliyi
Hara baxır Abşeron icra hakimiyyəti?”
Ardı var.. reportyor.org
NUH.az
- Əhməd əl-Şaraanın təyin etdiyi qadın nazirlə bağlı ŞOK FAKTLAR - FOTO
30 mart 2025 15:53
- Bakı şəhərində cəmi 7 EŞŞƏK VАR
28 mart 2025 14:07
- Azərbaycanda sabah 20 dərəcə isti olacaq
26 mart 2025 14:05
- Bakıda icra başçısı olmaq istəyən şəxs 400 min rüşvət verməyə razılaşıb və ...
25 mart 2025 17:51
- Bakıda məhkəməsi keçirilən Bakonun qonşusu danışdı: Qumarbaz, nəşəxor idi
25 mart 2025 17:14
- Sabahdan temperatur yüksələcək: 18 dərəcə isti olacaq
25 mart 2025 14:09
- Nasistlər Puşkinin məzarını elə minalayıblar ki... - Şairə görə 10-dan çox hərbçi ölüb
24 mart 2025 14:01
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 2025 12:31
- Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? (FOTO)
10 mart 2025 02:53
- Sabah yaz havası olacaq
9 mart 2025 13:21
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45