İnsanların ümidgahı Sizsiniz
YUNESKO və İSESKO – nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya
(Surəti DTX – nin rəhbərliyinə)
Bakı şəhəri, Yeni Əhmədli, Qaçaq Nəbi küçəsi 5 saylı evin 106-cı mənzildə yaşayan Firuz Eyvazəli oğlu Haşımovdan
ƏRİZƏ
Savab və nəcib əməlləri ilə bütün titullardan ucada duran hörmətli Mehriban xanım!
İqtidar qarşısındakı xidmətlərim barədə danışmaq belə istəmirəm. Bəziləri düşünə bilərlər ki, mən nə isə umuram. Ömrümün qürub vaxtında mənə heç kimin nə mərhəməti lazımdır, nə də sədəqəsi...
Bir arzum var, istərdim ki, ünvanınıza gələn çoxsaylı məktubları, şikayətləri saf-çürük edənlər ərizəmə laqeyd yanaşmasınlar.
Hörmətli Mehriban xanım ! Böyük ömür yaşamışam. Köhnə kişilər demişkən, cəhənnəmi bu dünyada görmüşəm. İllər uzunu metro inşaatında kesson kameralarında yüksək atmosfer təzyiqi altında işləyəndə də, general Tyaqunovun, Dubinyakın cəlladları ilə üzbəüz gələndə də, ölümün gözünə dəfələrlə baxmışam.
Misilsiz xəyanət və faciələrin şahidi oldum, amma indiki kimi sarsılmamışdım. Təsəvvür edə bilməzdim ki, müstəqilliyimizin 25-ci ilində, bəsit, primitiv mədhiyyələri ilə özünü gözə soxmağı bacarmış, girəvə gözləyib respublika rəhbərliyinin qılığına girmiş Elmira Axundova adlı bir odioz fiqur dələduzluqla məşğul olmuş oğlunu həbsdən xilas etmək xatirinə nəinki polisi, hətta məhkəmələri belə barmağına dolayacaq.
Elmira Axundova ölkənin gözü kölgəli, yuxarıların qarşısında zağ-zağ əsən, pulgir məmurlarını necə ram etməyi yaxşı bilirdi.
Saytlarda, qəzet səhifələrində çoxdandır ki, olan-qalan sərvətləri, pulları əllərindən çıxmış insanların siyahısı verilib. Onların 1097000 manat pulunu Elmira Axundovanın oğlu başqa bir dələduzla həzm-rabedən keçirib.
Polis, məhkəmə Elmira xanımın fəxri adları, vəzifəsi qarşısında qalıb acız.
Hörmətli Mehriban xanım! Elmira Axundovanın vəkili məhkəmə iclaslarında onun Sizinlə birgə şəklinizi hakimlərə göstərirdi. Bunun bir adı var, məkrli oyun! “Yəni, baxın ha, ehtiyatlı olun, görün Elmira xanım kimin yanında durub!...”
Mən isə bunu Sizə qarşı sayqısızlıq sayıram!
Lap elə bu günlərdə müəyyən edilib ki, Elmira Axundovanın canla-başla qoruduğu tandem hal-hazırda vəzifədə işləyən onlarla şəxsdən milyonlarla pul qopara bilib. Qorxudan heç kim dillənə bilmir! Qorxurlar ki, sabahı günü Elmira xanım onları işdən çıxartdıra, çörəklərinə də toxuna bilər.
Yeri gəldi gəlmədi hər yerdə özünü “Ulu öndərin və Ailənin yeganə, əvəzsiz bioqrafı” kimi təqdim edən Elmira Axundovadan hamı çəkinir. İctimaiyyətdə artıq belə fikir formalaşıb ki, Elmira Axundovanın hər yerə əli çatır, o artıq- əskik danışanın, pul söhbəti edənin başına gen dünyanı dar edər. Necə ki edir də!
Kömək üçün mənə müraciət edənlərin sözlərini yerə salmayıb ətraflı araşdırma apardım və elə məsələlərin üstünə çıxdım ki, dilim-ağzım qurudu. Heç demə demokratik dəyərlərdən, simsarsız, kasıb qaçqınlardan, camaatın dərd-sərindən harada gəldi danışan Elmira xanım böyük sərvət sahibi imiş. (Bu barədə qəzet səhifələrində ətraflı məlumatlar dərc edilib)
Dözə bilməyib mətbuatda çıxış etdim. Soruşdum ki, Elmira xanım, oğlunuzun başqa bir dələduzla əlbir olub, xalqın külli miqdarda pulunu mənimsəməsini başa düşdüm, amma deyə bilərsinizmi, hansı qonorarların hesabına belə dəbdəbəni qurmusunuz? Bahalı maşınlar, təmtəraqlı villalar, mənzillər ...
Bəli, məni çəkdilər məhkəməyə, guya Elmira xanımı təhqir etmişəm. Miskin məzhəkəni xatırladan məhkəmələrdən danışmıram, əvvəla ikrah hissi qoymur, ikincisi də bu rəzalət hələ də davam edir.
Bizim həşəmətli hakimlər özlərini elə apardılar ki, elə bil ortada nə intihar həddinə çatdırılanlar, nə dilənçi gününə düşənlər, nə də təhqir olunub alçaldılan zavallılar var. Xətai rayon məhkəməsi, Bakı şəhər Apellyasiya məhkəməsi təqdim etdiyimiz bir mühüm sənədi ilim-ilim itirdilər. Bu Elmira Axundovanın siyasi ikiüzlülüyünü sübut edən vacib sənəd idi. Hamının nifrət hədəfinə dönmüş bizim məhkəmələr belə hökm verdilər: Böyük məbləğləri mənimsəmiş, zərərçəkənləri həyasızcasına hədələyən deputat oğlu Həbib Axundovun ətəyində namaz qılmaq olar, Elmira Axundova isə paklıq mücəssəməsidir, ayda 170 manat təqaüd alan, dərmana pul tapmayan Firuz Haşımov isə beş min manat cərimə verməlidir.
Bir məmləkətdə ki, alçaldılmış, təhqir edilmiş insanların 200-dən artıq şikayət məktubuna məhəl qoyulmur, orada hakimlərdən nə desən gözləmək olar. Bəli, hörmətli Mehriban xanım, deputat oğlunun dilənçi gününə saldığı adamlar müxtəlif ünvanlara 200-dən artıq məktub, ərizə göndəriblər.
Primitiv mədhiyyələrdən başqa heç nə yaza bilməyən Elmira Axundova niyə belə “badam göz” olub..?
Müstəqillik uğrunda mübarizənin öncüllərindən biriyəm, illər boyu iqtidarı qoruya-qoruya çoxu ilə üz-göz olmuşam, məqalələrimin bir abzasını Elmira Axundova yaza bilməyib, bütün məsuliyyətimlə deyirəm, o, heç bir ənama, fəxri ada layiq deyil, Milli Məclisdə oturmağını da xalqım üçün həqarət sayıram. Elmira Axundova neçə-neçə insanı bədbəxt etmək bir yana, camaatı ələ salmağından da qalmır. O, şəhərin mərkəzində çox bahalı “Port Baku rezidens”də dəyəri 1665000 manat olan (təmirsiz vəziyyətdə) iki mənzil və avtomobil dayanacağı alır. Bu barədə verilən sorğuya Elmira Axundova cavab verir ki, xidmətlərinə, gördüyü işlərə görə bu bahalı əmlaklar ona bağışlanıb (!!!).
Varam belə səxavətə! Məgər iqtidar Elmira Axundovanın cah-cəlallı villalarından, ofislərindən, neçə-neçə mənzilindən, bahalı maşınlarından bixəbərdi?
“Ay camaat, mən də varam!” demək üçün tez-tez telekanallarda görünmək, bəsit, mənasız, zəhlətökən çıxışlar etmək nə vaxtdan fövqəlxidmət sayılıb?
Hörmətli Mehriban xanım! Dövlətçiliyin ali məramları naminə əlimdən gələni etmişəm, sağlamlığımı da itirmişəm, necə ola bilər ki, iqtidar dərman üçün mənə qara qəpik də vermir, amma neçə-neçə bayrağa beyət gətirmiş adi əyalət məddahına, iqtidarı hörmətdən salan Elmira Axundova kimi odioz xanıma dəyəri milyonlar olan əmlak bağışlayır?
Bu günlərdə eşidirəm ki, cəzasızlıq sindromundan başını itirmiş Elmira Axundova müflis edib küçələrə saldığı zavallıları hədələməkdən belə çəkinməyib, dilinizi dinc saxlamasanız, Sizə qarşı cinayət işi açdıracağam. Mən həqir bəndə buna inanıram, məni daha heç nə təəcübləndirmir.
Ərizəmin əvvəlində yazmışdım ki, Siz, savab və nəcib əməllərinizlə bütün titullardan ucada durursunuz. Həm bu gözəl xüsusiyyətinizə, həm də yaxşı bələd olduğum qənirsiz əsil-nəcabətinizə güvənərək təvəqqe edirəm, hörmətli Mehriban xanım, Elmira Axundovanın zəlil günə saldığı günahsız insanların dadına çatın! 200-dən artıq ərizəsi, müraciəti cavabsız qalmış insanların ümidgahı Sizsiniz.
Mənə isə heç nə lazım deyil, yuxum ərşə çəkilib, yerimək müşkülə dönüb, ağrılarım da gündən-günə şiddətlənir, ölümü xilas kimi gözləyirəm.
Dərin hörmətlə: Firuz Haşımov
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 2024 12:05
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi? - Millət vəkili Elşad Musayev
17 dekabr 2024 22:31
- Dünyanın ən varlı illüziyaçısı 13 nəfərin necə yoxa çıxdığını etiraf etdi
15 dekabr 2024 02:35
- Tiflisdə hoteli olan, qadın məclislərində oxuyan xanəndəmiz - Cəlil Məmmədquluzadə ondan nə kömək istəmişdi?
10 dekabr 2024 13:31
- Azərbaycanda təhsilsiz insanların sayı açıqlandı – Rayonlar üzrə tam siyahı
7 dekabr 2024 11:10
- Qulu Məhərrəmli: Çox böyük qayğı göstərdiyimiz şəxslər kişilik, ləyaqət sınağından çıxa bilmədi - MÜSAHİBƏ
5 dekabr 2024 13:49
- Əfqan qadınlara həkim olmaq QADAĞAN OLDU
5 dekabr 2024 10:51
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54