Bakının «QUMAR KRALLARI»-2:AĞDAMLI İQBAL

Maraqlıdır ki, bu şəxsin qumarxanaları əsasən hamının gözü qarşısında fəaliyyət göstərir, lakin müvafiq dövlət qurumları heç bir tədbir görmürlər. Ötən günlərdə Bakının qumarxanaları və onları işlədən əsas fiqurlarla bağlı araşdırmamızın bir qismi ilə oxucularımızı tanış etmişdik. Jam.az-ın əməkdaşlarının apardığı araşdırma nəticəsində ortaya çıxarılan əsas fiqurlardan biri Arzuman Muradlıydı.
Bu şəxs YAP-ın Səbayel təşkilatının İdarə Heyətinin üzvü olub və 2005-ci ildə hakim partiyanın nümayəndəsi olaraq parlament seçkilərində Müsavat başqanı İsa Qəmbərlə rəqib olub.
Aldığımız son məlumatlarda isə qeyd edilir ki, Arzuman Muradlı mütəmadi olaraq, Bakıda qumarxanaların sayını artırmaqla məşğuldur və bununla əlaqədar olaraq, onun yeni «layihə»ləri də açıq-aşkar fəaliyyət göstərirlər. Lakin məsələdə ilginc məqamlardan biri də odur ki, bu şəxs açdığı yeni qumarxanalarınj «Buta Palase»dən işdən çıxarılmış şəxslərə etibar edir. Bunu hansı məqsədlə etdiyi hələlik məlum deyil.
Bakının qumar «kralları» sırasında ikinci yeri isə Ağdamlı İqbal tutur. Kriminal aləmlə geniş bağlantısı olan bu şəxsin Bakıda xeyli sayda qumarxanaları var. Həmin qumarxanalar isə Qara Qarayev metrostansiyasının yaxınlığından tutmuş, Yasamala qədər bir çox yerlərdə fəaliyyət göstərirlər. Ona hər hansı bir təsirin edildiyi və ya obyektlərinin bağlanılması ilə bağlı addımların atıldığı da müşahidə edilməyib.
Araşdırmalar zamanı məlum olub ki, Ağdamlı İqbal bu işlə hələ xeyli əvvəldən məşğul olub. Hətta belə bir iddia da var ki, onun ilk qumarxanası Türkiyə səfirliyinin həyətində fəaliyyət göstərib. Bunun nə dərəcədə mümkün ola biləcəyi hazırda araşdırılır və yaxın günlərdə nəticəsi ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, Ağdamlı İqbalın obyektlərinə yaxın getmək, toxunmaq və ya onlardan şikayətçi olmaq mümkün deyil. Daha doğrusu, bu addımları atmaq mümkündür, amma nəticənin olacağı real deyil. Bəzi iddialara görə, Arzuman Muradlıdan fərqli olaraq, Ağdamlı İqbalın arxasında bəzi qüvvələr dayanır. Bu səbəbdən də o, Bakıda bir xeyli qumar yerləri açmağa nail olub. Üstəlik, onun qumarxanalarına polisin və ya digər qurumu yaxın düşməsi də mümkünsüz hesab edilir.
Ağdamlı İqbalın əsas obyekti Səməd Vurğun bağının yaxınlığında yerləşir. Bir zamanlar aviakassa kimi işləyən həmin yerdə qumarxana qurulub və oradan külli miqdarda qazanc götürülür.
Sözügedən «qumar kralı»nın Qara Qarayev metrosu yaxınlığında fəaliyyət göstərən qumarxanaları isə az qala göz çıxarır. Lakin bütün bunlara baxmayaraq, daha doğrusu, fəaliyyətin qeyri-qanuni və qadağ olunmasına rəğmən, onların bağlanılması prosesi həyata keçirilmir. Bu işdə Ağdamlı İqbalı kimlərin himayə etdiyi isə bizə məlumdur. Sadəcə, bəzi dəqiqləşdirmələr səbəbindən adı açıqlamırıq.
Ağdamlı İqbalın bir digər obyekti isə düz Vergilər Nazirliyinin yaxınlığında fəaliyyət göstərir. «Ləziz Lahmacun» adlı restoranda yalnız qumar oynamaqdan ləzzət aparmaq olar. Maraqlıdır ki, ölkənin ən nəhəng dövlət qurumlarının düz qulağının dibində belə qanunsuz işlərlə məşğul olan obynktlərdən onların ya xəbərləri olmur, ya da xəbərləri olsa da, kimsə səsini çıxarmır.
Belə obyektlər sırasında «Limon» Çay Evinin də adı çəkilir. 28 May metrosu yaxınlığında fəaliyyət göstərən bu qumarxana Ağdamlı İqbala məxsusdur. Lakin onu işlədən şəxs Emin adlı biridir. Eminin Ağdamlı İqbalın əsas adamlarından biri olduğu vurğulanır.
Həmçinin Ayna Sultanova heykəlinin yaxınlığındakı yeni tikilinin altında fəaliyyət göstərən “Auto Cars” adlı obyekt də Ağdamlı İqbala məxsusdur. Bu yaxınlarda həmin qumarxana ətrafında qalmaqal baş versə də, sonradan problem aradan qaldırıldı. Həmin qumarxananın hazırda da fəaliyyət göstərdiyi deyilir.
– Bakının «Qumar Kralları» sırasında daha kimlər var?
– Qumarxana işlədən deputat oğlu kimdir?
– «Krallar» özlərini sığortalamaq üçün hansı yüksək çinli məmurların adlarını çəkirlər?
– Bakıda elektron formada qumar oyunları harada təşkil edilir?
– «Qara Vəzir» və Mehman kimdir, onların şəhərin hansı hissələrini «zəbt» ediblər?
– Yeni Günəşlidəki “Berkut Club” kimə məxsusdur?
Bu və digər maraqlı araşdırma ilə bağlı növbəti gün geniş məlumat ala biləcəksiniz.
NUH.az
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Allahşükür Paşazadənin səhhətində problem yaranıb
30 mart 2025 12:03
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ
26 mart 2025 02:08
- Hərəmiz 9-10 min qazanırdıq - Bakıda kazino təşkil edənlərin işinin TƏFƏRRÜATI
25 mart 2025 22:54
- Əli Mirəliyevin var-dövləti üzə çıxdı: İki bağ, Türkiyədə ev, Bakının mərkəzində 3 ev də...
25 mart 2025 18:26
- Bakının GÜL cənnətindən VİDEOREPORTAJ
25 mart 2025 02:09
- Çingiz İsmayılov vəfat etdi
23 mart 2025 23:40
- Almaniya Prezidenti Azərbaycana gəlir - İLK DƏFƏ
17 mart 2025 15:16
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45