DFNX Rusiya KİV-də yayılan məlumatları təkzib edib

Camal Quliyev: Rusiyalı həmkarlarımız Azərbaycana gəlmək istəsələr, onlara əlverişli şərait yaradılacaq
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti ( DFNX ) Rüsiya kütləvi informasiya vasitələrində bu ilin yanvar ayında Azərbaycandan Rusiyaya ixrac edilən pomidorun həcminin 5 qat artdığı barədə yayılan məlumatlara münasibət bildirib. Qeyd edək ki, Rusiya tərəfi bu məhsulların əksər hissəsinin Türkiyədən Azərbaycan gətirildiyini və azərbaycanlı həmkarları tərəfindən sertifikat verildiyini ehtimal edir. Belə ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert artıq Rusiya tərəfinin narahatlığı ilə bağlı Azərbaycanın müvafiq qurumlarına məktub göndərildiyini deyib. O bu məsələnin daha dəqiq araşdırılması üçün rus müfəttişlərinin pomidorların istehsal olunduğu istixanaların yoxlanılması üçün Azərbaycana ezam edilməsini istisna etməyib.Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev "Report"un sorğusuna cavabında Rusiya mətbuatının yaydığı bu məlumatın reallığı əks etdirmədiyini bildirib:"2016-cı ilin yanvar ayında Azərbaycandan Rusiyaya pomidor ixracı keçən ilin yanvar ayına nisbətən 4,7 dəfə artaraq 2,6 min ton olub. Bəzi mətbuat orqanlarında bunun Türkiyə istehsalı olan pomidor olması barədə həqiqətə uyğun olmayan məlumatlar gedir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti bu məlumatın qeyri-dəqiq olduğunu bəyan etməklə yanaşı, aşağıdakıları bildirir.Birincisi, Rusiyanın Türkiyədən bir sıra ərzaq və kənd təsərrüfatı məhsullarının idxalını qadağan etməsindən sonrakı dövr ərzində Azərbaycana pomidor idxalının həcmi əvvəlki kimi cüzi səviyyədə olub - 2015-ci ilin dekabr ayında 23,6 ton, 2016-cı ilin yanvar ayında isə cəmi 127,9 ton (yeri gəlmişkən, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% azdır). Yəni sonradan Rusiyaya məhsul ixrac etmək üçün Azərbaycana pomidor idxalında heç bir artım olmayıb.İkincisi, Rusiyanın bir sıra ölkələrdən kənd təsərrüfatı və ərzaq məhsulları idxalını qadağan etməsindən sonra yaranan yeni bazar imkanlarını, təbii olaraq, uzun illər ərzində ənənəvi Rusiya bazarına məhsul ixrac edən Azərbaycanlı sahibkarlar da dəyərləndirdilər. Xüsusilə, respublika prezidenti cənab İlham Əliyevin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması tədbirləri kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasında ciddi dönüş yaratmışdır. Eyni zamanda, manatın devolvasiyası siyasəti Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə istehsalın və ixracın həcminin artırılmasında önəmli rol oynayır. Məsələn, cari ilin yanvar ayında ölkədə tərəvəz istehsalı ötən ilin müvafiq dövrünə nəzərən 6,7 faiz çoxalıb (natural ifadədə).Üçüncüsü, Azərbaycandan ixrac olunan bütün bitkiçilik məhsulları, o cümlədən də pomidor üzrə fitosanitar sertifikatlaşdırmanı həyata keçirən qurum olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti birmənalı olaraq bəyan edir ki, Rusiyaya ixrac olunan məhsulların hamısı Azərbaycan mənşəlidir.Sonda bir daha vurğulamaq istəyirik ki, ənənəvi Rusiya bazarında yaranmış əlverişli imkanlardan bəhrələnmək üçün Azərbaycan dövləti bu ölkəyə bütün kənd təsərrüfatı məhsulları üzrə ixracın həcminin ciddi şəkildə artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirir. Hələ 2015-ci ilin avqust ayından etibarən iki ölkə arasında bu istiqamətdə əldə edilmiş razılaşma da elə məhz bu məqsədə xidmət edir.Bildiririk ki, rusiyalı həmkarlarımız ölkəmizdə pomidor istehsalının mövcud vəziyyəti ilə tanış olmaq üçün Azərbaycana gəlmək istəsələr, onlara əlverişli şərait yaradılacaq".
NUH.az
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Sabahdan iş günləri başlayır
31 mart 2025 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 2025 14:44
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 2025 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 2025 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 2025 11:22
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
- Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq – Netanyahu
30 mart 22:22
- Gecə yatmazdan əvvəl qatıq YEYİN - FAYDALARI
30 mart 21:47
- Ermənistanda seçkilər: Namizəd OĞURLANDI
30 mart 21:36
- Zelenski seçkiyə hazırlaşır - Tarix MƏLUM OLDU
30 mart 21:03
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 18:36
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 17:25