Elmira Axundovanın “taktika”sı:
Qara məni basınca...
Son vaxtlar Milli Məclisin üzvü Elmira Axundovanın sahibi olduğu və dəyəri milyonlarla ölçülən villaların, mənzillərin, obyektlərin olması barədə mətbuatda məqalələr dərc olunur. Bu azmış kimi deputatın oğlu Həbib Axundovun adı 8 milyonluq dələduzluq qalmaqalında hallanır. Zərərçəkənlər Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov Axundovların əməllərindən dövlət orqanlarına şikayət edirlər. Bu qarşıdurmada çox maraqlı məqamlar ortaya çıxır. Zərəçəkənlər deputatın özünün və oğlunun şəxsiyyətinə toxunmadan pullarını geri tələb edirlər. Hətta zərəçəkənlərdən biri Fərman Məmmədov ədəb-ərkan daxilində, məsələni siyasiləşdirmədən, haray-həşir salmadan oğul Həbib Axundovdan 575 min manat pulunu istəyir. Və konkret olaraq deyir ki, pulu Həbib Axundova vermişəm. Fərman Məmmədov bu boyda ziyana düşməsinə baxmayaraq ana-oğul haqqında ehtiramla danışır: “Elmira xanıma həmişə hörmətlə yanaşmışam. Onu həm də ümummilli liderimiz, Ulu Öndər, xalqımızın fəxri Heydər Əliyevin silahdaşı kimi tanımışam. Biz Elmira Axundova ilə dostluq münasibəti yaradanda oğlu Həbibin hələ 5 yaşı var idi. Onun övladı mənim qucağımda böyüyüb. Mən onları heç vaxt öz doğmalarımdan ayırmamışam. 2005-ci ildə seçkidə millət vəkilinin səlahiyyətli nümayəndəsi olmuşam”.
Həqiqətən də bu boyda pisliyin qarşısında keçmiş döyüşçü olan Fərman Məmmədov özünü çox təmkinli və əsl tərbiyə sahibi kimi aparır.Deputat Axundova isə qaldırılan problemə əsaslı cavab vermək, üzr istəmək, dəyən ziyanı ödəmək əvəzinə gah haray-qışqırıb salıb, “Qara məni basınca, mən qaranı basım” taktikasını, ya da “Oğru elə bağırdı..” yolunu seçir, gah da...Bəli, deputat Axundova haray-həşirin, bağırmağın artıq işə yaramadığını görəndə “politika”ya baş vuraraq, məsələni siyasiləşdirməyə çalışır, köhnə palan içi eşməyə başlayır:
“Fərman Məmmədov “əfqan döyüşçülərin” rəhbəri idi. Ayaz Mütəllibovun vaxtında Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçko idi, o, “əfqan” döyüşçülərinə dəstək verirdi”.
Bu ana-oğuldan soruşan lazımdır ki, məsələnin Ayaz Mütəllimova, Viktor Polyaniçkoya, yaxud Makedoniyalı İsgəndərə nə dəxli var? Bu adam sizə borca verdiyi pulunu istəyir. Əsl şantaj tamaşasıdır. Oğul da anadan geri qalmır. Ürəyi soyumayan ana-oğul məsələni daha da siyasiləşdirirlər:
“Keçmiş “beynəlmiləlçi-döyüşçü” Fərman Məmmədov əvvəlcə Ayaz Mütəllibovun qatı tərəfdarı idi. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bir müddət ortalıqda görünmədi. Sonra Lalə Şövkət-Hacıyevaya qoşuldu. Lap sonda “heydərovçu” oldu”.
Birincisi, “heydərovçu” ifadəsinə görə ana-oğul utanıb xəcəalət çəkməlidir. Bu nə ifadədir? İkincisi, Lalə Şövkətin, yaxud mərhum Heydər Əliyevin bu məsələyə nə dəxli var..? Siz konkret olaraq məsələ barəsində, yəni 575 min manatlıq borc barəsində danışmaq əvəzinə, məsələni siyasiləşdirib kimlərində arxasında gizlənmək istəyirsiniz.
Bəlkə sizin əvəzinizə Polyaniçko, Lalə-Şövkət borcu qaytarmalıdır..? Sözün qısası, özünü ziyalı hesab edən millət vəkilinin son bir neçə aydakı davranışları heç bir əndazəyə sığmır, “dəlil və sübut”ları, fikir və düşüncələri isə o qədər bəsitdir ki, təəccüblənməmək olmur. İnamaq olmur ki, bu xanım nə vaxtsa dünyanın elmi-mədəni mərkəzlərindən biri sayılan Moskvada “Literaturnaya qazeta”nın və “Azadlıq” radiostansiyasının xüsusi müxbiri işləyib. Görünür quyuya su tökməklə quyu sulu olmur. Bu məqamda yadıma bir neçə il əvvəl Elmira Axundovanın mətbuat işçilərini “nanəcib”lər, “qədim peşə sahibləri” adlandırması düşdü. Bütün bunlar onu göstərir ki, Elmira Axundova özünü guya qələm əhli, söz adamı, jurnalist kimi qələmə versə də, əslində qələmdən, sözdən çox uzaq birisidir.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Gördüm ki, gözlərində yaş parıldayır... - Şairin yubileyinin keçirilməsinə kim mane olur?
7 dekabr 2024 18:43
- 2024-cü ildə vəfat edən tanınmış simalar- Namiq Abbasov, Hadı Rəcəbli, Dudaş Rzayev və s...
5 dekabr 2024 12:43
- Korrupsiyada adı hallanan vəzifəli şəxsləri GECƏ PALTARINDA xalqın qarşısına çıxardılar - FOTO
18 noyabr 2024 17:15
- Ramiz Mehdiyevin qızının hansı dövlət qurumlarını məhkəməyə verdiyi məlum oldu
9 sentyabr 2024 18:30
- 11 il əvvəl Elnur İbrahimovu ölkədən KİM və NİYƏ qaçırmışdı?
2 avqust 2024 19:36
- Abdin Fərzəliyev Elmira Axundovaya Novxanıda torpaq hədiyyə etdi?- Bir milyon manatlıq obyekt tikilir-Fotofakt
14 iyul 2024 16:29
- ZƏNGİLANDA QALAN DÜNYAM
6 iyul 2024 23:02
- Azərbaycanlı şahmatçı İngiltərə çempionu oldu
24 iyun 2024 21:56
- Axundovanın Mehdiyevə yazdığı danos- müəmmalı ölümdən 7 il keçir – SENSASİON ARAŞDIRMA
24 iyun 2024 15:40
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
24 iyun 2024 15:06
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54