SQ - in Baş Klinik Hospitalının rəisindən Ali Baş Komandana Şok Müraciət...

Moderator.az - a Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisindən dəhşət doğuran şikayət məktubu daxil olub.
Bəri başdan qarşı tərəfə də cavab haqqı tanıdığımızı bildiririk:Möhtərəm cənab Prezident!Cənab Ali Baş Komandan!! Qəlbimi yaralayan, varlığımı sarsıdan dərdlərimi Sizinlə bölüşmək məcburiyyəti qarşısında qalmışam. Öncə onu vurğulamaq istəyirəm ki, dərdlərim şəxsi xarakter daşımır. Mənim ağrılarım daha çox yurd səngərində ölkəmizin müdafiəsində durarkən yaralanan və xəstələnən el qeyrətli əsgərlərimizin və onlara namusla xidmət edən vətəncanlı hərbi həkimlərin dərdi ilə bağlıdır.Mən adi hərbi həkimlərdən deyiləm. Əlbəttə, yalnız məni tanımayanlar bu fikrimi qeyri-səmimi qəbul edə bilər. Biz Vətən eşqi ilə dolu səngər oğullarının xidmətçisiyik. Səngərdən xəbəri olmayan məni necə tanıya bilər?! Mən Sankt-Peterburq Hərbi Ali Tibb Akademiyasının məzunu kimi ağ xalatın paklığını, ülvi təmizliyini dəyərli xidmət illərimdə hərbi qulluqçuların qəlbində real, eyni zamanda müqəddəs, unudulmaz bir duyğularla yaşamışam. Erməni işğalçılarına qarşı gedən qanlı-qadalı döyüşlərdən təxliyə edilən yaralı döyüşçülərimizi bəzən belimdə, bəzən isə qucağımda daşımış və bu xidmətimdən sonsuz dərəcədə qürur duymuşam. Məndən ötrü hər bir vətən əsgəri qəlbimin bir parçasıdır. Yüzlərlə döyüşçünü amansız ölümün pəncəsindən almışam. Onların yalnız diaqnostikası, profilaktikası və müalicəsi ilə məşğul olmamışam, həm də ağır və son dərəcə müşkül məqamlarda səngər oğullarına şəxsi qanımdan qardaş payı vermiş, ürəyimin hərarətini bəxş etmişəm. Döyüşçü əsgərə xidmət mənim əvəzsiz ruhi qidam və mənəvi zənginlik mənbəyimdir. Bu mənəvi dəyər ölçüsü bizim genetik kodlarımızla bağlıdır. Klassik azəri türk torpağında–Qərbi Azərbaycanın Vedi bölgəsində dünyaya göz açıb ərsəyə gələn bir oğul ayrıca necə düşünə bilər?! Biz hamımız Azərbaycan adlı bir günəşin zərrələriyik. Biz Sizin müdrik rəhbərliyiniz altında gec-tez erməni faşizmi üzərində qəti qələbə qazanacağıq. Çünki Azərbaycan xalqı çox mərd xalqdır. Şeyx Məhəmməd Xiyabaninin sözləri ilə desək, ”ölümdən qorxmayan millətə ölüm yoxdur”. Daha doğrusu, biz ölümü öldürən millətik!!!. Çox təəssüflər olsun ki, aramızda sapı özümüzdən olan "balta"lar da var. Sizə müraciətimin başlıca mətləbi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Tofiq Tağıyevin səriştəsiz və amansız fəaliyyəti ilə bağlıdır. Bəri başdan deyim ki, o, Silahlı Qüvvələr üçün çox təsadüfi bir insandır. Hərbi həkimlikdən bixəbər olan bu şəxs 54 yaşında baş leytenant rütbəsində ordu sistemində mühüm sayılan bir posta təyin edilmişdir. Hərbi qanunvericiliyə zidd olaraq bir ildə iki dəfə hərbi rütbəsi yüksəlmişdir. Sual oluna bilər: hansı nümunəvi xidmətə, hansı qəhrəmanlıq nümunəsinə görə onun rütbəsi vaxtından xeyli əvvəl verilmişdir? Bu suala kimsə əsaslı cavab verə bilməz.Tofiq Tağıyev vəzifəyə təyin edildiyi gündən etibarən milli hərbi təbabətimizin nəcib mənəvi ənənələrini canıyananlıqla qoruyub inkişaf etdirən istedadlı və zəngin təcrübəli hərbi həkimlərin amansız qənimi kimi fəaliyyət göstərir. Neçə-neçə illərin sınağından çıxmış səriştəli həkimlər çıxdaş edilir və komandanlıq tərəfindən bu xoşagəlməz hallara göz yumulur. Əslində bu fəaliyyət deyil, manqurt siyasətidir. Dünya şöhrətli Sankt-Peterburq Hərbi Ali Tibb Akademiyasının 15 məzunundan bu gün hospitalımızda cəmi ikisi qalmışdır. Tofiq Tağıyev məqsədli şəkildə onların "soyqırım"ı ilə məşğuldur. Qalan peşəkar hərbi həkimlər də hədəf altındadır.Hospitalımız öz tarixində görsənməyən bir maddi-mənəvi böhranla üz-üzə qalmışdır. Xəstə əsgər və zabitlərimizi müalicə etmək üçün dərman qıtlığı hökm sürür. Qeyrətli həkimlər öz döyüşçüsünü müalicə etmək naminə dərmanları öz cibinin pulu ilə alırlar. Əsgər ailələri məcbur edilir ki, övladına dərmanı öz hesabına alsınlar. Buna nə ad vermək olar?! Hospitalımızın tarixində heç vaxt belə dərman qıtlığı olmamışdır. İş o yerə çatmışdır ki, hospitalda hətta cərrah əlcəyi çatışmır. Saxta kotirovka sorğusu ilə dərmanları ikiqat artığına alaraq dövlətin vəsaitini kül kimi göyə sovurur və sövdələşdiyi firmalardan rahatca öz payını əldə edir. Alınan dərmanları istifadəyə verməyərək vaxtı uzadır, yararlılıq müddəti keçən kimi hesabdan silir və süni yollarla gəlir qazanır. Hər bir məsələyə biznes iştahası ilə yanaşır. Ona görə də 24 il bundan əvvəl yaranmış hospitalın qazandığı nüfuz qısa vaxtda Tofiq Tağıyevin yöndəmsiz hərbçiliyi, antivətənçilik siyasəti və iyrənc biznes iştahası ucbatından itirilmişdir. Bu acılı problemin müəllifi Tofiq Tağıyevdir. Ona görə ki, hərbi rütbə almaqda ildırım sürəti ilə irəliləyən Tofiq Tağıyev öz fəaliyyətini şəxsi iddialar əsasında həyata keçirir, hərbi strukturu özəl struktur kimi idarə edir, yalnız özünü düşünür, danışığında etik normaları gözləmir, ağzından daim küçə söyüşləri çıxır və bəla burasındadır ki, ona “dur” deyən yoxdur. Möhtərəm Prezident!! Siz dəfələrlə bəyan etmisiniz ki, Azərbaycanda xüsusi statusu olan toxunulmaz dövlət məmuru, rəhbər işçi yoxdur. Görəsən, Tofiq Tağıyev Sizin bu qətiyyətli sözlərinizdən haçansa bir nəticə çıxaracaqmı?! Hər halda səngərdə xəstələnən, yaralanan əsgər və zabitlərin dərman pulunu yeyən Tofiq Tağıyevi haçansa bir gün imkansız əsgər analarının ahı tutacaqdır. Mən bu yaxınlarda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının urologiya şöbəsinin rəisi və Silahlı Qüvvələrin Baş uroloqu vəzifəsindən yaşa görə ehtiyata buraxılmışam. Özəl klinikalarda özümə iş tapmaq mənim üçün problem deyil. Lakin mən doğma orduya, xalq döyüşçülərinə xidmət etmək üçün doğulmuş bir hərbi həkiməm. Ömrümün 35 il 8 ayını hərbçi kimi keçirmişəm. Özümü ordusuz təsəvvür edə bilmirəm. Ümumiyyətlə, ölkəmizdə stajlı hərbi həkimlər azdır. Peşəkar hərbi həkimlər təxminən 45-48 yaşlarında püxtələşirlər. Bu müddət ərzində onlarda kifayət qədər kamilləşmə prosesi gedir. Ona görə də cavan və yaşlı kadrların birgə fəaliyyəti çox zəruri sayılır. Bu məqsədlə Tofiq Tağıyevə hospitalımızda hal-hazırda urologiya şöbəsində vakant olan mülki həkim vəzifəsində çalışmaq istəyimi açıqladım. “Hospitala mülki həkim lazım deyil” deyə mənə birbaşa “yox” cavabı verildi. Bu cavab, necə deyərlər, ağa qara deməyi adətkərdə edən erməni məntiqinə əsaslanmış bir cavabdır. Sual oluna bilər: 35 ildən çox hərbçi həyatı yaşayan hərbi həkim məgər ehtiyata buraxılan kimi mülki həkim olur! Bu birtərəfli fikri yalnız Tofiq Tağıyev düşünə bilər. Axı, hərbi komandanlıq missiyası hara, hərbçilik əlifbasını bilməyən Tofiq Tağıyev hara?! Mən libasımı dəyişsəm də bütün varlığımla hərbçiyəm. Əlbəttə, o, məni anlamaq həddində deyil.Əsaslı cavab üçün təsadüfi hospital rəisinin qəbul otağının qapısında 40 dəqiqə gözləməli oldum və mənə çox biganə münasibət göstərildi. Kənar adamlar qəbul olundu, lakin ordu həyatında canını-qanını qoymuş bir zabit kimi mən qapının arxasında qaldım. Belə biganəliyin acısını dadan təkcə mən deyiləm. Təcrübəli həkimlərin hamısına bu acını növbə ilə yaşadırlar. Ən dəhşətli hal bir də odur ki, bizim kimi orduda şərəfli ömür sürənlərə göstərilən bu laqeydlik gənc zabitlərin gözü qarşısında baş verir. Buna görə çox sarsıntı keçirən gənclərin mənəvi aləmində ümidsizlik toxumu indidən cücərməyə başlayır.Bu gün hospitalımızda hərbi təbabət sahəsində “Ekstrakorporal” daşsındırma aparatı üzrə sertifikatı olan yeganə hərbi həkim mənəm. Bu sertifikatı təcrübəli alman mütəxəssislərin treninqində almışam. İndi həmin dəyərli aparat istifadəsiz qalmışdır. Görəsən, Tofiq Tağıyevin bu günahını kim bağışlayacaq?Tofiq Tağıyev təcrübəli hərbi həkimlərin min bir hiylə yolu ilə yaşa görə ehtiyata buraxılmasını düzüb-qoşur. Bəc, nə üçün özü barədə düşünmür? 56 yaşını haqlamış bu təsadüfi rəisdən hospitalımız vaxtında xilas olmasa onun dağıdıcılıq fəaliyyətinin acı nəticələrini aradan qaldırmaq çox müşkül məsələyə çevriləcəkdir. Möhtərəm Prezident, bir fikrimi də ayrıca vurğulamaq istəyirəm ki, Tofiq Tağıyev Sizin dediyiniz kimi ədabaz məmurlar sırasındadır. Özünə çox dəbdəbəli kabinet yaradıb. Qəbula gələnləri kamera ilə izləyir. Xoşuna gələni qəbul edir, öz əqidəsinə uyğun olmayanları isə bəhanə ilə qapı arxasında saxlayır və son nəticədə qəbul etmir. Hospitalımızın tarixində hələ bu səviyyədə ədabaz rəis olmamışdır. Belə xarakter heç bir halda hərbi həyat fəlsəfəsinə daxil edilə bilməz. Mənəvi dünyamızda pozulmaz sayılan hərbi əxlaq normaları onun üçün çox yad hesab edilir. Kursant çörəyi yeməyən, səngər güzəranı deyilən müqəddəs bir dünyanı heç yuxuda da görməyən və ən nəhayət, “zabit şərəfi” adlı ülvi bir həqiqəti dərk etməyə gücü çatmayan bir şəxs tərəfindən vətən sevgisi ilə yanan hərbi həkimlərin çox təbii istəyinə göstərilən bu soyuq münasibəti necə qiymətləndirmək olar?!Tofiq Tağıyev vəzifəyə təyin edildiyi gündən etibarən internet və mətbuat səhifələrində müntəzəm surətdə kəskin tənqidi yazılar verilir. Çox möcüzəlidir? Məgər müvafiq dövlət qurumlarının mətbuat xidməti bu tənqidi yazıları görmür?! Söz yox ki, görürlər, sadəcə olaraq göz yumurlar. Bu biganəlik hissi bizi uçuruma doğru aparmırmı?! Belə davam etsə, hərbi həkimlərin, əsgər və zabit ailələrinin içini didib-dağıdan imdad harayının səsi bütün aləmi bürüyəcək. Möhtərəm cənab Prezident, biz hərbçilər ölkəmizdə aparılan ədalətli və müdrik siyasətinizi dəstəkləyir və Sizə çox inam bəsləyirik. Bu inamı qorumaq naminə Sizdən bir dəfə deyil, yüz dəfə xahiş etməyə səbrimiz çatar. Təki Vətən yaşasın! Atalarımızın çox dəyərli bir sözü var: deyirlər ki, ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil. Möhtərəm cənab Prezidentimiz, açıqladığım bəladan xilas olmaq üçün Sizdən bir yol tapmağı, bir yol açmağı xahiş edirik. Əgər Sizdən əlac olmasa, onda biz yoldan çəkilməli olacağıq. O zaman vay döyüşçülərimizin halına!... Hörmətlə,ehtiyatda olan tibb xidməti polkovniki Aftandil Namazov"10" fevral 2016-cı il.
NUH.az
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 2025 23:40
- Moldovada saxlanılan qaqauz başkan Qutsul Putinə dəstək üçün müraciət etdi
27 mart 2025 21:25
- Abort etdirmək istəyən qadın -dəlixana-ya aparıldı
25 mart 2025 02:55
- DİN-ə müraciət etmək asanlaşır - Video
24 mart 2025 12:37
- Səni Axtarıram ( Xoşqədəm ) məhkəməyə verilir - ŞOK FAKTLAR
8 mart 2025 01:25
- Zelenski zəmanəmizin Çörçilidir... Tramp isə heç də dəli deyil... –Saakaşvili video-müraciət etdi
23 fevral 2025 12:19
- Paşinyan yeni konstitusiya üçün xalqa müraciət etdi: Azərbaycanın əsas şərti yerinə yetirilir?
19 fevral 2025 20:56
- İlyas İsmayılov vəfat etdi
17 fevral 2025 14:21
- Eldar Həsənovun övladlarından İlham Əliyevə müraciət
10 fevral 2025 00:18
- Zəlimxan Yaqubun oğlu: Atama aid deyilən o şeylərin hamısı böhtan idi - Müsahibə
11 yanvar 2025 18:36
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
- Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq – Netanyahu
30 mart 22:22
- Gecə yatmazdan əvvəl qatıq YEYİN - FAYDALARI
30 mart 21:47
- Ermənistanda seçkilər: Namizəd OĞURLANDI
30 mart 21:36
- Zelenski seçkiyə hazırlaşır - Tarix MƏLUM OLDU
30 mart 21:03
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 18:36
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 17:25