Fuad Ələsgərov: “Ölkədə sabitliyi pozmağa yönələn bütün cəhdlərin qarşısı qətiyyətlə alınacaq”
Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Masallıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC-ın verdiyi xəbərə görə, görüşdə çıxış edən F. Ələsgərov bildirib ki, 2015-ci il Azərbaycan üçün bütün sahələrdə çox əlamətdar bir il olub: “2015-ci ildə Azərbaycanda ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz artıb. Ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Keçən il üçün nəzərdə tutulmuş bütün sosial proqramlar icra edilib, insanlara verilən ünvanlı dövlət sosial yardımı 7 faiz artırılıb. Ümumiyyətlə, sosial proqramların həyata keçirilməsi Prezidentin daim diqqət mərkəzindədir. Son 12 ildə ölkəmizdə 1 milyon 500 min iş yeri yaradılıb və bunların 1 milyonu daimi iş yeridir. Bu dövr ərzində ölkəmizdə maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb”. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycan prezidenti tərəfindən sahibkarlığın inkişafına təkan vermək məqsədilə mühüm təşəbbüslər göstərilib, əhəmiyyətli sənədlər imzalanıb: “Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb, sahibkarlıq fəaliyyəti üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılıb, lisenziyaların müddətsiz verilməsi müəyyən edilib və onların verilməsi prosedurları sadələşdirilib. Artıq lisenziyalar yalnız bir dövlət orqanı – İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində şəffaflıq şəraitində verilir. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün lisenziyalara görə rüsumların məbləği 50 faiz azaldılıb. Son 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilib. Bu il də belə kreditlərin verilməsi davam etdiriləcək”. Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, ötən il əhalinin hər 100 min nəfərinə 277 cinayət hadisəsi düşüb: “Bu göstəriciyə görə də Azərbaycan MDB və Avropa ölkələri arasında öncül mövqelərdən birini tutur. Digər mühüm göstərici ölkə ərazisində törədilmiş 23 545 cinayətin 82,4 faizinin açılması olub. 2015-ci ildə daxili qoşunların maddi-texniki hazırlığının artırılması, onun üçün müasir texnikanın əldə edilməsi, daxili qoşunlarda intizamın və döyüş hazırlığının gücləndirilməsinə böyük diqqət yetirilib. 2015-ci ildə Masallı rayonunda da cinayətkarlıqla effektiv mübarizə aparılıb. Rayon ərazisində törədilmiş 334 cinayətin 93,2 faizi açılıb ki, bu da çox yaxşı göstəricidir”. F. Ələsgərov əlavə edib ki, son illər dünyada, o cümlədən bizim regionumuzda yalnız iqtisadi deyil, siyasi sahədə də dərin böhran müşahidə edilir: “Keçən il dünyada həmçinin iqtisadiyyatın tənəzzül ili kimi yadda qalıb. Neftin qiyməti dünya bazarlarında kəskin şəkildə, 3-4 dəfə aşağı düşüb. Digər tərəfdən Azərbaycanla qonşu olan ölkələrdə milli valyutalar 100 faiz, bəzən daha da artıq dərəcədə devalvasiyaya uğrayıb. Dünyada baş verən iqtisadi böhran ölkəmizə də təsirsiz ötüşməyib, ölkənin gəlirlərinə mənfi təsir göstərib, manatın dəyərdən düşməsinə səbəb olub. Bu prosesə baxmayaraq, dünyada böhranın başlandığı ilk günlərdən prezident İlham Əliyev böhranın Azərbaycan vətəndaşlarına təsirinin minimuma endirilməsi üçün bütün zəruri addımları atıb. İlk növbədə istehlak məhsullarının qiymətlərinə ciddi nəzarət etmək, süni qiymət artımı hallarının qarşısını almaq barədə tapşırıqlar verib. Ölkəyə gətirilən buğdaya, un və çörək istehsalına görə tətbiq olunan əlavə dəyər vergisi prezidentin göstərişi ilə ləğv edilib və bunun nəticəsində çörəyin qiymətində artımın qarşısı alınıb. Eyni zamanda, dövlətimizin başçısının imzaladığı sərəncamlarla büdcədən maliyyələşən bir çox qurumların işçilərinin maaşları, pensiyalar, müavinətlər, təqaüdlər artırılıb. 2016-cı ilin yalnız yanvar ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 20-dən çox fərman və sərəncam imzalanıb”.F. Ələsgərov deyib ki, 2016-cı ildə Masallı rayonunda da yerli istehsalın, turizmin inkişafı və yeni iş yerlərinin açılması üçün mühüm işlərin görülməsi nəzərdə tutulub: “2016-cı ildə Azərbaycan iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı məqsədilə çox ciddi islahatların aparılması nəzərdə tutulur. Bu islahatlara iqtisadi tədbirlərlə yanaşı, inzibati tədbirlər, o cümlədən sahibkarlığın inkişafı qarşısındakı süni maneələrin aradan qaldırılması, korrupsiyaya və rüşvətxorluğa qarsı mübarizə də daxildir. Bu məqsədlə ölkədə sistemli islahatlar həyata keçirilməkdədir. Bu sahədə “ASAN” xidmət mərkəzlərinin fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir”. F. Ələsgərov bildirib ki, iqtisadi islahatların aparılması ilə yanaşı dövlət orqanları, xüsusilə hüquq-mühafizə orqanları ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsi üçün də səylərini daha da artırmalıdırlar: “İctimai-siyasi sabitlik iqtisadi islahatların uğurunu təmin edən əsas amillərdəndir. Son zamanlar ölkəmizin bəzi rayonlarında baş vermiş hadisələr bir daha nümayiş etdirdi ki, istər ölkəmizin daxilində, istərsə də xaricində Azərbaycanda yarana biləcək xırda narazıçılıqdan ölkədə sabitliyi pozmaq üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Xüsusilə, bir sıra müxalifət partiyaları və radikal dindarlar manatın devalvasiyasından sonra yaranmış vəziyyətdən istifadə edərək lokal etirazlar yaratmağa cəhd göstərdi. Lakin Azərbaycan xalqı belə qüvvələrin yanında olmadığını bir daha nümayiş etdirdi. Heç kəs bu hadisələrin bir daha təkrarlanmasını istəmir. Buna görə də ölkədə sabitliyi pozmağa yönələn bütün cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Hazırkı dövrdə hər bir hakimiyyət nümayəndəsi öz məsuliyyətini dərk etməli, xalqın problemlərinin həll olunması üçün xüsusi həssaslıq nümayiş etdirməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət məmurları özlərini təvazökar aparmalı, xalqla bir yerdə olmalıdırlar. Bununla biz xalq-iqtidar birliyini daha da gücləndirərək dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan vəzifələrin icrasına nail olacağıq”. Sonda görüş iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul olunub.
NUH.az
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 2024 14:29
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Bizi Şuşaya köçmək üçün qeydiyyata almayıblar, çünki... - Xan Şuşinskinin qızı
16 dekabr 2024 22:59
- TƏCİLİ! DTX-dən ƏMƏLİYYAT - Ekstremist qruplaşma İFŞA EDİLDİ FOTO
16 dekabr 2024 12:33
- Prezident Mixeil Kavelaşvilini təbrik etdi
14 dekabr 2024 22:55
- Ağdaşda Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb
12 dekabr 2024 18:05
- Özbəkistan prezidenti 483 məhkumu əfv edib – 25-i əcnəbidir
8 dekabr 2024 13:38
- SON DƏQİQƏ! Suriya dövlət televiziyası: Suriya artıq azaddır; Əsəd rejimi devrildi, bütün məhbuslar azad edildi
8 dekabr 2024 10:42
- Türkiyə Suriyada necə gücləndi? – General
7 dekabr 2024 10:28
- O zaman bütün günü gizlicə SABUN YEYİRDİM ...
6 dekabr 2024 21:24
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54