Uçqar Yardımlıdan milyonlarla dolu Binəqədiyə “transfer”
Ötən günlərdə Bizimxeber.az-da Nəqliyyat naziri Ziya Məmmədovun kadrı hesab olunan və son hadisələrdən sonra birinci tərəfindən klandan uzaqlaşdırılan Sevindik Hətəmovun nazirə “xəyanəti” barədə məlumat vermişdik. Məlumatda qeyd olunurdu ki, Sevindik Hətəmov Ziya Məmmədovun vurulması prosesinin gedişində öz gələcəyini sığortalamaq üçün Eldar Mahmudova sığınmaq niyyətində olub. Ancaq Eldar Mahmudovun sonunun Ziya Məmmədovdan daha tez gəlməsi icra başçısını olduqca çətin duruma salıb.Bizimxeber.az-a daxil olan başqa bir məlumata görə, icra başçısı bir müddət əvvəl köhnə tanışı (hazırda qismən kişik ranqlı məmurun da adı “MTN işi”də keçir və onun ifadələri alınıb) vasitəsilə “MTN şefinə” yol taparaq onunla müəyyən qədər yaxınlaşmaq imkanı əldə edib. Ancaq bunun müqabilində Bakıdakı biznes strukturlarından birini “qurban” verməli olsa da icra başçısı bu durumdan məmnun qalıb. Çünki, Eldar Mahmudova yaxınlaşmaqla daha böyük imkanlar və dəstək əldə edəcəyini düşünüb. Bizimxeber.az-a daxil olan məlumatlardan aydın görünür ki. icra başçısının heç də “uzaqgörən” olmayan bu tədbirləri qısa zaman içində onun özünə qarşı çevrilib.Belə ki, gözlənilmədən Eldar Mahmudov vəzifəsini itirdi, üsətlik də adı çoxsaylı cinayətlərdə hallanmağa başladı. MTN-də çox sayda general həbs olundu. Bundan öncə isə Ziya Məmmədov artıq indiyə qədər himayə etdiyi Sevindik Hətəmovdan üz çevrimişdi. Nazir himayəsində saxladığı icra başçısının daha güclü himayədar axtarışına çıxdığı barədə xəbərləri dəyərləndirmiş və qısa zaman içində bu məlumatların həqiqətəuyğun olduğunu görərək qərar vermişdi. Ziya Məmmədovun qərarı ilə “MTN işi” eyni zamana təsadüf etdiyindən Sevindik Hətəmov lap çətin durumla üzləşib.Eldar Mahmudova da xoş gəlməsə də Ziya Məmmədov klanındakı siyasi fiqurları öz tərəfində saxlamağa və bununla gücünün tükənmədiyini nümayiş etdirməyə çalışırdı. İcra başçısının görüntü xatirinə də olsa öz klanında saxlamağa cəhd edən nəqliyyat nazirindən fərqli olaraq Eldar Mahmudov Sevindik Hətəmovun görüş istəyinə ilk vaxtlar müsbət cavab verməyib. İcra başçısı ancaq Eldar Mahmudova yaxın şəxslərlə, daha doğrusu, Bakıdakı icra hakiniyyətlərindən birində çalışan, Eldar Mahmudovun adamı hesab olunan şəxslə görüşüb. 2 saatlıq görüş nəticə verib.Sevindik Hətəmovun istəyi Bakıdakı rayonlardan birinə icra başçısı gəlmək olub və bunun üçün Eldar Mahmudovdan dəstək gözləyib. Əvəzində isə E.Mahmudova dəstək olacağını söz verib.Görüş barədə məlumatlandırılan Eldar Mahmudov onun bu istəyini reallaşdıracagına söz verib. Görüşün keçirilməsindən qısa müddət sonra Binəqədi rayonunda məlum bina yanğını baş verib və bu rayon icra başçısı Xaləddin İsgəndərovun mövqelərini sarsıdıb. Bu arada hansısa görünməz əl mətbuatda Xaləddin İsgəndərova qarşı təbliğatın genişləndirilməsini idarə edib. Artıq Binəqədiyə yeni icra başçısını təyin ediləcəyi ilə bağlı söhbətlər ciddiyə çevrilmək ərəfəsindəykən Eldar Mahmudovun Sevindik Hətəmovu məhz həmin yer üçün nəzərdə tutduğu “mətbəxlərdə” müzakirə edilirdi. Hətta məlumatlara görə, Sevindik Hətəmov özü ilə Bakıya gətirəcəyi kadrların siyahısını da hazırlamışdı. Vəzifə bölgüsündə Mahmudov-Hətəmov işbirliyini təmin edən şəxs də unudulmayıb, onun üçün icra başçısının müavini postunun boşaldılması nəzərdə tutulub. Ancaq gözlənilmədən Eldar Mahmudovun vəzifədən kənarlaşdıırlması ilə bütün planlar alt-üst olub. Qazanan tərəf Xalədiin İsgəndərov, uduzan tərəf isə Eldar Mahmudovun himayəsi altına girməyə çalışan Sevindik Hətəmov olub.Bir çoxlarını Sevindik Hətəmova Eldar Mahmudovun dəstəyini təmin edən şəxsin kimliyi maraq doğurur. Bu sualın cavabı Bizimxeber.az-a bəllidir, ancaq məhz həmin şəxsin adı MTN işi ilə əlaqədar istintaqda keçdiyindən hələlik açıqlamağa lüzum görmürük.Araşdırmalarımız davam edir.
Ədil Hüseynli
bizimxeber.az
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Üç dəfə infarkt keçirən, diri-diri dəfn olunan, qəbri açılan, kəfənini cıran Xalq artisti - Gülşən Qurbanova- VİDEO
15 dekabr 2024 14:01
- Tiflisdə hoteli olan, qadın məclislərində oxuyan xanəndəmiz - Cəlil Məmmədquluzadə ondan nə kömək istəmişdi?
10 dekabr 2024 13:31
- SEPAH Azərbaycana XOX GƏLİR: Qafqazda -müqəddəs müharibənin - vaxtı çatıb
8 dekabr 2024 11:41
- Gördüm ki, gözlərində yaş parıldayır... - Şairin yubileyinin keçirilməsinə kim mane olur?
7 dekabr 2024 18:43
- Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar hansılardır? - SİYAHI+SAHİBLƏRİ
6 dekabr 2024 01:06
- Qulu Məhərrəmli: Çox böyük qayğı göstərdiyimiz şəxslər kişilik, ləyaqət sınağından çıxa bilmədi - MÜSAHİBƏ
5 dekabr 2024 13:49
- Tanınmış vəkil ləğv olunmuş bankın kreditorlarına müraciət etdi - Fond pulların başına daş salır!
4 dekabr 2024 19:14
- 4 dekabr ÖMƏR XƏYYAMın xatirə günüdür
4 dekabr 2024 14:19
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54