Abdin Fərzəliyevin vəzifə olimpinə yüksəlməsinə səbəb olan xanım kimdir?
I müavini Şahmar İbadovun “fəaliyyətinin” nəticəsi olaraq uzun illər mətbuatın diqqətindən kənarda qalmağı bacaran
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev istəyinə sona kimi nail ola bilmədi.
Uzun illər başçılıq etdiyi rayonu Şahmar İbadovun vasitəsilə idarə edən A.Fərzəliyev haqqında məlumatlar artıq serial şəkildə mətbuatda dərc olunmaqdadır. İcra başçısının məlumat dosyesi o qədər zəngindir ki, artıq I müavinin çabaları belə həmin məlumatların dərcinə mane ola bilmir. Bir neçə gün öncə Nərimanov rayon İcra Hakmiyyəti başçısının rayon ərazisində geniş sayda yaşayış kompleksləri inşa edən sahibkar tərəfindən, ona hədiyyə edilən mənzillərə qohumlarını kompakt şəkildə yerləşdirilməsi və özünə yaxın olan gənclərə dövlət nömrə nişanları taxılmış avtomobillər verməsi haqda dərc etdiyimiz informasiyadan sonra, conflict.az-a A.Fərzəliyevin keçmişi ilə bağlı daha ilginc məlumatlar daxil olmağa başladı. Məlumatı verən mənbə bildirdi ki, A.Fərzəliyevin Yeni Azərbaycan partiyasına gəlişi, onun partiyanın Mərkəzi Aparatında çalışması və mərhələ - mərhələ vəzifə olimpinə yuksəlməsinin səbəbkarı sadəcə bir xanım imiş. Hələ ki, adını çəkmədiyimiz həmin xanımı ölkə mediası və siyasi hakimiyyət ölkədaxili səs-küylü bir neçə hadisələrdən sonra yaxşı tanıyır. Mənbə bildirdi ki, cənab Fərzəliyevin həmin xanımdan üz çevirməsinin səbəbi isə İcra başçısının Almaniyada bir-birinin ardınca iki mənzil alması olub. Sual oluna bilər ki, əcaba bir şəxsin zəhmətlə və ya əksinə hətta zəhmətsiz qazandığı vəsaitlə hansısa əmlak almasının onun dostluq etdiyi şəxsə nə aidiyyatı ola bilər? Məlumatı verən mənbə onu da bildirdi ki, əgər nəzərə alsaq ki, Almaniyada alınan mənzilləriə A.Fərzəliyevin müstəvisindən baxanda on illik ilginc hesab olunan tarixçəsi var, onda bu ayrılığın səbəblərini aydınlatmağa ehtiyac da qalmazdı. A.Fərzəliyevin Rusiya prezidenti tərəfindən ordenlə təltif edilməsindən sonra bəzi media orqanları cənab başçını səhvən Rusiyanın adamı hesab etdilər. Biz Conflict.az olaraq bu tip iddiaları ciddiyə almırıq. Onda belə çıxır ki, şirkətlərin birinə 80 min avro ödəyərək (iki dəfə - red.) Safariyə ov etməyə gedən cənab Fərzəliyevin Afrikada müəyyən zaman müddətində qalması (həm də iki nəfərlə - red.) və yaşaması xərclərini də əlavə etməklə, sıradan bir vətəndaş üçün astronomik rəqəm hesab olunan böyük məbləğdə vəsait xərcləməsini acından ölən zəncilərə xidmət hesab olunmalıdırmı? Əslində sualın düşünülməsi belə absurrdur. Zatən adamın ov azarkeşi (bəzən bu cür insanlara “ov xəstəsi” də deyirlər – red.) olması kiməsə sirr deyil ki? Əgər belə olmasa idi 20-yə yaxın ov iti başçının nəyinə lazım idi ki? Axı o bostan qarovulçusu yox, Nərimanov rayon İcra Hakimiyyətinin başçısıdır. Hər bir itin alınması üçün təxminən 20 min dollara qədər vəsait xərclədiyi bidirilən başçının, itlərinə xidmət edən hər iki şəxsə təxminən ayrı-ayrılıqda 800 manat əmək haqqı verdiyi də söylənilir. Normalda bu vəsait orta aylıq əmək haqqı alan məmurun təxminən iki aylıq məvacibidir. Ən son Almaniyadan gətirdiyi itə isə... Və yenə Almaniya, yenə münasibətlərin pozulması, yenə ilginc səbəblərdən alınan iki ev, vəzifə olimpinin səbəbkarı... Mənbə onu da bildirdi ki, son zamanlar A.Fərzəliyevlə I müavini Şahmar İbadovun münasibətləri o qədər ürəkaçan deyil. Bu münasibət korlanmasının ilginc səbəbləri var. Başçı ilə aralarından su belə keçməyən I müavinin münasibətlərinin korlanmasına əsas səbəbkarı kimi rayon Təsərrüfat şöbəsinin müdiri Rəşid Ağayev göstərilir. Məlumatda o da bildirilir ki, cənab Fərzəliyev “Şərq” bazarı ətrafında, Dərnəgül yolu istiqamətində, metro yaxınlığında olan obyektlərinə nəzarəti R.Ağayevə tapşırandan sonra, Ş.İbadovla münasibətlərində hələ ki, bir-birinə açıq söyləmədikləri soyuq rüzgarlar əsməkdədir.
NUH.az
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 2025 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 2025 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 2025 22:10
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 2025 20:34
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 2025 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 2025 14:22
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 2025 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 2025 12:32
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 2025 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 2025 18:05
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25
- İsrail Azərbaycana yeni səfir təyin etdi
12 yanvar 23:58