Azərbaycan ikinci Qara Kəmərə hamilədir...
MTN olayları cəmiyyətə faş olanadək ölkənin bir nömrəli qanqsteri Hacı Məmmədov hesab olunurdu.
Amma vaxtilə məhkəmə proseslərinin birində etiraf etdiyi kimi bəlli oldu ki, o gerçəkdən də osminoqun bir quyruğu imiş.
Amma o vaxt bu quyruğun "həmkarlar"ının kimliyi sualına cavab axtarmaq deyəsən heç kimin yadına düşmürdü...
Beləliklə, on ildən çoxdur ki, Hacı Məmmədov həbs edilib. Azərbaycanda bir adamın, bir dəstənin törətdiyi cinayətlər tarixini araşdırsaq Hacı Məmmədovun fərqliliyi hiss olunacaq.
Törətdiyi hadisələrin miqyası, özünün intellekt potensialı, rəssamlığı, anında qərar verib onu həyata keçirməsi, bir sözlə, fenomen qatil obrazı yaradır.
Amma məqsədimiz Hacını Al Kapone ilə müqyisə etmək deyil. Hacı bu gün özündə ən çox sirr gəzdirən canlı seyfdir. Onu fenomen edən məhz onun sirr dağarcığı olmasıdır.
Bu seyfi 7 möhür altında saxlayan Eldar Mahmudovdan sonra ölkə ictimaiyyətinə çox mətləblər agah olsa da Hacı məsələsində sirr davam edir, amma artıq gələn siqnallar onu deməyə əsas verir ki, o tam olmasa da çözülməyə hazırdır...30 noyabrda Hacı Məmmədov prezidentə müraciət ünvanlayıb və ilk dediyi söz də bu olub: Zakir Nəsirov günahsızdır". Hər şey Zamirə Hacıyevanın oğurlanmasından başladı. Niyə Zamirə Hacıyeva? Həyat yoldaşı Beynəlxalq Bankın sədri Cahangir Hacıyevdən pul tələb etməkmi? Bəli. Bu pullar çeçenlərin idi. Çeçenlər pulu Moskvadan Beynəlxalq Banka keçirmişdilər ki, Bakıda götürsünlər. Buna C. Hacıyevdən ilkin razılıq da alınmışdı. Son anda Cahangir pulu verməkdən imtina edir, qanunla danışmaq istəyir. Hacı və çeçen dostları qərar verirlər - Zamirə oğurlanmalı və həmin pullar geri alınmalıdır. 2005 - ci il fevralın 10 - da Z. Hacıyeva oğurlanır. Əməliyyat-axtarış tədbirləri başlanır.Türkiyədən iki quruma aid 6 nəfər xəfiyyə gəlir. Əməliyyat əsasən DİN-də planlaşdırılır. Əməliyyatı deyilənə görə Məhərrəm Əliyev hazırlayır. Artıq Hacı Məmmədov hədəfdədi. Son anda türk xəfiyyələr əməliyyatın polis tərəfindən keçirilməsinin qəti əleyhinə çıxır və dövlət başçısına bildirirlər ki, əməliyyatı polis keçirsə Hacı Məmmədov öldürülə bilər. Bu isə çox cinayətləri ört - basdır edəcək. Əməliyyatı həyata keçirməyin başqa quruma tapşırılması məqsədəuyğun hesab olunur. Hazır əməliyyat MTN - ə həvalə edilir. Bu ana qədər texniki tərəfdən kömək edən MTN əməliyyata başlayır və ..,arxası məlumdur...Hacı və dəstəsi tutulur. DİN Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədov Eldar Mahmudov üçün əsl qisasalma vasitəsinə çevrilir. DİN-də iki dəfə sərəncama götürülən E.Mahmudov DİN rəhbərliyindən qisas alır. Hacının ilk sökülməsi də Zakir Nəsirovdan başlayır. Hacı Zamirə Hacıyevanı oğurlanmasının təşkilatçısının Zakir Nəsirov olduğunu deyir. General Z. Nəsirov həbs olunur. Hadisədən sonra R. Usubovun işdən azad olunacağını gözləyən Eldar Mahmudov həyatının ən böyük arzusunun reallaşacığının bir addımlığında olduğunu zənn edir. Belə olmadığını görən E. Mahmudov Hacını məhkəmədən əvvəl də, sonra da MTN təcridxanasında girov saxlayır, qisas məqsədilə yararlanır. Rəhbərliyi də inandırır ki, Hacının "kalon"a köçürülməsi təhlükəlidir. O H. Məmədovun "ötməsindən" ehtiyat edirdi. İndi isə Hacı Məmmədov ilk müraciətindəcə Zakir Nəsirov barəsində, onun günahsız olması haqqında danışır. Təkcə Zakir Nəsirovunmu? Hacı çox sirrlər saxlayır özündə. Sona qədər açılacaqmı? Bizə elə gəlir ki, yox ! Çünki onun hədəflərinin bəziləri hələ də yüksək postdadırlar...Mövzunu davam etdirəcəyik, maraqlı faktlarımız var...moderator.az
NUH.az
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
