Axundovanın -sağ əli- olan dələduzun vaxtından əvvəl azad edilməsi Apellyasiya Məhkəməsinə daşınır – ŞOK TƏFƏRRÜAT
Sabiq səfir Elmira Axundovanın yaxın çevrəsindən olan, dələduzluğa görə 9 il müddətinə azadlıqdan məhrum edilən Elnur İbrahimovun vaxtından əvvəl cəza çəkməkdən azad olunmasından apellyasiya şikayəti verilib. Söhbət Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin məhkəmə adına rüsvayçılıq gətirən qərarından gedir.
Musavat.com xəbər verir ki, hakim Nigar Qədirlinin 06.06.2024-cü il tarixində imzaladığı qərarla Elnur İbrahimov cəzasının bir hissəsini çəkməkdən azad edilib.
Elnur İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda dələduzluqda təqsirli bilinməklə 9 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda ondan dələduzluqla ələ keçirdiyi 350 min manatın alınaraq Fərman Məmmədova ödənməsi barədə mülki iddia da təmin olunub.
Mülki iddia 6 saylı cəzaçəkmə müəssisəsinin rəisinə də göndərilib. Elnur İbrahimovun dələduzluq dosyesi rəis Fariz Əliyevin əlinin altında ola-ola, o, məhkumun vurduğu ziyanı ödəməsi üçün heç bir addım atmayıb. Bunun əvəzində Elnur İbrahimovun əfv üçün müraciətlərini vaxtı-vaxtında komissiyaya göndərib, İbrahimovun əfv müraciətləri də hər dəfə rədd olunub.
Bundan sonra Elnur İbrahimov vaxtından əvvəl azad edilməsi üçün Nizami Məhkəməsinə ərizə yazıb. Bu zaman rəis Fariz Əliyev məhkəməyə “bəy tərifi” misalı mülahizəsini yazıb, göndərib.
Həmin mülahizəsində rəis Fariz Əliyev yazır:
“Məhkum Elnur İbrahimov yatağını səliqəli saxlayır (nə gözəl), şəxsi gigiyena qaydalarına riayət edir (əla!), ailəsi ilə uzunmüddətli görüşlərə gedir (bəh-bəh), telefonla da danışır (gurultulu alqışlar).
Hakim Nigar Qədirli türmə rəisinin mülahizəsini əlində bayraq edib, Elnur İbrahimovu, 1 qəpik zərər ödəməyən dələduzu cəzadan azad edilməsinə yol açan qərar verib!
Hakim qərarı verərkən dələduz Elnur İbrahimovun boynunda olan mülki idddia üzrə 350 min manat zərəri gözardı edib. Üstəlik, hakim Azərbaycan məhkəmələrinə yad bir addım da atıb - prokurorun əsaslı etirazını da saya salmayıb.
Bundan başqa, Nigar Qədirli məhkəməni “örtülü bazar”a çevirib, dələduz Elnur İbrahimovun vaxtından əvvəl azadlığa çıxması haqda ərizəsinə baxarkən zərərçəkmiş şəxsləri məhkəməyə çağırmayıb.
Ümumiyyətlə, qərarda qanun adına bir əsaslandırma yoxdur, heç bir sorğu-sual aparılmayıb. Yazır ki, guya Elnur İbrahimovun məhkəməyə videokonfrans vasitəsilə qoşulub və qərar verilib. Ən maraqlısı isə odur ki, azad edilmə qərarı düz Elnur İbrahimovun doğum gününə “hədiyyə” kimi verilib. Başqa sözlə, hakim Nigar Qədirli sanki dələduza ad günü sürprizi bəxş edib!
Xatırladaq ki, Elnur İbrahimovun azadlığa çıxması da 1 ildən artıq müddətdə zərərçəkənlərdən gizlədilib. Zərərçəkən Fərman Məmmədov qərar haqda məlumatlandırılmayıb. O, qərardan sırf təsadüfən xəbər tutub.
Zərərçəkən qərarda yer alan rəis Fariz Əliyevin mülahizəsini oxuyarkən demişdi:
“Fariz Əliyev yazsaydı ki, Elnur İbrahimov çox gözəl dələduzdur, himayəçiləri də var, bu, həqiqətə daha uyğun olardı. Amma onun əvəzində yazır ki, Elnur dişlərini fırçalayır, telefonla danışır, yuxu da görür… Hakim də bu cəfəngiyatı əsas götürüb dələduzu azadlığa buraxır!”
Fərman Məmmədovun sözlərinə görə, Elnur İbrahimov ona vurduğu zərərdən bir qəpik də ödəməyib. Amma qərarda yazılır ki, guya zərərdən 1640 manat ödəniş var:
“Əgər məhkəmənin aldadılması varsa, burada açıq şəkildə vəzifədən sui-istifadə var. Korrupsiya cinayətinin tərkibi var. Mən baş prokuror Kamran Əliyevə müraciət edirəm - 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Fariz Əliyevin yalan məlumat təqdim etməsinə görə cinayət işi başlansın!”
Ən biabırçı məqamlardan biri isə budur ki, hakim Nigar Qədirli mülahizədəki bu “ödəmə” faktını yoxlamadan, prokurorun etirazını da saya salmadan qərar verib. Üstəlik, zərərçəkən - mülki iddiaçı heç nədən xəbərdar edilməyib. Baş verənlərdən açıq görünür, hakim və türmə rəisi sinxron işləyiblər.
Rəis yazıb ki, məhkum “özünə yaxşı baxır”, hakim də heç bir hüquqi əsas olmadan “islah olunub” qənaətinə gəlib. Əgər dələduzların bu qədər rahatlıqla azadlığa çıxması mümkündürsə, bəs onda məhkəmələrin çıxardığı hökm nəyə lazımdır?
Elnur İbrahimov 2013-cü ildə məhz Elmira Axundovanın evində başlayan dələduzluq sxeminin “vinti” olub. O vaxt sabiq deputat tanışlarına deyib ki, oğlu Həbib Axundov biznes qurur, pullarını yatırmaqla böyük qazanc əldə edəcəklər. İnsanlar deputata inanaraq milyonlarla manatlarını veriblər. Faktiki isə biznes kağız üzərində qurulmuş saxtakarlıqdan başqa bir şey deyilmiş. Həmin dövrdə Elnur İbrahimov Axundovaların evində daimi “sakin” idi. Pul yığımı iflasa uğrayanda, Elmira Axundova “biznes dağıldı” deyib və Elnur İbrahimovu qabağa veriblər. Ardınca isə o, Qəbələdə Elmira Axundova ilə görüşdükdən sonra Gürcüstana, oradan Moskvaya qaçırılıb. Yalnız illər sonra ekstradisiya edilərək Azərbaycanda mühakimə olundu və 9 il cəza aldı. Bakı Ağır Cinayətlər Məhkəməsi həmçinin Fərman Məmmədovun 350 min manatlıq mülki iddiasını təmin etmişdi. İndi isə həmin hökm, həmin mülki iddia sanki kağız parçasına çevrilib.
Zərərçəkən Fərman Məmmədov bu işin Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluq tərəfindən araşdırılmasını tələb edir:
“Hörmətli cənablar, Azərbaycanda qanunçuluğun keşiyində durmağa məsul vəzifəli şəxslər! Zərərçəkənin hüquqları təmin olunmadıqca, bu ölkədə qanunun aliliyi və ədalətə inamdan danışmaq gülüncdür. Əgər Azərbaycan dövlətinin adından çıxarılan hökmlər bu şəkildə, həm də hakim və məmur əli ilə tapdanırsa, bu, məhkəmə-hüquq sisteminin iflasıdır. Sizi bu cinayətin araşdırılmasına çağırıram”.
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
