Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
Kulis.az Vüsal Bağırlının "Beyni çönmüş Psixeya və pulsuz Pluton" yazısını təqdim edir.
“İnsanlar axmaqdır. Onlar daim səfeh işlər görürlər: it kostyumları, reklam menecerliyi, iPhone və bu kimi başqa gic şeylər icad etdilər. Əvəzində isə ağızlarında ürəkbulandıran iyrənc daddan savayı heç nə qalmır. Bunların əvəzinə elmi inkişaf etdirib, Ayı, Marsı, Veneranı tədqiq etsəydik, kim bilir indi hardaydıq? Bəşəriyyətə kosmosda gəzmək, oraları fəth etmək imkanı verilib, lakin o, görməmiş kimi daim istehlakı, basıb yeməyi, həzmi düşünür: pivə içmək, seriallara baxmaq, sosial şəbəkələrdə qurdalanmaq.”
Rey Bredberi, amerika yazıçısı
Kosmosa, qalaktik ənginliklərə, qaz-toz dumanlıqlarına aid yazıları həmişə maraqla oxumuşam. Uşaq vaxtından üzü bəri oxuduğum bütün kitablarda Günəşin əsarəti altında doqquz planetin olduğu yazılırdı.
Orbitləri elliptik, Kepler qanununa tabe doqquz fağır planet. Onlar həm ağaları Günəşin ətrafında, həm öz orbitlərində bala-bala fırlanırlar. Planetlər iki qrupa bölünürlər: Yer qrupu planetlər və nəhəng planetlər.
Venera, Merkuri, Mars və bizim Yerimiz bunlar yer qrupu planetlər hesab edilir. Onlar nisbətən xırda olsalar da səthləri sərtdir, iddiaları isə böyük. Birində hətta bitkilər bitir, üzərində canlılar, insan adlı şüurlu məxluqlar yaşayır.
Nəhəng planetlər özləri iki qrupa bölünür. Qaz nəhəngləri: ən böyüyü Yupiter, belində halqa fırlayanı Saturn. Buz nəhəngləri: alimlər tərəfindən ən az araşdırılanı Uran və bizdən ən uzaqda yerləşəni Neptun.
Bir də Günəş sisteminin lap ucqar, kimsəsiz soyuq küncündə cuppulu Pluton var. Doqquzuncu planet. Adının təmtəraqlı səslənməyinə baxmayın, onun pulu kiloqramla, tonla ölçülmür, olduqca kasıb planetdir.
Nə bitkisi var, nə canlısı, nə suyu var, nə də mavi səması. Yerləşdiyi yer, zülmət Koyper qurşağı, temperaturu mənfi 232 dərəcə. Atmosferi də azot, metan və karbon.
Bir gün qəribə, bir az da müəmmalı hadisə baş verdi. Belə ki, oturuşmuş fikir, elmi mülahizə 2006-cı ildən etibarən cıqqılı və ciddi dəyişikliyə uğradı. Məlum oldu ki, künc-bucağa çəkilmiş, dərvişvari asketik həyat tərzi keçirən zavallı Pluton əslində heç planet zad deyilmiş.
Aydan altı dəfə kiçik, Rusiyadan azacıq böyük səma cismi, qalaktik müqayisədə cırtdan bir şey, səmada uçan adsız-sansız, kiçicik daş parçası imiş.
Günəş sisteminin uzaq, soyuq, qaranlıq bir küncünə qısılmış, yetimcəsinə boynunu bükmüş göy cismini sən demə, planet hüququndan məhrum edib, xarici pasportunu, hərbi biletini, şəxsiyyət və sürücülük vəsiqələrini əlindən alıb, lap yetim gününə salıbmışlar.
İndi Pluton doğurdan da dərd çəkir. Çünki gerçək əhvalat əslində başqa cürdür: “Plutonun tən ortasında içi zəhərli buzla dolu ürək formalı dənizi var.
NASA əvvəlcə onu planet kimi tanımayıb. Doqquzuncu planet statusunun üzərindən çalın-çarpaz bir xətt çəkib. Sonra necə olubsa, fikrini dəyişib onu yenə planetlər təsnifatına salıb.
Yekunda isə, yuxarıda qeyd etdiyimiz kimi yenə tanımayıb və bu rəftardan zavallı Plutonun qəlbi zəhərlə dolub”.
Amma ümid bildiyimiz kimi ən sonda ölür və görünür ki, Plutonun yenidən planet olmaq şansı hələ də qalır.
Kosmosu araşdıran alimlər o qədər yeni kəşflər, ziddiyətli araşdırmalar, mübahisəli ehtimallar irəli sürürlər ki, əlli-yüz ildən sonra bir də görəcəyik ki, NASA götürüb küskün, incik Plutonu təzədən say-seçmə planetlərin sırasına qaytarıb.
Hətta yaxasında orden-medal da asıb.
Axırda alimlər yaşadığımız Yerin heç də planet deyil, nəhəng tısbağa üzərində qərar tutmuş dörd filin öz belində saxladığı çölləmə düzəngah olduğunu söyləyəsələr, heç buna da təəccüblənmərəm.
***
Kosmosda, fəza boşluğunda avaragor göy cismi - bir asteroid hərlənir. Onun qəribə adı var. Psixeya. Qorxulu səslənsə də əslində Psixeya qədim yunanlarda nəfəs və ruh ilahəsidir.
Mifologiyada Psixeyanın özünəməxsus, qeyri-adi əhvalatı dolaşır. Əfsanəyə görə...
“Bir padşahın üç qızı olur. Psixeya onlardan ən kiçiyi imiş. Psixeyanın gözəlliyi Veneranı qıcıqlandırır, onda qısqanclıq hissi oyadır. Tanrıça sevgi tanrısı Amura əmr edir:
- Elə et qız hansısa eybəcər, cüzamlı insana çarəsiz aşiq olsun. Onun ardınca dizin-dizin sürünsün.
Lakin Amur özü qıza dəli kimi vurulur. Qızı qaçırıb xəlvəti bir yerə aparır, hərdən, kefinə düşəndə, qızıxanda onu ziyarət edir. Həm də şərti belə kəsir ki, ancaq gecə, qaranlıqda görüşsünlər.
Psixeyanın paxıl bacıları ona pıçıldayır ki, əslində əri tanrı deyil, dəhşətli bədheybətdir. Psixeya qərara gəlir ki, nə yolla olur-olsun, mütləq Amurun üzünə baxmalıdır. O, çırağın işığını yatmış tanrının üzünə tutur və onun gözəlliyinə vurulur.
Bu zaman çıraqdan bir damla yağ Amurun çiyninə düşür. Amur oyanır və Psixeyanın inamsız davranışından qəzəblənərək onu tərk edir.”
Burada mifologiyanı, yunan tanrılarını, Zevsi, Olimp dağını qatlayıb qoyuruq bir kənara, qayıdırıq əsas mövzuya. Deməli, asteroidin diametri cəmi-cümlətani 250 km-dir. Amma onun bu cür boyu qıpıq, balaca və şpankə (cüvəllağı) olmasına türklər demiş, bir o qədər takılmayın, beş o boydası kainatın altındadır.
Bu asteroidin əsas özəlliyi və gözəlliyi boy-buxununda, yerişində, duruşunda deyil, başqa şeydədir. Psixeya sən demə, Günəş sisteminin ən bahalı göy cismi imiş. Onun orta qiyməti qara bazarda 10 kvintillion dollar civarında hesablanır.
Tərkibi bütünlüklə təmiz qızıl, platin və nikeldən ibarətdir.
Fikirləşirsən ki, kaş adamın cibində bunun bir qırığı ola, çox yox, çimdik boyda. Qram-qram satasan, papağı əyri qoyub yaşayasan. Amma bir iş var, asteroidi satmaq olduqca çətin işdir. Çünki o göyün təpəsindədir, biz isə burda, Yerdə.
Belə baxanda, nəhəng, hüdudsuz kainatda onun əsl qiymətini yalnız biz insanlar bilirik. O, isə real dəyərindən xəbərsiz, uçur kosmosda özüyçün?! Hara uçur, niyə uçur, bilinmir.
İşdir-şayətdir, əgər Psixeyanın psixliyi tutub, beyni çönüb, başı qaçıb gəlib Yerə dəysə, onda vay halımıza. Bilin ki, bu zaman bizi o zavallı dinozavrların nəsli kəsilmiş taleyi gözləyəcək. Və gözəlim kainatda onun əsl dəyərini biləcək bir kimsə qalmayacaq.
Eh... Dünyamız nə qədər kədərli və fanidir. Təəssüf...
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 2026 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 2026 19:56
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 2026 15:59
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 2026 12:36
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 2026 23:05
- Azərbaycan Ermənistandan mal idxal etməyə BAŞLADI
16 aprel 2026 10:54
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 2026 11:35
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 2026 14:45
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- QALİB KİMDİR: ABŞ, İRAN, YOXSA…
9 aprel 2026 22:43
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 00:22
- Almaniyada minlərlə QABAN məhv edildi
19 aprel 00:17
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 19:11
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
- Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 aprel 12:21
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 11:49
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 00:46
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 00:21
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 21:39
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 20:40
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 20:18
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 16:49
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 15:55
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 15:38
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 14:00
- Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
17 aprel 13:50
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 12:36
- Kərkükdə 100 il sonra bir İLK
17 aprel 11:34
- BOZ kardinal-ın boz günü...
17 aprel 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 00:12
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 23:03
