- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
- Yazıçı Anar: Binanı restoran ediblər, Zərdabi onun qapıçısı kimi görünür
- TƏCİLİ! Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi
- İlhamə Quliyeva dedi ki, Mədəniyyət naziri özüməm, kimi istəsəm verəcəm o da xalq artisti olacaq
- Masallının 9 kəndi işıqsız qalacaq
Proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur - Əli Hüseynlidən SENSASİON MÜSAHİBƏ
Milli Məclisin komitə sədri: “Bu il hüquq islahatları, ədliyyə orqanları, məhkəmə qərarları ilə bağlı yaddaqalan il olacaq”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yeni Müsavat”ın suallarını cavablandırıb. Gündəmin ən aktual mövzularını əhatə edən müsahibəmizdə komitə sədri çox mühüm məsələlərdən bəhs edib, olduqca maraqlı məqamlara toxunub.
- Əli bəy, yaz sessiyasının ardınca növbədənkənar sessiya da işini yekunlaşdırdı və tətil dövrü başladı. Sessiyaları necə dəyərləndirirsiniz? Necə deyərlər, deputatlar tətilə getməyi haqq etdilərmi?
- (Gülərək) Deputatların yay tətili haqqı var. Bu, qanunvericiliklə, deputatın statusu və nizamnamədə nəzərdə tutulub. Hesab edirəm ki, yaz sessiyası və növbədənkənar sessiyanın yekunları çox uğurlu olub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi olaraq onu demək istəyirəm ki, biz növbədənkənar sessiyada bir neçə vacib layihələrin qəbul olunmasına, sürətli müzakirəsinin qəbul olunmasına nail olduq. Ədliyyə orqanlarında həyata keçirilən islahatlarla bağlı qanun layihəsini xüsusi vurğulamaq istəyirəm. Onun birinci hissəsi icra haqqında qanunla bağlı idi. Xatırlayırsınızsa, ənənəvi olaraq deputatlar, parlamentdə hökumətin hesabatı zamanı məsələ qaldırırdılar ki, çoxlu sayda məhkəmə qərarları var ki, icra olunmayıb. Çünki ədalət mühakiməsinin həyata keçməsi təkcə məhkəmə qərarının çıxarılması zamanı deyil, həm də məhkəmə qərarı icra olunduğu halda baş tutur.
Amma bu sahədə problemlər çox idi və hələ də çoxdur. Çünki iş yükü, qərarlar çoxdur, bu işi icra edəcək şəxslər say baxımından azdır.
- Müzakirələrdə Sizin də bu barədə fikirlərinizi eşitmişik...
- Bəli. Elə qərarlar var ki, onların icra olunması mümkün olmur. Elə qərarlar var ki, onlar bizim münasibətlərdən irəli gəlir. Misal üçün, təminatsız kreditlər, düşünürəm ki, gələcəkdə bu məsələyə mütləq qayıtmalıyıq. Yəni nə qədər ki, təminatsız kreditlər var, vətəndaş qaytara bilməyəndə məhkəmə qərarı icraya gəlib çıxır. Əgər o, qaytara bilsəydi, elə kreditini qaytarardı, məhkəmə qərarına və icraya gəlib çıxmazdı axı. Digər məsələ alimentlərlə bağlı idi. Yəni təminatsız kreditlərlə, alimentlərlə bağlı faizlər burada az qala bu qərarların 50 faizini təşkil edir. Yəni biz həmişə deyirik ki, bir milyondan yuxarıdır. Bu baxımdan hesab edirəm ki, bu qanuna etdiyimiz dəyişikliklərlə yeni sistem yaratmaq. Üstəgəl, xüsusi icra haqqında qanunun sessiyanın sonunda qəbulu bu çox müsbət bir haldır. Əminəm ki, təşkilati işləri artıq ədliyyə orqanları həyata keçirəcək və növbəti ildən biz statistikada pozitivi müşahidə edəcəyik. Yəni hesab edirəm ki, bu il hüquq islahatları, ədliyyə orqanları, məhkəmə qərarları ilə bağlı yaddaqalan il olacaq.
Bir də onu demək istəyirəm ki, "Konstitusiya və Suverenlik İli"ndə parlamentin bütün komitələrində tədbirlər keçirildi. Keçirilən dinləmələr çox maraqlı və əhəmiyyətli idi. Həm Konstitusiya analiz olunurdu, keçdiyimiz yol, referendumlar, həm də bir sıra konstitusiya islahatları ilə bağlı gələcək üçün maraqlı fikirlər səslənirdi. Yəni bu baxımdan “Konstitusiya və Suverenlik İli”ndə parlamentə keçirilmiş bu ictimai müzakirələri, dinləmələri, komitə iclaslarını çox əhəmiyyətli hesab edirəm.
![]()
- Sessiya dövründə geniş diskussiyaya səbəb olan mövzulardan biri də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər idi. Sizin qanun layihəsini təqdim edən zaman bir anonsunuz oldu ki, digər məsələlər referendumda müzakirəyə çıxarıla və qəbul oluna bilər. Bu, artıq ölkədə konstitusiya islahatları ilə bağlı ümumxalq səsverməsinin keçirilə biləcəyi qənaətini yaratdı, geniş diskussiyaya səbəb oldu. Qanunverici orqanda məlum layihənin təqdimatını həyata keçirən komitə rəhbəri olaraq Sizin dövlətin bu istiqamətdə siyasətindən məlumatınız olmamış deyil. Payızda ümumrespublika referendumu ilə konstitusiyaya dəyişikliklər olacaqmı?
- Bu məsələ ilə bağlı bir dəfə açıqlama vermişəm. Bildirmişəm ki, bu il "Konstitusiya və Suverenlik İli"dir və bir çox tədbirlər həyata keçirilir. Həm 12 noyabr 1995-ci il konstitusiyasının 30 illiyi, həm də Qarabağ Zəfəri ilə təmin olunmuş suverenliyimizin bərpasının 5 illiyidir. Yəni bu il yubiley ilidir. Ona görə də mənim payızda referendumla bağlı heç bir proqnozum yoxdur. Bundan əvvəlki müsahibədə də bunu söyləmişəm. Amma Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişiklik etməklə bağlı anonsa gəlincə, düzü, heç gözləmirdim ki, mətbuatda belə bir rezonans doğuracaq. Çünki mən bunu sırf qanunvericilik texnikası baxımından söyləmişdim, səbəbini bir də söyləyə bilərəm. Birincisi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası da bizim konstitusiyamızın ayrılmaz tərkib hissəsidir. Yəni konstitusiya qanunları konstitusiyamızın ayrılmaz tərkib hissəsidir. Sanki vahid bir sənəddir. Var əsas mətn, var əlavə konstitusiya qanunları. Bir neçə konstitusiya qanunlarımız var. Əgər biz konstitusiymızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında bir dəyişiklik ediriksə və o dəyişiklik ana mətndə varsa da, söhbət burada “ali vəzifəli şəxs” ifadəsindən gedir, bu ifadə Naxçıvan Konstitusiyasından çıxarıldı. Bu, qanunvericilik texnikası baxımından artıq o deməkdir ki, ana mətndə də dəyişiklik olmalıdır. Ana mətndə də dəyişikliyin edilməsinin yolu referendumdur. Yəni heç bir halda hansısa bir zamanla bağlı proqnoz verməmişəm. Elə bir niyyətim də olmayıb. Ona görə də payızda və ya nə zamansa nəsə olacağı ilə bağlı hansısa bir proqnozum və məlumatım yoxdur, bunu açıq şəkildə deyirəm.
- Əslində referendumun keçirilməsində qeyri-adi nəsə axtarmaqdan uzağıq və burada qanunauyğunluğun olduğuna da şübhə etmirik. Üstəlik, muxtar respublika ilə bağlı dəyişikliklərdən sonra tamamilə məntiqlidir.
- Hətta mən sizə deyim, qanunvericilik texnikası baxımından artıq bu, bir zərurətə çevrilib. Mümkün deyil ki, mətnin bir hissəsində bir ifadə qalsın, digər hissəsində isə qalmasın. Ola bilsin ki, mənim sadəcə onun müjdəsini vermək, onu söyləmək niyyətim olub ki, qanunvericilik nöqteyi-nəzərindən məsələ belədir.
- Eyni zamanda bir az da uzaqgedən fikirlər cəmiyyətdə səslənməkdədir. Növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyinə qədər ehtimallara qədər uzaqgedən nəticələr çıxarılır. Ölkədə tətbiq olunan idarəçiliklə bağlı yeni sistemə keçiləcəyi də bildirilir. Son məlumata görə, əhalinin sayı 10 milyon 200 mini ötüb, bu da parlamentarların sayının ən azı 150 nəfərədək artırıla biləcəyi ehtimalını ortaya çıxarır. Üstəlik, proporsional və majoritar sistemin paralel şəkildə tətbiq oluna biləcəyi iddiaları var. Bütün bunlara zərurət varmı və yaxud bütün bu iddialar nəyəsə əsaslanırmı?
- Məncə, bu, cəmiyyətdə gedən hansısa bir diskussiyalardır, mən bunu təbii görürəm. Niyə təbii görürəm? Çünki xatırlayırsınızsa, cənab Prezidentin çox məşhur müsahibəsi olmuşdu. Suverenliyimiz təmin olunduqdan sonra o söylədi ki, qarşıda yeni hədəflər olmalıdır və mediaya, ekspertlərə, ümumiyyətlə, cəmiyyətə bir müraciəti oldu ki, belə fikirlərin səslənməsi vacib olur. Xatırlayırsınızsa, bir çox tanınmış ekspertlər, media nümayəndələri - yeri gəlmişkən, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, həmçinin Azərbaycanın digər bir çox ictimai nümayəndələri - mediada gələcəyə baxışla, gələcək hədəflərlə bağlı fikirlər söyləməyə başladılar. Məncə, konstitusion islahatlarla bağlı deyilənlər bu fikirlərin davamıdır. Amma indi söylədiyiniz məsələlər hüquqi məsələlərdir. Onlarla bağlı mətbuata açıqlama vermişəm. Yəni fərqli baxışlar ola bilər. Demək istəyirəm ki, mənim indi söyləyəcəyim fikirlər sırf ekspert, ya bir hüquqşünasın baxışı kimi qəbul olunmalıdır, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri kimi yox. Yəni hansısa bir fikirlərə münasibətdir. Məsələn, majoritar və proporsional seçki sistemi ilə bağlı mənim birmənalı mövqeyim ondan ibarətdir ki, proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur.
- Dövlət siyasi partiyaların inkişafına önəm verdiyini daim bəyan edir, yeni qanun qəbul olunub. Bu sistemin bərpası ümumi işin xeyrinə olmazmı?
- Siyasi partiyaların inkişafı ilə bağlı son illər görülən işlər öz bəhrəsini verir. Siyasi partiyalar haqqında biz yeni qanun qəbul etdik, çox ciddi müzakirələr oldu. Siyasi partiyaların yeni bir konfiqurasiyası mövcuddur. Onlarla əməkdaşlıq barədə onu deyə bilərəm ki, zamanında Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi. Bu, çox mühüm bir addım idi. Ondan sonra partiyalarla iş fərqli müstəvidə quruldu, “Siyasi partiyalar haqqında” Qanun qəbul edildi. Yəni demək istəyirəm ki, siyasi partiyaların inkişafını biz onsuz da müşahidə edirik və “siyasi partiyaların inkişafından ötrü proporsional seçki sisteminin bərpa olunmalıdır” arqumentini mən qəbul etmirəm. Bir də müsbət hal onu görürəm ki, bu gün Azərbaycanda siyasi partiyalar, demək olar ki, böyük əksəriyyəti dövlətçilik, milli maraqlar mövzusunda vahid mövqedən çıxış etdilər. Bu, çox pozitiv bir hadisədir, çox ciddi bir nailiyyətdir və hesab edirəm ki, dövlət quruculuğumuzun da, ümumiyyətlə, dövlətimizin əldə etdiyi müsbət nailiyyətlərin də vacib bir elementidir.
- Bəs deputat sayının artırılmasına münasibətiniz necədir? Burada da məntiq görmürsünüz?
- Yox, bunlar hamısı texniki məsələlərdir. Bir sıra ölkələrdə ikipalatalı sistem mövcuddur. Bu, maraqlı sistemdir.
- Azərbaycanda tətbiq oluna bilərmi?
- Mənim belə düşüncəm yoxdur. Bir daha söyləyirəm, əhali sayı və ərazi, məncə, onun üçün kifayət deyil. Amma bu, maraqlı bir modeldir. Çünki ikipalatalı sistemdə ikinci palata təyinatlıdır, birinci palata isə seçkilidir. Birinci palatada daha geniş müzakirələr olur. Amma üst palata sonra hansısa bir qərarlarda balanslayıcı rol oynayır. Bu maraqlı modeldir. Amma yenə deyirəm, bu, sadəcə, bir baxışdır.
- Beləliklə, 125 nəfərdən artıq deputatın olmasına ehtiyac görmürsünüz, eləmi?
(Davamı gələn sayımızda)
Elşad PAŞASOY,
“Yeni Müsavat”
- İmişlidə tonlarla xurma ağaclarda çürüyür (VİDEO)
8 dekabr 2025 00:57
- Bahalı beynəlxalq tədbirlərin keçirilməsinə 239 MİLYON, ELMƏ İSƏ...- Qüdrət Həsənquliyev
7 dekabr 2025 19:21
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi - Fotolar
7 dekabr 2025 13:35
- Antarktidanın ən yüksək zirvəsini fəth edən azərbaycanlı: Dağlara Allahın köməyi ilə gedirəm
6 dekabr 2025 21:37
- Restoranlarda müştəriləri soymağın yeni üsulu: SERVİS HAQQI
6 dekabr 2025 12:32
- EVDƏN İŞLƏMƏK rəsmiləşir: Maaşlar belə hesablanacaq
6 dekabr 2025 03:10
- 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq (SƏRƏNCAM)
5 dekabr 2025 20:53
- Mikayıl İsmayılovun keçmiş gəlini cənab Fuad Ələsgərovdan KÖMƏK İSTƏYİR
4 dekabr 2025 12:56
- Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri II oxunuşda qəbul edildi
2 dekabr 2025 16:54
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
08 dekabr 22:55
- Paşinyan özünə yeni müşavir təyin etdi
08 dekabr 22:47
- Prezident məktəbi rus dilində bitirib, amma Azərbaycan dilində belə gözəl danışır
08 dekabr 21:55
- Prezident: Bizdə kifayət qədər böyük enerji potensialı var
08 dekabr 21:40
- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
08 dekabr 14:26
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
08 dekabr 14:20
- Yazıçı Anar: Binanı restoran ediblər, Zərdabi onun qapıçısı kimi görünür
08 dekabr 13:03
- Prezident İranın xarici işlər nazirini qəbul etdi
08 dekabr 12:50
- TƏCİLİ! Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi
08 dekabr 11:47
- İlhamə Quliyeva dedi ki, Mədəniyyət naziri özüməm, kimi istəsəm verəcəm o da xalq artisti olacaq
08 dekabr 11:03
- Masallının 9 kəndi işıqsız qalacaq
08 dekabr 10:38
- Pezeşkian Qazaxıstana gedəcək
08 dekabr 10:31
- Pensiyalar bu tarixdə veriləcək
08 dekabr 01:13
- İmişlidə tonlarla xurma ağaclarda çürüyür (VİDEO)
08 dekabr 00:57
- Marketlərdə SAXTA QARA ÇÖRƏK - DİQQƏTLİ OLUN
08 dekabr 00:02
- Atam Ukraynaya arxa çevirə bilər - Trampın oğlu
07 dekabr 23:37
- Rus generalın qızı Avropada kef edir
07 dekabr 21:43
- Rusiyada azərbaycanlı diaspor rəhbəri Teyyub Hüseynov nə üçün SAXLANILDI ?
07 dekabr 20:36
- -Mehdiyev işi- böyüyür: AMEA rəhbərliyi də siyahıda...
07 dekabr 19:27
- Bahalı beynəlxalq tədbirlərin keçirilməsinə 239 MİLYON, ELMƏ İSƏ...- Qüdrət Həsənquliyev
07 dekabr 19:21
- İsanın doğulduğu şəhərə Milad qayıtdı - Fotolar
07 dekabr 18:44
- Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldı
07 dekabr 18:27
- Şara protokolu kənara qoyub Fidanı qucaqladı
07 dekabr 17:34
- Mingəçevirdə 1 yaşlı körpəsini zirzəmiyə atan qadın saxlanıldı
07 dekabr 17:17
- Prezident devrildi – Hərbçilər hakimiyyəti ələ keçirdilər
07 dekabr 16:18
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
07 dekabr 14:09
- Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi - Fotolar
07 dekabr 13:35
- Əli Məsimlidən Sərdar Cəlaloğlunun ittihamlarına cavab
07 dekabr 11:41
- 107 yaşlı Azərbaycan Parlamenti - müsəlman dünyasında ilk
07 dekabr 00:35
- Ağdamda Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edildi - Fotolar
06 dekabr 23:47
