İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi (FOTO)
Siyasət11 iyul 2025 13:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev Mariam Kvrivişviliyə nazir təyin olunması münasibətilə təbriklərini çatdıraraq, onun vəzifəsinin icrasına başlamasından qısa müddət sonra ölkəmizə səfərini sıx əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirib
Qonaqpərvərliyə və təbriklərə görə minnətdarlığını bildirən Mariam Kvrivişvili dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiyini deyib. Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İrakli Kobaxidzeyə çatdırmağı xahiş edib. Azərbaycan Prezidenti Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra İrakli Kobaxidzenin bu ilin yanvarında ilk xarici səfərini ölkəmizə etməsini məmnunluqla xatırlayaraq, bunun Azərbaycanla Gürcüstan arasında dostluğun və qardaşlığın nümunəsi olduğunu deyib.
Prezident İlham Əliyevin qlobal lider olduğunu vurğulayan Mariam Kvrivişvili dövlətimizin başçısının Gürcüstanda dost kimi qəbul olunduğunu qeyd edib.
Söhbət zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrimizin geniş gündəliyinin olduğu vurğulanıb, Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat sahələrində qurulmuş əməkdaşlığın və həyata keçirilən birgə layihələrin yalnız ölkələrimiz deyil, daha geniş region üçün strateji əhəmiyyət kəsb etdiyi qeyd olunub. Bağlantı, enerji, ticarət, sərmayələr və digər sahələrdə ikitərəfli və çoxtərəfli formatda daha sıx əməkdaşlıq həyata keçirilməsinin önəminə toxunularaq, müxtəlif istiqamətlərdə münasibətlərimizin genişlənəcəyinə ümidvarlıq bildirilib.
Görüşdə Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşı olduğu vurğulanıb, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcudluğuna toxunulub, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 2025 12:42
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 2025 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 2025 09:57
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 2025 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 2025 23:39
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 2025 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 2025 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 2025 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 2025 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 2025 16:22
Xəbər lenti
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 12:53
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 12:42
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 11:32
- Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
28 iyul 10:43
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 10:23
- Milli Qəhrəman Natiq Qasımovun anası dünyasını dəyişdi
28 iyul 09:53
- Mikayıl İsmayılovun polis rəisi olan qardaşı -uzaq Pirallahıdan Bakının mərkəzinə- vəzifəyə gətirilir...
27 iyul 23:59
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 21:51
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 21:10
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 12:35
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 12:06
- Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
27 iyul 11:57
- Dünyada İLK KABAB İNSTİTUTU fəaliyyətə başlayır
27 iyul 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya