Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi

Tarixdə iz qoyan, əbədiyaşarlıq qazanan mühüm sənədlər var ki, onların imzalandığı zaman və məkan həmişə böyük mənəvi məzmun və əhəmiyyət kəsb edir. İllər sonra gələn nəsillər bu tarixi və ərazini öyrənərkən məsələnin mənəvi mündəricəsini və mahiyyətini daha dərindən dərk edirlər. Bu baxımdan 2021-ci ilin 15 iyun tarixi milli düşüncəmizdə və təqvimimizdə yeni bir səhifənin başlanğıcı kimi dəyərləndirilir.
Müstəqillik tariximizdə ilk dəfə olaraq xarici dövlət başçısının səmasında azadlıq bayrağı dalğalanan Qarabağda qarşılanması, Azərbaycan və Türkiyə liderlərinin Türk dünyasının mənəvi paytaxtı Şuşada gerçəkləşən görüşü, Azərbaycan və Türkiyə arasında müttəfiqlik müqaviləsinin imzalanması 15 iyunu tariximizin ən yaddaqalan günlərindən birinə çevirdi. Bu əlamətdar hadisələrin Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq dövlətimizi zamanın ağır sınaqlarından xilas etdiyi Milli Qurtuluş Gününə təsadüf etməsi bu tarixə ikiqat əlamətdarlıq qazandırır.
Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev tarixi Şuşa bəyannaməsinin imzalanmasının ildönümü ilə əlaqədar açıqlamasında bildirib.
O qeyd edib ki, bölgə üçün mühüm əhəmiyyət daşıyan Bəyannamənin imzalandığı həmin gün bütün dünyanın nəzərləri Şuşada idi. Torpaqlarımızın işğaldan azad olunması üçün hərbi əməliyyatları uğurla başa çatdırmış, “dəmir yumruq”la düşmənin başını əzmiş, işğalçı ölkənin ordusunu darmadağın etmiş Azərbaycan dövləti bu dəfə diplomatik müstəvidə yeni bir qələbəyə imza atırdı.
Xüsusən də, Şuşa Bəyannaməsində “Azərbaycana hücum Türkiyəyə, Türkiyəyə hücum isə Azərbaycana hücum kimi qiymətləndiriləcək” fikrinin öz əksini tapması Türkiyə ilə Azərbaycanın “bir millət – iki dövlət” amalı ilə birləşdiyini göstərirdi.
“Prezident Ərdoğanın Azərbaycan Milli Məclisindəki çıxışında səsləndirdiyi “Azərbaycanın taleyi bizim taleyimizdir” fikri məzmun və məna etibarilə vahid millət olmağımızın emosional özünüifadəsidir.
Şuşa Bəyannaməsinə atılan imzalar ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığın təsdiqinə atılan imzalar idi.
Tarixi Qars müqaviləsinin imzalanmasından düz 100 il sonra eyni gündə Şuşa Bəyannaməsinin imzalanması rəmzi məna daşıyır. Bir əsr əvvəl bağlanan, Qarabağ və Zəngəzur üçün çox vacib əhəmiyyət daşıyan Qars müqaviləsi də bölgədə baş verən gərgin siyasi proseslər zəminində imzalanmışdı. Onda da dünyanın böyük dövlətləri bölgədə öz maraqlarını təmin etməyə çalışırdılar. Tarix yenə də təkrar olunur. İndi də beynəlxalq güclər regionu ələ keçirmək uğrunda açıq-gizli mübarizə aparırlar. Lakin bir əsr əvvəlki mənzərədən mühüm fərq budur ki, indi bölgədə əsas qaydaları diktə edən Azərbaycan və Türkiyədir. İndi regionun bu gününü də, sabahını da, gələcəyini də müəyyən edən, bütün maraqlı tərəfləri sülhə və qarşılıqlı əməkdaşlığa çağıran və bölgənin mövcud imkanlarını bütün dünyanın üzünə açan məhz Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətidir. Bu gün Cənubi Qafqazda yaranmış yeni reallığı iki qardaş ölkə birlikdə formalaşdırır. Bölgədə təhlükəsizliyə, inkişafa, insanların rifahına xidmət edən bu siyasətin, bu reallığın alternativi yoxdur. Şuşa Bəyannaməsinin imzalanmasına qədər Azərbaycan və Türkiyənin birlikdə atdığı strateji addımlar və bu Bəyannamənin imzalanmasından sonra həyata keçirilən birgə tədbirlər bölgəmizdə yeni geosiyasi konfiqurasiya yaradır. Bu, 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların yenidən dizayn edilməsi və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında idarə olunub yönəldiləcək yeni regional düzənin ilkin mənzərəsidir”, - deyə Cavanşir Feyziyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bu mənzərəni bölgədə geniş bir əməkdaşlıq ortamı yaratmaqla, hər kəsi işbirliyinə dəvət etməklə, inkişaf üçün yeni üfüqlər açmaqla, abadlıqla və quruculuqla formalaşdırır. Azərbaycanla Türkiyə arasında əlaqələrin belə bir səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə tərəfindən birgə həyata keçirilən enerji və nəqliyyat layihələri böyük Avrasiya məkanında dövlətlər və xalqlar arasında çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.
“Tarixdə mövcud olan türk dövlətləri arasında heç vaxt Şuşa Bəyannaməsi qədər geniş, əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənəd imzalanmayıb. Ortaq hədəflərimizin birliyi, maraqlarımızın uzun və bəlkə də yüz illər davam edəcək bir zaman kəsiyi üçün uzlaşdırılması baxımından Şuşa Bəyannaməsi tarixi əhəmiyyətə malik bir sənəddir. Dünyada baş verən son proseslər də göstərir ki, strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün hətta ortaq dil, mədəniyyət və tarix kimi amillər də yetərli deyil. Rusiya-Ukrayna savaşı bunun bariz nümunəsidir. Belə taleyüklü məsələlərdə tarixi proseslərin düzgün təhlili, perspektivlərin doğru dəyərləndirilməsi, strategiyanın dəqiq müəyyənləşdirilməsi və nəhayət, qarşılıqlı etimada söykənən qardaşlıq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək üçün milli iradənin cəsarətlə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə liderləri məhz bunu etdilər”, - deyə C.Feyziyev vurğulayıb.
Türkiyə-Azərbaycan birliyinin cazibədarlığının Türk dünyasının mənəvi bütövlüyü üçün də mühüm əhəmiyyətə malik olduğunu deyən deputat əlavə edib: “Azərbaycanla Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin indiki səviyyəyə çatdırılması digər qardaş xalqlarda da Türk dünyasının gələcəyinə böyük ümidlər yaradıb. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri siyasi, iqtisadi, mənəvi, ideoloji istiqamətlərdə Türk dünyasının birliyə doğru inteqrasiya proseslərini canlandırdı. Bəyannamə iki ölkə arasında imzalansa da, əslində bu sənəd bütövlükdə bölgənin və Türk dünyasının gələcəyinə işıq salır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsini və münasibətlərimizin ən yüksək zirvədə olduğunu təcəssüm etdirən Şuşa Bəyannaməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan – bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsidir. Şuşa Bəyannaməsi gələcək nəsillərimiz üçün ən qiymətli mənəvi mirasdır”.
NUH.az
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 2025 10:56
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 2025 00:20
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 2025 21:51
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 2025 12:35
- Fransa bu tarixdə Fələstini tanıyacaq
25 iyul 2025 03:26
- Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
24 iyul 2025 12:29
- İlham Əliyev Donald Trampa təşəkkür etdi
22 iyul 2025 15:56
- ABŞ Martin Lüter Kinqin qətli ilə bağlı 230 mindən çox sənədin məxfiliyini ləğv edib
22 iyul 2025 15:49
- İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım
22 iyul 2025 09:31
- Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 01:38
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 12:53
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 12:42
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 11:32
- Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
28 iyul 10:43
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 10:23
- Milli Qəhrəman Natiq Qasımovun anası dünyasını dəyişdi
28 iyul 09:53
- Mikayıl İsmayılovun polis rəisi olan qardaşı -uzaq Pirallahıdan Bakının mərkəzinə- vəzifəyə gətirilir...
27 iyul 23:59
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 21:51
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 21:10
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 12:35
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 12:06
- Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
27 iyul 11:57
- Dünyada İLK KABAB İNSTİTUTU fəaliyyətə başlayır
27 iyul 10:42
- Yayın xiyar-pomidor salatı barədə XƏBƏRDARLIQ
27 iyul 09:55
- Makron və Ərdoğan arasında telefon danışığı: Bu məsələni müzakirə etdilər
27 iyul 09:43
- Türkiyə ən güclü bombasını sınaqdan keçirdi
27 iyul 02:13
- İlhamə Abdullayeva 26 milyonluq yeyinti edib: EMİN ƏMRULLAYEVƏ ÇƏTİN SUAL?
26 iyul 20:58
- Rəşidə Behbudova oğlu Rəşid Behbudovun ad gününü belə təbrik etdi - FOTO
26 iyul 20:23
- Ukrayna və Rusiya, demək olar ki, Zelenski-Putin görüşü haqda razılığa gəldi...
26 iyul 18:19