Xəzərin səviyyəsi 18 metr enəcək: Fırtınalar olacaq - Dəhşətli proqnoz
Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsi son onilliklərdə sürətlə azalır. Sahil boyu gəzəndə dənizin onlarla metr geri çəkildiyini müşahidə etmək mümkündür.
Bu proses ekoloji, iqtisadi və sosial baxımdan ciddi nəticələr doğurur.
Tədqiqatçılar hesab edirlər ki, Xəzərin səviyyəsindəki dəyişikliklərin əsas səbəbi qlobal iqlim dəyişikliyi, buxarlanmanın artması və qida çaylarının, xüsusilə Volqa və Uralın suyunun azalmasıdır. Utrext Universitetindən Dr. Matthias Prange və həmkarları, 2020-ci ildə yayımladıqları araşdırmada bildiriblər ki, 2100-cü ilə qədər dəniz səviyyəsi 9-18 metr arası enə bilər. Bu, dənizin sahəsinin təxminən dörddə birinin quruması və 93,000 kvadrat kilometrdən artıq ərazinin quruya çevrilməsi deməkdir.
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Bakupost.az -a açıqlamasında bildirib ki, mövcud iqlim dəyişmələri, qlobal istiləşmə və su idarəetmə rejimləri bu cür davam edərsə Xəzər dənizinin səviyyəsi daha da azalacaq. Coğrafiyaşünas alim bildirib ki, dənizin suyunun azalmasının səbəblərindən biri də küləkdir.
"Milyon illər əvvəl Xəzərin yerləşdiyi ərazidə zəlzələlər, tektonik proseslər çox idi, o zamanlar onun səviyyə dəyişmələri bilavasitə tektonik proseslərlə əlaqədar idi. Artıq tektonik proseslər zəiflədiyi və nəzərəçarpacaq əhəmiyyət daşımadığı üçün hazırda Xəzər dənizinin səviyyə dəyişmələri iqlim amili ilə əlaqədardır. İqlim amilləri də onun su balansına təsir edir. Xəzər dənizinin səviyyəsi onun su balansı ilə müəyyən olunur. Bu balansın elementləri çayların gətirdiyi su, dənizin səthinə düşən yağıntılar və sətdən buxarlanmalardır.
Nümunə üçün deyək ki, hər il Volqa çayından Rusiya ərazisində 25-30 kubkilometr su götürülür. Bunu Xəzər dənizinin sahəsinə bölsək, hər il su götürülməsi Xəzərin səviyyəsinə 8-9 santimetr təsir edir. Digər amil son vaxtlar Xəzərin səthindən buxarlanmanın kəskin artmasıdır. Bunun əsas səbəbi temperaturun artımı olsa da, digər gözlənilməz amil küləkdir. Hazırda külək amilinin Xəzər dənizinin səviyyəsinə təsirini tədqiq edirik. İlkin araşdırma nəticələrinə görə, 1996-cı ildən indiyə qədər küləyin şərq komponenti demək olar ki, 25-30 faiz artıb, şimal komponenti isə 20-30 faiz azalıb. Bu o deməkdir ki, bizə nisbətən sərin hava şimaldan gəlir, özü ilə buludlar, yağıntılar gətirir, həmin amillər azalıb. Əksinə şərq amili, yəni Orta Asiyadan bizə doğru gələn isti külək daha da artıb. Həmin amil həddən artıq özünü büruzə verir. Şərq komponentinin şimal komponenti ilə nisbətini Xəzərin səviyyə dəyişmələri ilə müqayisə etdik və 60 faizdən çox əlaqənin olduğu qənaətinə gəldik. Bu o deməkdir ki, səviyyənin azalması tam külək amilindən asılı olmasa da, hər halda külək amili nəzərəçarpacaq dərəcədə Xəzərin səviyyə dəyişmələrinə təsir edir. Küləyin rejiminin dəyişməsinə isə qlobal iqlim indeksləri təsir edir.
Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi təxminən 2042-ci ilə qədər davam edəcək. Sonra isə müəyyən qədər qalxma gözlənilir. Amma biz bilmirik ki, o, əvvəlki səviyyələrə gəlib çatacaq, ya yox."
Peyk müşahidələri Xəzərdəki dəyişiklikləri aydın şəkildə göstərir. NASA-nın "Earth Observatory" platformasının təqdim etdiyi bu iki peyk görüntüsü Xəzər dənizinin şərq sahillərində baş verən dəyişiklikləri aydın şəkildə ortaya qoyur. Birinci şəkil 2000-ci ildə, ikinci isə 2022-ci ildə çəkilib. Fotolarda sahil xəttinin nə qədər geri çəkildiyi və su səviyyəsinin dramatik şəkildə azaldığı açıq-aşkar görünür.
Bu vizual sübutlar, son 20 ildə Xəzər dənizinin ekoloji balansının pozulmasının konkret nəticələrindən biridir. Elmi tədqiqatlar bu azalmanı iqlim dəyişikliyi, buxarlanma sürətinin artması və çay axınlarının azalması ilə əlaqələndirir.
Bu tendensiya təkcə Xəzərə aid deyil. Dünyada oxşar hallar artıq yaşanıb. Məsələn, Aral dənizinin quruması XX əsrin ən böyük ekoloji fəlakətlərindən biri sayılır. Sovet dövründə pambıqçılıq üçün çayların istiqaməti dəyişdirildikdə, Aralın səviyyəsi sürətlə düşməyə başladı. Nəticədə, balıqçılıq sənayesi məhv oldu, toz fırtınaları yayıldı və bölgənin əhalisi ciddi sağlamlıq problemləri ilə üzləşdi. Alimlər Xəzərin də "yeni Aral"a çevrilə biləcəyini istisna etmirlər.
Niderland və Almaniyadan olan iqlim modelləşdiricilərinin 2020-ci illərin ortalarında təqdim etdikləri ortaq araşdırmada Xəzər dənizinin səviyyə azalması "sakit və görünməyən bir fəlakət" kimi təqdim olunur. Onların sözlərinə görə, dünya okeanları iqlim dəyişikliyindən böyüyərkən, qapalı su hövzələri, yəni göllər və daxili dənizlər sürətlə kiçilir. Bu ziddiyyətli proses planetin su dövranının necə dəyişdiyini sübut edir.
Azərbaycan da bu prosesin acı nəticələrini yaşayır. Balıqçılıq təsərrüfatları məhsuldarlığını itirir, limanlar dərinliyini itirdiyi üçün gəmilər tam yüklə çıxa bilmir. Xəzər suitisi kimi unikal canlılar isə yaşam mühitlərini tərk edir və ya məhv olurlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Bakupost.az-a açıqlamasında Xəzərin qurumasının qarşını almaq üçün görülən tədbirlər barədə məlumat verib:
"Əlbəttə ki, biz suyun çəkildiyini çox görürük və böyük ərazilər getdikcə daha çox dənizdən azad olur. Bəzən bu ərazilərdə elə yerlər açılır ki, orada biz heç nə edə bilmirik. Çünki kifayət qədər duzlu ərazilərdir, nə ağac əkmək, nə də hansısa başqa bir təsərrüfat fəaliyyəti həyata keçirmək mümkün olur. Digər tərəfdən, bu heç vacib də deyil. Ola bilsin, Xəzərin səviyyəsi qalxarsa, biz həmin ərazilərin yenidən su altına girəcəyini görəcəyik. Amma bunu demək çox çətindir və hər bir halda biz Xəzərin səviyyəsinin azalmasına uyğunlaşmalıyıq. Məsələn, qum, duz fırtınaları ola bilər.
Bütün bunların qarşısını almaq üçün hansısa bir şəkildə, müvəqqəti də olsa, yaşıllaşdırma işləri aparmaq zəruridir.
Xəzərin yox olmasının qarşısını almaq üçün də tədbirlər var. İlk növbədə, Volqa sahilindən su götürmələrinoi azaltmaq lazımdır. Rusiya ərazisində olan su anbarlarının fəaliyyətini daha doğru tənzimləmək lazımdır. Digər sahillərin ərazi hövzələrində, xüsusilə Kür və Ural hövzələrində elə tədbirlər həyata keçirilməlidir ki, bu, Kürdən götürülən, Uraldan götürülən suyun azalmasına səbəb olsun. Bu tədbirlər Azərbaycanda artıq həyata keçirilir. İndi bizdə yeni proqramlar qəbul olunur ki, daha az su istifadə edən kənd təsərrüfatına keçid edək. Su itkisini azaltmaq üçün kanalları betonlaşdırmaq lazımdır. Şəhərdə də su itkilərinin qarşısını almaq lazımdır. Yəni, Azərbaycanda bu gün su itkiləri çox böyük rəqəmlərlə ifadə olunur. Təxminən 4 kub kilometrə yaxın su itirilir ki, biz su itkisinin qarşısını alsaq, bu, Xəzərə 2 kub kilometrə qədər əlavə su getməsi demək olacaq."
Təcrübələr göstərir ki, bu cür ekoloji fəlakətlərin qarşısını almaq üçün yalnız yerli deyil, həm də beynəlxalq səviyyədə koordinasiyalı fəaliyyətə ehtiyac var.
Xəzər dənizi də beynəlxalq əməkdaşlığa möhtacdır. Suyun istifadəsində daha rasional yanaşma, çayların qidalanmasının qorunması və sənaye sektorunun ətraf mühitə təsirinin azaldılması kimi tədbirlər olmadan bu prosesin qarşısını almaq mümkün deyil. Yoxsa, gələcəkdə Xəzərin yerində yalnız çatlamış duz təbəqələri və xatirələr qala bilər.
- Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama
19 yanvar 2026 17:10
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 2026 18:10
- Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq
15 yanvar 2026 17:51
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 2026 18:53
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 2026 12:52
- Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
11 yanvar 2026 15:15
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 2026 13:09
- Mən sözü qoymuşam gözümün üstə... - Səksənincilər- layihəsindən Səməd Qaraçöpün şeirləri
9 yanvar 2026 20:33
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Mərkəzi Bankın yeni 37 MƏRTƏBƏLİ binasının tikintisinə nə qədər pul xərclənib?
7 yanvar 2026 13:51
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 17:30
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 17:24
- Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama
19 yanvar 17:10
- Prezident və birinci xanım Sürixə getdi (FOTO)
19 yanvar 16:53
- Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi
19 yanvar 16:36
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 18:10
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 17:57
- Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq
15 yanvar 17:51
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 19:04
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 18:53
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 12:52
- Prezidentin sədrliyi ilə müşavirə keçirildi (FOTO)
12 yanvar 12:44
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 11:56
- İranda aksiyalarda ölənlərin sayı 500-ü keçdi
12 yanvar 11:18
- Seyran Səxavət: Yazıçı Anarın yerinə mən olsaydım, hamısını AYB-dən xaric edərdim
11 yanvar 22:42
- Kuba Prezidenti Trampa cavab verdi: Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır
11 yanvar 22:26
- Pezeşkian xalqı meydanlara çağırdı
11 yanvar 21:26
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 21:18
- Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
11 yanvar 15:15
- Ağdərədə mina partladı: Xəsarət alan var
11 yanvar 15:01
- Adnan Əhmədzadənin adı hallanan Grand-Martın 4 MİLYON VERGİ BORCU
11 yanvar 13:57
- Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür
11 yanvar 13:02
- İranda etirazçılara sərt xəbərdarlıq - Bu şəxslər EDAM olunacaq
11 yanvar 12:56
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 12:42
- İranın xarici işlər naziri ailəsi ilə birgə Livana qaçdı
11 yanvar 00:11
- İsrailin xarici işlər naziri Azərbaycana gələcək
11 yanvar 00:00
- Pezeşkiandan ŞOK ETİRAF: Ürək cərrahıyam, üç aylıq maaşım...
10 yanvar 22:39
- Tehranda 10 dövlət idarəsi, 24 yaşayış binası yandırıldı –Tehran meri
10 yanvar 21:38
- İranda generalının oğlu öldürüldü
10 yanvar 21:14
- 73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
10 yanvar 21:05
