Bakıda yoldaşımı Opera Teatrına işə götürmədilər…Bu riskə hazır deyiləm –Rəşid Behbudovun nəvəsi ilə müsahibə/FOTO
Korifey sənətkarımız Rəşid Behbudovun adını daşıyan nəvəsi Rəşid Behbudov “525-ci” qəzetə müsahibə verib.
NUH.az müsahibəni təqdim edir:
– Rəşid Behbudov kimi bir şəxsiyyətin həm adını daşıyırsınız, həm soyadını. Çox güman bu, şərəfli olduğu qədər də məsuliyyətlidir.
– Əvvəlcə qeyd edim ki, sizin məndən müsahibə almaq üçün müraciətinizə çox təəccübləndim, həm də açığını bildirim ki, çox xoş oldu. Təəccübləndim ona görə ki, mən adətən öz həyatımı, özümü nümayiş etdirməkdən çəkinirəm. Amma bu dəfə valideyinlərim təkid etdilər. Sualınıza gəldikdə isə haqlısınız, Rəşid Behbudov ad-soyadını daşımaq çox çətindir. Yükü çox ağırdır. Eyni zamanda da çox şərəflidir. Mən əlbəttə ki, bununla fəxr edirəm. Amma bu fəxarət hissimi kiməsə bildirmirəm. Məsuliyyəti böyükdür. Babam bütov bir xalqın sevimlisidir. Sənəti ilə dünyanı heyran qoyub və bu gün də qoymaqdadır. Öz xalqını, millətini, vətənini ən yüksək səviyyədə tərənnüm edib. Ölkəmizin simvollarından birinə çevrilib. Ona görə də, mən bunun məsuliyyətini hər addımımda hiss edirəm.
– Bildiyim qədərilə musiqi təhsiliniz var. Buna baxmayaraq, başqa sahədə çalışırsınız. Gələcəkdə musiqi üzrə davam etməyi düşünürsünüz?
– Mən əvvəl 160 nömrəli məktəbdə oxumuşam. Anam belə istəyirdi. Birinci sinifi bitirəndən sonra nənəmin təkidi ilə Bülbül adına orta ixtisas musiqi məktəbinə keçdim. Fortepiano ixtisası üzrə təhsil aldım. Məktəbi bitirəndən sonra Vokal ixtisası üzrə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul oldum. Tanınmış sənətkarımız Fidan Qasımovanın kursunu bitirmişəm. Nənəmin arzusunu yerinə yetirdim. Uşaq yaşlarından kinoya, kompüterə, video oyunlara, müxtəlif konsollara böyük marağım var idi. Valideynlərim hər təzə texnika çıxanda mənə alırdılar. Bunun nəticəsində məndə İT sahəsinə ciddi həvəs yarandı. Əvvəl hamı düşünürdü ki, bu, keçici həvəs olacaq. Amma belə olmadı. Mən bu sahə ilə ciddi məşğul olmağa başladım. Onlayn kurslar keçdim. Sertifikatlar qazandım. “Apple” şirkəti hər il müsabiqələr keçirirdi. Mən həmin müsabiqələrin 8 səviyyəsini keçmişəm. Hər səviyyəyə uyğun şirkət mənə rəsmi sertifikat və kubok göndərirdi. Sonra Azərbaycanda “Apple” şirkətinin nümayəndəliyi açıldı və mən orada menecer kimi çalışmağa başladım. Əvvəlcə, işçilərə treninqlər keçirdim. Açığını deyim ki, səhnədən çox çəkinirəm. Babamdan, anamdan sonra səhnəyə çıxmaq mənim üçün çox çətindir və böyük məsuliyyətdir. Əslində, mənim musiqi istedadımı həmişə yüksək qiymətləndiriblər. Amma babam və anam elə səviyyə yaradıblar ki, mən o səviyyəni əlçatmaz hesab edirəm. Həm də düşünürəm ki, səhnəyə çıxan kimi ilk növbədə məni babamla müqayisə edəcəklər. Bundan çəkinirəm. Anam çox cəsarətlidir. O bu çətinlikləri qət edərək sənətdə öz sözünü deməyi bacarıb. Mən ciddi sənəti nəzərdə tuturam. Anam çox səviyyəli peşəkar bir insandır. Mən hələ ki, bu cəsarəti özümdə hiss etmirəm. Bu riskə hazır deyiləm. Bəlkə nə vaxtsa özümdə güc tapıb bunu edərəm.
– Səsiniz varmı?
– Bizim ailədə, daha doğrusu, nəsildə səs genetik olaraq keçir. Ulu babam Məcid Behbudov çox qüdrətli xanəndə olub. Babam səsi, sənəti ilə dünyanı fəth edib. Anamın çox nadir messo soprano səsi var. Bu, çox qiymətli səsdir və dünyanın məşhur sənətkarları anamın səsini xüsusi qeyd ediblər. Deyilənə görə, mənim də yaxşı səsim var – dramatik tenor. Anam kimi mən də fortepiano və vokal üzrə peşəkar təhsil almışam. Bu unikal səs genetikdir və nəsildən-nəslə keçir. Anam çox arzulayır ki, məni səhnədə görsün. Anam vokal səsi üzrə böyük mütəxəssisdir. Çox məlumatlı və hərtərəfli peşəkardır. Məni əmin edir ki, sənətə gəlsəm, böyük uğur qazanaram.
– Azərbaycan üçün darıxırsınız?
– Əlbəttə darıxıram. Mən Azərbaycanda doğulub böyümüşəm. Havası, suyu ruhumda, qanımdadır. Tez-tez gəlmək çətindir. Amma çalışıram heç olmasa, ildə bir dəfə gəlim. Uşaqlıqdan arzulayırdım ki, müasir texnologiyanın beşiyi sayılan Amerikada olum. Nənəm əvvəl razı deyildi. Sonra mən onun xeyir-duasını aldım. Nənəm dünyasını dəyişəndən sonra həyatın nə qədər amansız olduğunu hiss etməyə başladım. Amma çalışdığım “Apple” şirkətində özümə təskinlik tapıb başımı işlə qatırdım. Deməli, o vaxt anamın sağlamlığında problem yaranmışdı və İsraildə əməliyyat olunmalı idi. İşdən məzuniyyət götürüb anamla İsrailə getdik. Atamın iş rejimi çox gərgin idi. Ona görə mən və yoldaşım Julia anamla İsrailə yollandıq. Anamın müalicəsi nəzərdə tutulan vaxtdan bir qədər uzun çəkdi. Mən oradan işlədiyim şirkətə müraciət etdim, vəziyyəti başa saldım və öz hesabıma daha 10 gün məzuniyyətimin vaxtının uzadılmasını xahiş etdim. Anamın müalicəsi bitəndən sonra Bakıya qayıtdıq. İşə çıxanda məlum oldu ki, məni işdən azad ediblər. Açığı, bu, mənə çox pis təsir etdi. Şübhəsiz ki, mən işimə bərpa oluna bilərdim. Amma qəlbim elə qırılmışdı ki, bir də ora qayıtmaq istəmədim. Yoldaşımla hər ikimiz Amerikaya köçmək üçün İstedadlar vizası sisteminə müraciət etdik. Qısa zamanda sənədlərimiz təsdiqləndi və bizi Amerikaya yaşamağa dəvət etdilər.
– Amerikada həyat necə gedir?
– Artıq dördüncü ildir ki, Amerikada yaşayırıq. Əlbəttə ki, burada həyat çox fərqlidir. Yoldaşım Julia Behbudova böyük uğurlar qazanıb. Opera müğənnisidir. Artıq Kaliforniya ştatında sayılıb-seçilən sənətkarlardandır. Tez-tez tamaşalarda çıxış edir. Eyni zamanda Musiqi Akademiyasında dərs deyir. Hazırda o, “West Bay Opera” Teatrında Verdinin “Otello” tamaşasında Dezdemona partiyasını ifa edir.
Bakıda olanda Julia dəfələrlə müraciət etsə də, bizim Opera və Balet Teatrından müsbət cavab ala bilmədi nədənsə… Mən də burada öz işlərimlə məşğulam. Proqram təminatı üzrə müxtəlif sifarişləri yerinə yetirirəm.
– Yəqin ki, Rəşidə xanım sizin üçün çox darıxır.
– Rəşidə xanımla münasibətlərimiz çox dərindir. Biz bir-birimizə çox bağlıyıq. Anam hələ də öyrəşə bilmir ki, mən Amerikada yaşayıram. Təsəvvür edin ki, biz bura köçəndən sonra anamın həyat rejimi dəyişib. Buranın vaxtı ilə yaşayır. Biz yatanda o yatır, biz oyananda oyanır. Bütün günü də telefonla əlaqədəyik. Bəzən mənə çətin olsa da, onu başa düşməyə çalışıram. Çox darıxır. Mən də darıxıram, amma o, anadır. Mən doğulandan biz hər zaman bir yerdə olmuşuq. Uşaq olanda valideynlərim tez-tez xarici səfərlərə gedərdi. Nənəmlə biz onları səbirsizliklə gözləyərdik. Bilirdik ki, 10-15 günə qayıdacaqlar. İndi fərqlidir. Anam ayrılığımıza dözə bilmir. Ona görə çalışıram ki, daim əlaqədə olaq.
– Rəşid Behbudovun ən çox sevdiyiniz mahnısı hansıdır?
– Babamın oxuduğu bütün mahnılar mənə əzizdir, doğmadır. Bir yaşım olanda babam dünyasını dəyişib. Amma onun səsi, sənəti mənim ruhumda, qanımdadır. Tofiq Quliyevin “Canım Bakı, qanım Bakı” və Elza İbrahimovanın “Ey Vətən” mahnılarını burda daha tez-tez dinləyirəm. Bir də anamın ifa etdiyi çox gözəl mahnı var, Ramiz Mirişli və Məmməd Arazın “Azərbaycan dünyam mənim”. Yəqin çox darıxdığıma görədir.
– İnsanlar Rəşid Behbudovun nəvəsi olduğunuzu eşidəndə necə reaksiya verir?
– Mən bunu nümayiş etdirməyə çalışmıram. Amma təsadüfən biləndə hamıda qəribə bir doğmalıq yaranır. İnsanların üzü gülür, ürəkləri açılır. Babamı yada salıb haqqında ürəkdolusu xoş sözlər deyirlər. Bu, mənim üçün çox qiymətlidir.
– Çox güman, Rəşid Behbudov haqda evdə çox danışılıb və siz sənətkarın həyatından kifayət qədər məlumatlısınız. Babanızla bağlı eşitdiyiniz hansı hadisə sizi daha çox təəccübləndirib?
– Deməli, bir gün dostları babamı dilə tutub ova dəvət ediblər. Buna xeyli hazırlaşıblar. Babam ov tüfəngi, ov üçün lazım olan hər şeyi əldə edib. Hansısa rayona gediblər. Ovdan əli dolu qayıdıblar. Babam sevinə-sevinə ovladığı quşu balkonda yerləşdirir. Nənəmi çağırıb ki, gəl bax, gör necə gözəl quş ovlamışam. Nənəm balkonda uzadılmış qeyri-adi gözəlliyə malik, uzunboğaz, ağappaq quşu görəndə halı pisləşir. Hönkür-hönkür başlayır ağlamağa ki, sən belə gözəlliyə necə qıydın? Babam özünü itirir, pərt olur, çox pis hala düşür. Məlum olur ki, babam qu quşu ovlayıbmış. Özü də bunu bilməyibmiş. Tez zəng edir ki, gəlin aparın quşu. Sonra uzun müddət nəzir-niyaz paylayır ki, günahı bağışlansın. Bununla da babamın ov sərgüzəştləri sona çatır. Ümumiyyətlə, babam çox həyatsevər, insansevər adam olub. Onun haqqında saatlarla danışmaq olar. Nədənsə, bu ov hadisəsi mənim hafizəmə daha möhkəm həkk olunub.

- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 2026 17:30
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 2026 17:24
- Prezident və birinci xanım Sürixə getdi (FOTO)
19 yanvar 2026 16:53
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 2026 17:58
- Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq
15 yanvar 2026 17:51
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 2026 12:52
- Prezidentin sədrliyi ilə müşavirə keçirildi (FOTO)
12 yanvar 2026 12:44
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 2026 11:56
- 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıqlara başlanıldı - FOTOLAR
10 yanvar 2026 13:30
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 2026 13:09
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 17:30
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 17:24
- Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama
19 yanvar 17:10
- Prezident və birinci xanım Sürixə getdi (FOTO)
19 yanvar 16:53
- Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi
19 yanvar 16:36
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 18:10
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 17:57
- Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq
15 yanvar 17:51
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 19:04
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 18:53
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 12:52
- Prezidentin sədrliyi ilə müşavirə keçirildi (FOTO)
12 yanvar 12:44
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 11:56
- İranda aksiyalarda ölənlərin sayı 500-ü keçdi
12 yanvar 11:18
- Seyran Səxavət: Yazıçı Anarın yerinə mən olsaydım, hamısını AYB-dən xaric edərdim
11 yanvar 22:42
- Kuba Prezidenti Trampa cavab verdi: Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır
11 yanvar 22:26
- Pezeşkian xalqı meydanlara çağırdı
11 yanvar 21:26
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 21:18
- Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
11 yanvar 15:15
- Ağdərədə mina partladı: Xəsarət alan var
11 yanvar 15:01
- Adnan Əhmədzadənin adı hallanan Grand-Martın 4 MİLYON VERGİ BORCU
11 yanvar 13:57
- Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür
11 yanvar 13:02
- İranda etirazçılara sərt xəbərdarlıq - Bu şəxslər EDAM olunacaq
11 yanvar 12:56
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 12:42
- İranın xarici işlər naziri ailəsi ilə birgə Livana qaçdı
11 yanvar 00:11
- İsrailin xarici işlər naziri Azərbaycana gələcək
11 yanvar 00:00
- Pezeşkiandan ŞOK ETİRAF: Ürək cərrahıyam, üç aylıq maaşım...
10 yanvar 22:39
- Tehranda 10 dövlət idarəsi, 24 yaşayış binası yandırıldı –Tehran meri
10 yanvar 21:38
- İranda generalının oğlu öldürüldü
10 yanvar 21:14
- 73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
10 yanvar 21:05
