Azərbaycanda Müstəqillik Günüdür

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.
“Qafqazinfo”nun məlumatına görə, müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.
Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq ediləndən sonra artıq ikinci dəfədir Azərbaycan Müstəqillik Gününü qeyd edir.
Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Dövlət başçısının Sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikamızda dövlət səviyyəsində geniş qeyd olunub.
- Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEOMÜSAHİBƏ
30 iyul 2025 23:08
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 2025 11:48
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 2025 10:56
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 2025 12:35
- Neçə nəfər ƏMƏKDAR və XALQ fəxri adları təqaüdü alır?
26 iyul 2025 11:46
- Azərbaycanda OTBİÇMƏ YARIŞI keçirildi ...))) - Fotolar
26 iyul 2025 09:50
- Ölkədə 15 manata satılan təhlükə - ALMAYIN!
25 iyul 2025 13:39
- Azərbaycanda problemli kreditlər sürətlə artır: Bir ayda 19 milyon manat...
25 iyul 2025 11:47
- Tanınmış iş adamı həbsdən buraxıldı
25 iyul 2025 10:04
- Azərbaycanda qarpız kəskin bahalaşacaq - Səbəb açıqlandı
24 iyul 2025 23:35
- Xıdırlıya növbəti köç karvanı yola salındı - FOTOLAR
31 iyul 08:23
- Britaniyada ilk dəfə qadın arxiyepiskop seçilib
31 iyul 02:25
- 6 dil bilir, Bakıda küçədə yaşayır - Ukraynalı Denisin hekayəsi - VİDEO
31 iyul 00:07
- Vəzir kötücəsinin Afrikada qətli – 7 il öncə bu gün VAQNER jurnalist Orxan Camalı öldürüb
30 iyul 23:18
- Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEOMÜSAHİBƏ
30 iyul 23:08
- katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
30 iyul 22:46
- ABŞ Rusiyadan bu adanı 15 MİLYARDA almaq istəyir : MƏQSƏD NƏDİR ?
30 iyul 22:39
- Narinin anasının həbsxanadakı son halı - tanınmaz halda - FOTO
30 iyul 22:05
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 12:53
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 12:42
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 11:32
- Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
28 iyul 10:43
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 10:23