Heydər Əliyevin qаrdаşı bаrədə....
Maraqlı22 mart 2025 19:03

Əziz oxucular! Ötən gün Ümummilli lider Heydər Əliyevə aid tarixi bir foto paylaşmışdım. Görkəmli dövlət xadiminin atası, anası, bacı və qardaşları olan ailə fotosunda sağda Heydər Əliyevin qardaşı, Xalq rəssamı Hüseyn Əliyevin də olduğunu qeyd etmişdim. Yəqin ki, xatırlayırsınız... Həmin paylaşımdan sonra izləyicilərdən onlarla müxtəlif məzmunlu şərh və mesaj aldım. Gələn mesajların və şərhlərin böyük əksəriyyəti bu qəbildən idi: "Heydər Əliyevin Hüseyn adlı qardaşı olmayıb", "Hüseyn Əliyev ola bilməz, yəqin ki, Həsən Əliyev olar", "Hüseyn Əliyev Heydər Əliyevin qardaşıdır?" Paylaşıma gələn onlarla bu cür reaksiyadan sonra, qərar verdim ki, Hüseyn Əliyev haqqında kiçik bir paylaşım edim, izləyicilərimizi (oxucularımızı) adını qeyd etdiyimiz şəxs haqqında məlumatlandırım.
Xalq rəssamı, görkəmli sənətkar Hüseyn Əlirza oğlu Əliyev Heydər Əliyevin ögey qardaşıdır. Yəni atası Əlirza kişinin Narıngül xanımdan olan oğludur. Yeri gəlmişkən qeyd edim ki, Əlirza kişi İzzət xanımdan öncə (Heydər Əliyevin anası) Narıngül xanımla ailə həyatı qurmuşdur. Bu nikahdan onun iki oğlu - Həsən Əliyev və Hüseyn Əliyev dünyaya gəlmişdir. Haqqında məlumat verdiyimiz şəxsiyyət isə Əliyevlər ailəsinin ikinci oğlu olan Xalq rəssamı Hüseyn Əliyevdir. O, 1911-ci il aprel ayının 22-də Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. Bakı Rəssamlıq Texnikumunu və Leninqrad Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən üçillik xüsusi kursu bitirmiş və gənc yaşlarından yaradıcılığa qədəm qoymuşdur. Hüseyn Əliyev ilk rəsm əsərini çəkəndə cəmi 12 yaşı vardı. Bu sənətin sirlərini daha da dərindən mənimsəmək üçün o, Bakıda rəssamlıq texnikumuna daxil oldu. Burada oxuduğu illərdə (1927-1932) cəmiyyətdəki mövcud xurafata, cəfəngiyata meydan oxuyan, xalq arasında kök salmış eybəcərlikləri qamçılayan “Molla Nəsrəddin” jurnalında müxtəlif karikaturaları və rəsm əsərləri çap edildi. Azərbaycan mətbuatının inkişafında mühüm mərhələ sayılan, satirik jurnalistikanın əsasını qoyan “Molla Nəsrəddin” məktəbi Hüseyn Əliyevin rəssam kimi formalaşmasında böyük rol oynadı. Təsadüfi deyildir ki, onun jurnalda dərc olunan karikaturaları oxucuları düşünməyə, nəticə çıxarmağa vadar edirdi.
...Hüseyn Əliyev 1935-ci il oktyabrın 4-dən "Kommunist" (sonralar "Xalq qəzeti") qəzetində əmək fəaliyyətinə başlamışdı. İkinci Dünya müharibəsi başlayanda könüllü cəbhəyə yollanmış və şərəfli döyüş yolu keçmişdir. O, müharibə illərində Daxili İşlər Nazirliyinin tabeliyindəki 48 saylı bədii təşviqat polkunda rəssam işləmiş, musiqiçilər bölməsinin üzvləri ilə birlikdə dəfələrlə ön cəbhədə olmuşdur. Hüseyn Əliyev bu müddət ərzində neçə-neçə qəhrəman döyüşçünün portretini yaratmış, müharibə mövzusunda plakatlar hazırlamış və qəsbkarlıq məqsədi güdən hitlerçilərin karikaturasını çəkmişdir. Böyük Vətən müharibəsində iştirak edən rəssam “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” medalları və “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur. Hüseyn müəllim 1944-cü ilin avqust ayında qəzetin redaktoru Əli Vəliyevin (Xalq yazıçısı Əli Vəliyev - M.R) SSRİ Müdafiə Nazirliyinə göndərdiyi tələbnamə əsasında yenidən redaksiyaya qayıtmış və təqaüdə çıxana kimi burada əmək fəaliyyətini davam etdirmişdir.
Səmərəli fəaliyyətinə görə Hüseyn Əliyev 1976-cı ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı, 1982-ci ildə isə Azərbaycan SSR Xalq rəssamı fəxri adına layiq görülmüşdür. Bununla yanaşı, o, üç dəfə Azərbaycan Ali Sovetinin, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanını almışdır.
Nəzərinizə çatdırım ki, Hüseyn Əliyev Azərbaycanda təsviri sənətin görkəmli nümayəndələrindən biri olaraq, həm də jurnalist kimi fəaliyyət göstərmişdir. Yeri gəlmişkən qeyd edək ki, 1922-ci ildən başlayaraq görkəmli sənət ustası Əzim Əzimzadə "Kommunist"in baş rəssamı olmuşdur. 1935-ci il oktyabrın 4-dən isə onu gənc və istedadlı rəssam Hüseyn Əliyev əvəz etmişdir. Hüseyn Əliyev yarım əsrdən çox "Xalq qəzeti"nin bədii tərtibat şöbəsinin müdiri işləmişdir. Bu müddət ərzində o, rəsm əsərləri ilə yanaşı, müxtəlif mövzuda məqalələr də qələmə almışdır.
Sadə ömür yaşayan, tərifdən, diqqətdən uzaqda fəaliyyət göstərməyi sevən Hüseyn Əliyevin sənət əsərləri - təbiət mənzərələri, portretlər, karikaturalar, müxtəlif mövzulara həsr etdiyi süjetlər bu gün də xalq tərəfindən sevilir və seçilir. Xalq rəssamı Tahir Salahov öz xatirələrində yazır: “Qəlbimdə Xalq Rəssamı Hüseyn Əliyevin işıqlı, cazibəli xatirəsi yaşayır. O, Azərbaycan rəssamlıq ənənəsini Bəhruz Kəngərli və Əzim Əzimzadədən alıb davam etdirmişdir. Biz nəsil rəssamlar incəsənətə xeyli sonralar gəlmişik. Həmişə bu qocaman ağsaqqalımıza minnətdarlıqla yanaşır, onun yaradıcılığını və mədəniyyətə gətirdiyi yeni nəfəsi yüksək qiymətləndiririk. O, rənglərlə işləməyin ustası idi. Xüsusilə də məzmunun mənasını açmağa kömək edən atribut və rəmzləri öz əsərlərində məharətlə tətbiq edirdi. Onun rənglərində musiqinin ritmi və ahəngi duyulurdu. Bu canlılıq hər rəssama xas olmur”.
Görkəmli Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev ömrünün sonuna kimi yaradıcılıqla məşğul olmuşdur. O, 1991-ci ildə mayın 25-də, 80 yaşında Bakı şəhərində vəfat etmişdir.
Məcid Rəşаdətoğlu
Oxşar xəbərlər
- Elçibəyin əkiz nəvələri oldu
27 mart 2025 22:18
- Prezident və Birinci xanımın Sarıcalıdan YENİ GÖRÜNTÜLƏRİ
27 mart 2025 20:55
- Baş prokurorun səlahiyyət müddəti bitir - Milli Məclis təqdimata baxacaq
26 mart 2025 15:25
- Prezidentə təbriklər gəlir
25 mart 2025 11:22
- Prezident tapşırdı - Qırğızıstana 10 KamAZ göndərildi
22 mart 2025 11:21
- Uzunömürlü SABİQLƏR
21 mart 2025 19:47
- Prezidentlə xanımı Ağdərədə yol açılışı etdi - Yenilənib
18 mart 2025 14:07
- İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılır
16 mart 2025 22:14
- Heydər Əliyevin 1996-cı ildə verdiyi müsahibə yayımlandı - Sirli və sensasion açıqlamalar - VİDEO
16 mart 2025 12:20
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 2025 12:26
Xəbər lenti
- Evi vətəndaşın başına uçuran -Melissa- görün kimin imiş - DETALLAR
28 mart 00:27
- Heç vaxt qorxmamışam - Zelenski
28 mart 00:16
- Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
27 mart 23:47
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 23:40
- Prezident Ağdam səfərindən paylaşım etdi
27 mart 23:25
- Qrenlandiya bizə lazımdır
27 mart 23:12
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 22:50
- Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR
27 mart 22:38
- Elçibəyin əkiz nəvələri oldu
27 mart 22:18
- Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək
27 mart 22:09
- Mirvari Qəhrəmanlı prokurorluğa çağırıldı
27 mart 21:44
- Moldovada saxlanılan qaqauz başkan Qutsul Putinə dəstək üçün müraciət etdi
27 mart 21:25
- Bu ailələr hər ay 315 azn VERİLƏCƏK
27 mart 21:12
- Prezident və Birinci xanımın Sarıcalıdan YENİ GÖRÜNTÜLƏRİ
27 mart 20:55
- Millimiz 10 : 2 hesabı ilə uduzdu
26 mart 22:53
- Futbolçularımız bozbaş yeməyə öyrəşiblər deyə .... – Aqil Abbas
26 mart 22:24
- Eks- deputаt Hacı Qalib 55-ci dəfə Həccə getdi
26 mart 21:42
- Paşinyan üç eks-prezidentə dedi: - Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam
26 mart 21:08
- Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasını müzakirə etməyə hazırdır
26 mart 17:33
- Pezeşkian Urmiya gölünə getdi
26 mart 17:24
- Tramp Ərdoğanı tərifləyib....
26 mart 16:53
- Azərbaycanlı məşhur müğənni Rusiyada saxlanıldı
26 mart 16:31
- 42 yaşlı qadın dəm qazından öldü
26 mart 16:22
- -Sumqayıt Nəqliyyat-a yeni direktor təyin edilib
26 mart 15:57
- -Əl uzadıb görüşmək- adətinin kökü, yəni Silahsız olduğunu göstərmək...
26 mart 15:39
- Baş prokurorun səlahiyyət müddəti bitir - Milli Məclis təqdimata baxacaq
26 mart 15:25
- Yararsız və bahalı: Ən pis diş pastaları BƏLLİ OLDU- ONLARI ENDİRİMLƏ DƏ ALMAYIN
26 mart 15:14
- -Hər şey gözəl olacaq- şüarının müəllifi həbs edildi – Məşhurlardan etiraz
26 mart 14:56
- 24 yaşlı oğlan həmin 13 yaşlı ilə bir evdə yaşayır – Kəmalə Ağazadə
26 mart 14:39
- SON DƏQİQƏ! Ərdoğandan müxalifətə SƏRT MESAJLAR
26 mart 14:15
Video & Fotoqalereya
Video
Fotoqalereya