Çar Romanovun xələfi ola bilməyən kommunist Romanov – o, -mülayim Qorbaçov-a uduzmasaydı...

Fransanın 20-ci prezidenti Valeri Jiskar d'Esten (1974-1981) SSRİ rəhbəri Leonid Brejnevin siyasi xələfi olaraq Qriqori Romanovun adını çəkib. Bunu ona Polşa kommunistlərinin lideri Edvard Gerek deyib.
Onun Fransa prezidentinə dedikləri aşağıdakı kimi olub: “Brejnev hələ kifayət qədər sağlam olsa da, o, artıq özünə əvəz axtarmağa başlayıb və bu tamamilə təbiidir. Düşünürəm ki, onun kimi hədəfə aldığını bilmək sizin üçün faydalı olacaq. Təbii ki, bu, bizim aramızda qalmalıdır. Söhbət Qriqori Romanovdan gedir... O, hələ gəncdir, lakin Brejnev hesab edir ki, Romanovun təcrübə toplamaq üçün vaxtı olacaq və o, bacarıqlı insandır”.
Hələ 1972-ci ildə İtaliyanın baş naziri Culio Andreotti Moskvaya səfər edəndə onu qəbul edən hökumət başçısı Aleksey Kosıgin italiyalı qonağa deyib: “Unutmayın ki, SSRİ-nin gələcək siyasi həyatında əsas fiqur Romanov olacaq”.
Ancaq necə deyərlər, sən saydığını say, gör, fələk nə sayır.
Zamanın gərdişi Jiskar d`Esteni də, Gereki də, Kosıgini də, elə Romanovun özünü də aldanmış vəziyyətdə qoyub.
Bu necə baş verib? Uzun söhbətdir. Öncə qısaca Romanovun bioqrafiyasına baxaq.
Qriqori Vasilyeviç Romanov 7 fevral 1923 -cü ildə Novqodordda sadə ailədə doğulub. Onun Romanovlar sülaləsinə aiddiyyatı yoxdur. Hərçənd onların taxt-tacına yiyələnə, qırmızı rus imperiyasının başına keçə bilərmiş.
O, 1938-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib, gəmiqayırma texnikumuna daxil olub. 1941-45-müharibəsində iştirak edib, rabitəçi olub. Müharibədən sonra SSRİ Gəmiqayırma Sənayesi Nazirliyinin Jdanov adına zavodunda işləyib. 1953-cü ildə qiyabi olaraq Leninqrad Gəmiqayırma İnstitutunu bitirb, mühəndis ixtisası alıb. 1954-1957-ci illərdə həmin zavodda partkom olub. Sonra Leninqradın Kirov rayon komitəsinin katibi, birinci katibi, Leninqrad şəhər komitəsinin katibi, vilayət komitəsinin ikinci katibi, 1970-ci il sentyabrın 16-dan 1983-cü il iyunun 21-dək Sov.İKP Leninqrad vilayət komitəsinin birinci katibi olub. Siyasi Büroya seçildikdən sonra o, dövlət rəhbəri postuna əsas namizədlərdən birinə çevrilib.
Romanov işlədiyi vəzifələrdə prinsipiallığı, təşkilatçılığı, işgüzarlığı ilə seçilib. Onun Leninqrada rəhbərlik etdiyi dövrdə şəhərdə 20 metrostansiya açılıb.
Brejnevin ölümündən sonra onu Moskvaya aparıblar və Mərkəzi Komitənin katiblərindən biri təyin ediblər. MK-nın rəhbərliyində Romanov SSRİ-nin hərbi sənaye kompleksi ilə bağlı məsələlərə nəzarət edib, onun rəqibi Mixail Qorbaçov isə kənd təsərrüfatına cavabdeh olub.
Andropov özündən sonra MK-nın baş katibi postuna Romanovun təyin edilməsini nəzərdə tuturmuş. Ancaq o, öləndə Siyasi Büronun ən nüfuzlu üzvü, xarici işlər naziri Andrey Qromıkonun səyi sayəsində baş katib vəzifəsinə ağır xəstə Konstantin Çernenko seçilib. Çernenkonun dövründə gizli əleyhdarları Romanovu gözdən salmaq üçün xarici mətbuatda belə bir məqalə dərc etdiriblər ki, guya Romanov qızına dəbdəbəli toy təşkil edib və qonaqlara yeməyi çariça Yekaterinanın dövründən qalmış, Ermitajda saxlanılan qab-qacaqdan istifadə edib, hətta boşqabların bir hissəsi sınıb. Georgi Poçeptsov qeyd edir ki, bu şayiə və ona əsaslanan məqalə DTK-nın təhriki ilə yayılıb və məqsəd Romanovu “vurmaq”, Qorbaçovu önə çıxarmaq olub.
Belə anlaşılır ki, bu fəaliyyət həlledici nəticə verib. Çünki Çernenko öləndə Siyasi Büro yenə Qromıkonun səyi ilə Qorbaçovu əvvəlcə dəfn komissiyasının sədri, sonra isə baş katib seçib. Birinci seçki zamanı Romanov Litvanın Palanqa şəhərində məzuniyyətdə olub. Çernenkonun ölümü haqqında ona 10 saat gec xəbər veriblər. Klaypedadan Moskvaya uça bilməyən Romanov Vilnüsə gedib. O, yalnız ertəsi gün Moskvaya gələndə görüb ki, iş işdən keçib, baş katibliyə digər namizəd olan Şerbitskinin ABŞ-də olmasından istifadə edən Qorbaçov hər şeyi düzüb-qoşub, Siyasi Büronun əksər üzvlərini öz tərəfinə çəkib.
Sonralar Romanov Amerika mediasına verdiyi müsahibədə bu seçkiyə toxunaraq deyib: "Heç kim Qorbaçovu ciddi hesab etmirdi, amma biz Moskvaya gələndə o, artıq bizi gözləmədən, Siyasi Büroda mövcud olan qaydaların tələbinə baxmayaraq, hər şeyi etmişdi. O, onların hamısı ilə gizli şəkildə sövdələşmişdi”.
Romanovun Qorbaçova uduzmasının səbəblərindən danışarkən güman ki, bunun əsas səbəbini onların xasiyyətlərində axtarmaq lazımdır. Romanov prinqipial partiyaçı olub, prinsipcə, Andropov kimi işləyəcək, Siyasi Büro üzvlərinin, nazirlərin, MK katiblərinin bir çoxu ilə tezlikıə vidalaşacaqdı. Qorbaçov isə yumşaq təbiətli, qılıqlı, sövdələşməyi bacaran adam olduğundan çoxları onunla ümumi dil tapmağın daha asan olduğunu düşünüb. Ona görə də Kremlin baş avtoriteti, Stalinin kadrı, vaxtilə Ruzveltlə, Çörçillə, Şarl de Qolla və 20-ci əsrin digər nəhəng siyasi xadimləri ilə işləmiş Qromıkonun Qorbaçova xeyir-dua verməsi “şahlıq quşunu” Mixail Sergeyeviçin xallı başına qondurub.
O isə hakimiyyətə gələndən üç ay sora Romanovu 62 yaşında “sağlamlığına görə” təqaüdə göndərib. “Səhhətində problem olan” Romanov ondan sonra 23 il yaşayıb və 2008-ci ildə, 86 yaşında vəfat edib.
Onu köhnə yoldaşlarından yalnız Rusiya prezidenti Boris Yeltsin unutmayıb. Yeltsinin əmri ilə Romanovun təqaüdünə əlavələr edilib.
Qromıko hakimiyyətin Qorbaçova ötürülməsini təşkil etdiyinə görə tezliklə peşman olub. Ancaq artıq gec idi.
SSRİ-nin dağılmasının əsas günahkarı kimi Qorbaçovun adı çəkilsə də, obyektiv tarixçilər qeyd edirlər ki, bu prosesin qarşısını Qriqori Romanov da ala bilməyəcəkdi. Ancaq hamı bir fikirdə yekdildir ki, Romanov SSRİ-nin dağılması prosesini ləngidə bilərdi. Necə? Əlbəttə ki, repressiya və qırğınlar yolu ilə.
Bizim ölkə onsuz da “mülayim Qorbaçov”dan çəkdiyini çəkdi, görün, iş başında “sərt Romanov” olsa, nə olardı. Çünki ermənilər onsuz da gec-tez Qarabağ uğrunda hərəkata başlayacaq, bizi də münaqişəyə çəkəcək, işə salacaq, Kremllə üz-göz edəcəkdilər.
Araz Altaylı, Musavat.com
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Rusiyanın daha bir jurnalisti müharibədə öldü
26 mart 2025 12:31
- TƏCİLİ! Ukrayna Rusiyanın bu ərazisini ƏLƏ KEÇİRDİ
24 mart 2025 00:31
- Qorbаçovun hаkimiyyətə GƏLMƏSİNDƏ və SSRİ-nin DAĞILMASINDA Rokfeller KLANININ ROLU
23 mart 2025 20:25
- Heydər Əliyevin qаrdаşı bаrədə....
22 mart 2025 19:04
- Qorxu və qisas
20 mart 2025 23:45
- Yoldaş Stalin, bu möcüzənin səbəbi sizsiniz... - O, Rəsulzadəni ölümdən niyə xilas etmişdi?
17 mart 2025 00:01
- Əmisi oğlu ilə -parnik- salan nazirin pulu batdı – QALMAQAL
16 mart 2025 12:52
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
- Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq – Netanyahu
30 mart 22:22
- Gecə yatmazdan əvvəl qatıq YEYİN - FAYDALARI
30 mart 21:47
- Ermənistanda seçkilər: Namizəd OĞURLANDI
30 mart 21:36
- Zelenski seçkiyə hazırlaşır - Tarix MƏLUM OLDU
30 mart 21:03
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 18:36
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 17:25
- Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir - Yaşar Gülər
30 mart 17:18
- Məkkədə 4 MİLYONdan çox müsəlman bayram namazı qıldı
30 mart 17:06
- Ermənistandan növbəti TƏXRİBAT
30 mart 16:53
- Şeyxə görə məni niyə narahat edirsiz? - Paşazadədən sərt açıqlama
30 mart 16:32
- NАR-ın dəstəyi ilə -Breyn Rinq-in yeni mövsümü başlayır
30 mart 16:24
- Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik etdi
30 mart 16:06
- Əhməd əl-Şaraanın təyin etdiyi qadın nazirlə bağlı ŞOK FAKTLAR - FOTO
30 mart 15:53
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 14:32
- Başladığımız işləri davam etdiririk – Ərdoğan
30 mart 14:04
- Dəhşətli zəlzələdə ölənlərin sayı 1700-ü keçdi - minlərlə yaralı var
30 mart 12:50
- SON DƏQİQƏ! Polis Biləsuvarda əməliyyat keçirdi: saxlanılanlar var FOTO
30 mart 12:34
- Allahşükür Paşazadənin səhhətində problem yaranıb
30 mart 12:03
- Suriyada yeni hökumət açıqlandı - İlk və tək qadın nazir odur
30 mart 11:26