Professor Nizaməddin Şəmsizadə vəfat edib.
NUH.аz teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb.
Xatırladaq ki, Nizaməddin Şəmsizadə xəstəxanada süni tənəffüs aparatına qoşulu vəziyyətdə idi.
Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. O, 10-dan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.