Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir

Vahid Əhmədov: “Terrorçuların qısa zamanda zərərsizləşdirilməsi xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb. Nəticədə, beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan terror şəbəkəsi zərərsizləşdirilib, onların Qusar meşələrindəki yeraltı sığınacaqları, silah-sursat anbarları de-şifrə edilib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən sabiq millət vəkili Vahid Əhmədov, baş verənləri dövlətçiliyimizin və təhlükəsizliyimizin qorunması baxımından mühüm hadisə kimi dəyərləndirib:
“Qusarda beynəlxalq terror təşkilatları ilə əlaqəli olan dini-ekstremist qruplaşmanın müəyyən edilərək zərərsizləşdirilməsi Azərbaycan dövləti adına böyük uğur, böyük müvəffəqiyyətdir.
Hər şeydən öncə qeyd edək ki, baş verənlər Azərbaycan və Qafqaz uğrunda qlobal güclərin apardığı amansız mübarizənin təzahürüdür. Bu fakt bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni status-kvonu dəyişməkdə, Azərbaycanın sürətli yüksəlişinin qarşısını almaqda maraqlı olan beynəlxalq güclər var. Onlar müxtəlif terror təşkilatlarının vasitəsi ilə Azərbaycanda daxili vəziyyəti gərginləşdirmək, cəmiyyətdə xof yaratmaq, bununla da öz məqsədlərinə çatmaq, öz istəklərini diktə etmək istəyirlər. Qusarda zərərsizləşdirilən dini-ekstremist qruplaşmanın beynəlxalq terror təşkilatları ilə əlaqəsi də bundan xəbər verir.
Terror şəbəkəsinin DTX və DİN tərəfindən müəyyən edilərək çevik şəkildə zərərsizləşdirilməsi dövlətimizin ayıq-sayıqlığının, əlaqədar dölvlət qurumlarının peşəkarılğından göstəricisidir. Bu fakt bir daha sübut edir ki, Azərbaycanın xüsusi xidmət orqanları öz vəzifəsinin öhdəsindən layiqincə gəlir və təhlükəsizliklə bağlı hər cür təhdidi vaxtında ortadan qaldırmağı bacarır. Biz buna görə DTX əməkdşalarına təşəkkür edir, minnətdarlığımızı bildiririk.
Bununla yanaşı, bu fakt bir daha sübut edir ki, dövlətçiliyimizin keşiyində kimliyindən, sosioal statusundan asılı olmayaraq, hər bir vətəndaş ayıq-sayıq dayanmalı, terror təşkilatlarına, dini-ekstremist qruplaşmalara qarşı mübarizədə güc orqanlarımıza dəstək verməlidir. Yalnız vətəndaşlarla dövlətin birliyi, birgə fəaliyyəti bizi bu cür böyük təhlükələrdən sığortalaya, dövlətçiliyimizin və suverenliyimizin qorunmasına töhfə verə bilər.
Biz daha güclü Azərbaycan üçün dövlət başçısınn ətrafında sıx birləşməkdə davam etməli, düşmənlərimizə qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməliyik. Bunun xaricində bizi zəfərə, tərəqqiyə, uğura aparan başqa yol yoxdur”.
- Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək – MI6 tarixində İLK DƏFƏ
16 iyun 2025 09:26
- 3 km dərinlikdə 78 MİLYARD dollar dəyərində nəhəng qızıl yatağı tapıldı
15 iyun 2025 14:53
- Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA
15 iyun 2025 11:23
- İsrailin hücumu nəticəsində İranın 6 NÜVƏ ALİMİ ÖLDÜ
13 iyun 2025 10:24
- TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı
11 iyun 2025 22:06
- Ölkələrin TAKSİ QİYMƏTLƏRİ - Azərbaycan dünyada neçəncidir?
11 iyun 2025 14:42
- Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə Xankəndidə şəhid övladları üçün -Zəfər Sədası- intellektual düşərgəsi keçirilib
10 iyun 2025 12:32
- Türkiyənin siyasi və tarixi mövzulu serialları insanlara başdan-başa konspirologiya aşılayır...MÜSAHİBƏ
10 iyun 2025 01:07
- Xəzərin səviyyəsi 18 metr enəcək: Fırtınalar olacaq - Dəhşətli proqnoz
9 iyun 2025 23:36
- 3 aydır itkin düşən məktəbli qızın meyiti tapıldı
9 iyun 2025 13:31
- İran İsrailin hərbi hava bazasını vurdu
17 iyun 02:07
- Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib
17 iyun 00:59
- Özbəkistanda cinsini dəyişdirənlər adlarını da dəyişə biləcəklər
17 iyun 00:10
- 1897-ci il: Rusiyanın ikinci ən böyük xalqı türklər…
16 iyun 11:09
- Pənah Hüseyn partiya sədrliyindən getdi
16 iyun 10:44
- Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək – MI6 tarixində İLK DƏFƏ
16 iyun 09:26
- İranlılar Türkiyə sərhədinə axışır – kütləvi köç təhlükəsi
16 iyun 09:10
- Bağırsaq sağlamlığını yaxşılaşdırmaq üçün bir nömrəli OT
16 iyun 00:20
- Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi
15 iyun 23:31
- İsraildən 200 qırıcı havaya qalxdı – İranı dəhşət gözləyir
15 iyun 23:13
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 20:02
- Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi
15 iyun 17:35
- Şərurlu İsfəndiyardan gündəm olacaq AÇIQLAMA - VİDEO
15 iyun 15:13
- 3 km dərinlikdə 78 MİLYARD dollar dəyərində nəhəng qızıl yatağı tapıldı
15 iyun 14:53
- Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi... (VİDEO)
15 iyun 13:51
- Skuterlə aktrisanı vuran şəxs saxlanıldı - VİDEO
15 iyun 12:36
- Xaricdə işləmək istəyənlərin nəzərinə
15 iyun 11:40
- Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA
15 iyun 11:23
- Güləşçimiz erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
15 iyun 09:16
- İsrail Xameneini də vuracaq - rəsmən elan edildi
15 iyun 08:43
- Yerin fırlanması yavaşlayır... gələcəkdə 1 sutka 25 saat olacaq
15 iyun 08:27
- Daha bir general öldürüldü
15 iyun 02:34
- Xumar -Vəhşi kimi- oxudu... - Video
15 iyun 02:17
- İsrail Tehranı bombalamağa başladı
15 iyun 01:55
- İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15 iyun 01:50
- Cəmi 20 qəpiyə damarlarınızı təmizləyin-MÖCÜZƏ SU
15 iyun 00:38
- Stalindən geri qalmayan Xruşov - repressiya yarışında o da minlərlə insanı məhv edib
15 iyun 00:18
- VƏHDƏT Partiyasının növbədənkənar VI Qurultayı keçirildi – Yeni SƏDR seçildi
14 iyun 23:04
- İran İsrailin daha bir F-35 qırıcısını vurdu - PILOT ...
14 iyun 22:43
- Həkim sevgilisini videoları ilə şantaj edən DEPUTATLIĞA NAMİZƏDƏ HÖKM oxundu
14 iyun 13:13