Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli

“Anarın istedadı bitib. “Beşmərtəbəli ev”i yazandan”
Əkrəm Əylisli AYB sədri Anarın onu yalançı adlandırmasına, “Tənha çinarın nağılı” əsərinin uydurma olması barədə fikirlərinə münasibət bildirib.
“Bu adam Azərbaycan ədəbiyyatında onlarla istedadlı adamın məhvinə səbəb olub. Bunu bilərəkdən, ya bilməyərəkdən edib, deyə bilmərəm, amma faktdır. Onun bu cəhətindən xoşum gəlmir. Biz əvvəllər ədəbiyyata bir yerdə xidmət etmişik. Mən “Azərbaycan”, o isə “Qobustan” jurnalında. Keçmiş Azərbaycan Yazıçılar İttifaqında vəzifəni əlinə keçirəndən sonra elə sifətlər göstərdi ki, mənim üçün hədsiz dərəcədə gözlənilməz idi”.
Anarın apa-ya müsahibəsində Ə.Əylisinin Yazıçılar Birliyindən istefa ilə əlaqədar yazdığı ərizənin fərqli təqdim edildiyini bildirməsi də cavabsız qalmayıb:
“İstefa ərizəmi başqa cür yazmışamsa, Anarda nüsxəsi qalırsa, göstəsin ki, nə yazmışam. “Ərizə məndə qalır” deməklə olmur, elə sözlər yazmamışamsa, ortaya çıxarsın, hansı məzmunda yazdığımı desin. Kədərli, ağır sözdür, amma bu yaşda bir-birimizə belə şeylər deməyə məcbur oluruq. Bu adam Azərbaycan ədəbiyyatında müsbət rol oynamayıb. AYB-ni ələ keçirib və ədəbiyyatda konservativ, çox çirkin bir mühit yaradıb. Mən də bunu belə görmüşəm, belə demişəm. Ayrı cür görsəydim, qəsdən belə desəydim... Bilmirəm, “Tənha çinarın nağılı”nda başqa nəyi yalan demişəm? Heç nəyi yalan deməmişəm”.
O, Yazıçılar İttifaqının katibi vəzifəsi ilə bağlı təklifi geri çevirdiyi vaxt Anarın kövrəldiyini də inkar etməsinə münasibət bildirib:
“And olsun bizi yaradana! O adamın gözləri yaşardı. Məni də təəccübləndirən elə bu oldu. O, hər şeyi kefi istəyən vaxt, istədiyi kimi yalan danışır. Məsələ burasındadır, elementar həqiqətləri, təəssüf ki, bizim dövrdə heç kim demək istəmir. Mən elə də böyük həqiqətləri deməmişəm, Yazıçılar Birliyində yaranmış vəziyyət barədə çox elementar, sadə həqiqətləri demişəm. Əgər bu adam həmin həqiqətləri qəbul etmirsə... Məlum məsələdir ki, qəbul etmir. Fakt budur ki, bu vəzifəyə Anarı şəxsən o vaxtkı Mərkəzi Komitənin birinci katibi Bağırov qoydu, o da yapışdı İttifaqdan, əl çəkmədi. Yanındakı Çingiz Abdullayevi də Yazıçılar İttifaqına Mütəllibov göndərmişdi. İndi, bəlkə, bunu da danar ki, mən etiraz etdim, birbaşa yuxarıdan adamı katib göndərmirlər...
Heç İttifaqın üzvü deyildi, o vaxtdan Mütəllibovun göndərdiyi kadrdır, oturub... Anarın İttifaqda yaratdığı yenilik nədən ibarətdir? Anar İttifaqda heç nə etməyib. Əksinə, elə bir mühit yaradıb ki, yeni talantlar yetişməsin. Məncə, Anar özünü talantı bitmiş adam hesab edir. Onun istedadı bitib. Bilirsiniz nə vaxt? “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni yazanda. Azərbaycanda sevimli əsərdir, halbuki çox bayağı, naqis, çürük, mənasız yazıdır. Bununla camaatın zövqünü korlamağı lazım bilirsə, qoy bundan sonra da nə qədər istəyir, korlasın. Mənim üçün şərtdir ki, bütün sənət növləri insanların zövqünü, ruhunu saflaşdırsın, şüurunu aydınlatsın. Anar əksini edirsə, mən də bunu belə görürəmsə, niyə deməməliyəm?”
Ə.Əylisli “Daş yuxular” əsərinə görə tənqid olunduğu vaxt Anarın onun haqqında müsbət yazı dərc etməsi barədə açıqlamasını da qəbul etməyib: “Bu da bir nağıldır. “Daş yuxular” yeni hay-küyə düşəndə, insanlar əsərin əleyhinə qalxanda Anar həmin dövrdə bir bəyanat yaydı. Azərbaycan Yazıçılar Birliyinin katibi adından yazılmış bəyanat! O bəyanatı oxuyan hər kəs - kor da olsa, görər ki, bu adam illər boyu içində mənə qarşı nə qədər kin-küdurət yığıb.
Gördü ki, məni öldürə bilmədi, buna görə də “Azərbaycan” jurnalında məqalə dərc etdi. Öldürmək istədi, ya öldürdü - bunun mənim üçün fərqi yoxdur. Mənim üçün “öldürmək istədi” elə öldürmək deməkdir. O bəyənatda deyilənlər 1937-ci il hadisələrində Məmməd Rahimin Müşfiq haqqında yazdığı böhtanlardan da artıqdır. Anar da həmin böhtanları mənə qarşı yazıb. Zaman dəyişməli, yeni mərhələli mövsüm, mənəvi həyat yaranmalı idi. O yaranmadı deyə Anar kimilər hakimiyyəti yenidən əllərində saxladılar köhnəni, atalarının həyatının məzmununu yaşatmaq üçün. “Lenin” poemasının müəllifi (Rəsul Rza – red.) Azərbaycanın uşaq ədəbiyyatında böyük fiqurlardan biri hesab olunur. Belə olmamalı idi.
“Beş mərtəbəli evin altıncı mrətəbəsi”ni o vaxt Rusiyada heç bir nəşriyyat götürmədi. Azərbaycan ədəbiyyatına kömək etməyə çalışan “Molodaya qvardiya” nəşriyyatının ədəbiyyat şöbəsinin müdiri mənə bildirdi ki, “Anara deyə bilərsənmi, bundan sonra yazmasın, bizə bulvar əsər göndərib”.
O, “Tənha çinarın nağılı”nı oxuyanda xəcalət çəkməli idi ki, Yazıçılar İttifaqının üzvləri ətrafında o qədər düşük söhbətlər gedib. Biz dünyada yaşayırıq, təkcə Azərbaycanda yox. Belə bir psixoloji vəziyyət yaranıb - bir qrup adam hökumətin rəğbətindən o qədər arxayınlaşıb ki, elə bilirlər, hər şey, hətta gələcək də - ədəbiyyatın, millətin gələcəyi bunların əlindədir”.
- Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR
11 aprel 2025 11:39
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
7 aprel 2025 12:06
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 2025 01:31
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- İmamoğluya görə 2,2 MİLYONLUQ mitinq - Fotolar
29 mart 2025 21:52
- Boykot tarixi: 19-cu əsrdən bu günə qədər gələn müqavimət hekayəsi
28 mart 2025 14:57
- -Hər şey gözəl olacaq- şüarının müəllifi həbs edildi – Məşhurlardan etiraz
26 mart 2025 14:56
- SON DƏQİQƏ! Ərdoğandan müxalifətə SƏRT MESAJLAR
26 mart 2025 14:15
- Ermənistan Aİ-yə üzvlük prosesinin başlanmasını rəsmiləşdirdi
26 mart 2025 12:50
- CHP İmamoğlunun yerinə onu seçdi: Nuri Aslan kimdir?
26 mart 2025 11:55
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35