Həmrəylik milli varlığımızın əsas şərtidir - Millət vəkili Cavanşir Feyziyev
31 dekabr dünyanın müxtəlif coğrafiyalarında yaşayan milyonlarla azərbaycanlını bir araya gətirən, onların ortaq mədəni və mənəvi bağlarını gücləndirən, həmrəy edən mühüm bir gündür. Həmrəylik gününün təsis olunması xalqımızın öz varlığını dünya miqyasında bütöv tamlıq şəklində hiss etmək və etdirmək cəhdlərindən biri idi.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü 1989-cu ildə Naxçıvanda baş verən mühüm bir hadisədən qaynaqlanır. Həmin ilin dekabrında Azərbaycanın Güneyi ilə Quzeyi arasındakı sərhəd dirəkləri xalqın kütləvi iştirakı ilə söküldü. Bu hadisə Arazın hər iki tayında bütövlük həsrəti çəkən, Xudafərinlə qovuşan qan qardaşlarının, soydaşlarının milli mənsubiyyətlərini və ortaq mədəni irsini qorumaq üçün bir araya gəlmələrinin başlanğıcı idi. O zaman baş verənlər yalnız fiziki cəhətdən deyil, həm də mental və mədəni cəhətdən sərhədləri aşaraq, tarixin hökmü ilə ikiyə bölünmüş azərbaycanlıları bir araya gətirdi. Azərbaycanlıların bu addımı, milli həmrəyliyin gücləndirilməsi və milli mədəniyyətin qorunması naminə atılan mühüm başlanğıc oldu.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında Azərbaycan xalqının həmrəylik ruhunu möhkəmləndirmək məqsədilə 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Həmin vaxtdan etibarən bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi bayram edilir.
Hər ilimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə başa çatır. İlin son günü – 31 dekabr bu böyük dünyanın harasında olmağımızdan asılı olmayaraq nəzərlərimizin Vətənə – doğma Azərbaycana yönəldiyi Milli Həmrəylik günüdür.
Həmrəylik – insanların əsrlər boyu arzuladığı, həyat haqqında düşüncələrində yaşatdığı və daim ona doğru can atdıqları elə bir ictimai şüur səviyyəsidir ki, ona nail olan xalqlar xoşbəxt və firavan yaşamaq arzularına qovuşurlar. Həmrəylik bütün uğurların açarıdır. Qələbəyə, xoşbəxtliyə, firavanlığa, səadətə və nəhayət, qlobal harmoniyaya açılan qapılar məhz insanlararası həmrəyliyə əsaslanır. Həmrəylik yalnız sağlam düşüncə, ədalətli məqsəd və saf niyyət əsasında doğulur. Saxta ideallar, qərəzli məqsədlər və bəd niyyətlər üzərində həmrəyliyə nail olmaq mümkün deyil. Bunu dərk etmək üçün haradan gəlib hara yetişdiyimizə baxmaq kifayətdir. 70 il bizə “həmrəylik” təlqin edən sovet ideologiyası yüz milyonlarla insanı “həmrəng” edə bildi, amma həmrəy edə bilmədi. Azadlığımızı qazandıq, müstəqilliyimizi bərpa etdik, amma həmrəyliyimizin olmaması səbəbindən torpaqlarımızı itirdik. Həmrəyliyimizi tapanadək nə azadlığımıza, nə də torpaqlarımıza sahib çıxa bildik. Nəhayət, şüurumuzun dərinliklərində yuva salmış “el bir olsa….” həqiqətini dərk etdik. El bir oldu – həmrəy olduq. Xalq birləşərək “Ya ölüm, ya Qarabağ” dedi. Dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız “Vətən” dedi, hamı Azərbaycan amalı ətrafında səfərbər oldu. Xalqın həmrəyliyindən doğan vahid yenilməz güc bir “Dəmir Yumruq”da birləşib düşmənin başına endirildi. Azadlığımıza və müstəqilliyimizə qovuşduq. 1993-cü ildən başlayaraq taleyimizdə yaşanan dönüş də, bu günə qədər davam edən yüksəliş də və nəhayət, bizi xoşbəxt xalqa çevirən Vətən müharibəmizdəki qələbəmiz də məhz Milli Həmrəyliyimizin sayəsində mümkün oldu. Bu Həmrəyliyi yaşatmaq, onu daha da gücləndirmək, şüurumuzda və əməllərimizdə gələcəyə daşımaq Azərbaycanın daimi müstəqilliyini və xalqımızın daimi xoşbəxliyini təmin etməyin zəmanətidir. Bu Həmrəylik gələcək qələbələrimizin zəminidir.
Həmrəylik – ümumxalq təəssübkeşliyidir. O bir mədəniyyətdir. Həmrəylik – dinləmək, başqalarına məxsus dünyagörüşünü və baxış bucağını bölüşmək, milli mənafeyimiz naminə ümumxalq yolunu seçmək, Vətən üçün düşünmək, el üçün çalışmaq mədəniyyətidir.
Həmrəylik elə bir idealdır ki, o ancaq az məsələlərdə mümkün olur. Amma bu “az”lar xalqın tarixi taleyində çox böyük rol oynayan “az”lardır və hər bir soydaşımızın qəlbində və şüurunda özünə yer tapan bu “az”-ların cəmindən böyük bir AZƏRBAYCAN sevgisi yaranır. Deməli, Həmrəylik həm də bir sevgidir. Millətə, xalqa, dövlətə, bayrağa və nəhayət, insanın insana və insanlığa olan sevgisidir Həmrəylik. Bu sevgi ilə də soydaşlarımız ilin son günündə ən xoş arzularla dolu nəzərlərini Ana Vətənə yönəldir və Azərbaycanımızla fəxr edirlər.
Beləcə həyatımızın daha bir ilini başa vurmaqda və Yeni ilə addımlamaq ərəfəsindəyik. Ən xoş arzuların və niyyətlərin bir-birinə qovuşduğu bir zamanda Azərbaycanımıza və dünyanın bütün Azərbaycanlılarına sevgi dolu Həmrəylik, Yeni ildə isə yeni uğurlar, can sağlığı, firavanlıq və səadət arzulayıram!
Cavanşir Feyziyev
Millət vəkili, Fəlsəfə doktoru
- FHN-nin əməkdaşı ceyran ovuna görə saxlanılıb
24 yanvar 2025 17:09
- Bank BTB yanlış məlumat yayır, Banklar Assosiasiyası isə həqiqəti gizlədir – Faktlar
24 yanvar 2025 14:42
- Bakcell -İnnovasiyalarla Müxtəlifliyə Doğru- tədbirinə dəstək oldu
24 yanvar 2025 13:43
- Rəna Soltanova yoxlama aparanlara telefon çırpıb, təhqir edibmiş - Bakıda 5 yerdə klinikası var - FOTO
24 yanvar 2025 13:10
- Miqrantlar potensial təhlükə mənbəyi hesab edilir - RƏY
23 yanvar 2025 22:50
- O qadın istintaqda bütün işgəncələrə dözərək heç bir ifadə vermədi...
23 yanvar 2025 22:19
- Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir - Fəxri Uğurlu
23 yanvar 2025 21:38
- Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni layihələr mərhələsində
23 yanvar 2025 16:34
- Mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis olunacaq
23 yanvar 2025 15:06
- Bakının iki bələdiyyə sədrindən inanılmaz seçki oyunu: Qohumbazlıq, tayfabazlıq ... - (FOTO)
22 yanvar 2025 12:21
- FHN-nin əməkdaşı ceyran ovuna görə saxlanılıb
24 yanvar 17:09
- Bank BTB yanlış məlumat yayır, Banklar Assosiasiyası isə həqiqəti gizlədir – Faktlar
24 yanvar 14:42
- Bakcell -İnnovasiyalarla Müxtəlifliyə Doğru- tədbirinə dəstək oldu
24 yanvar 13:43
- Rəna Soltanova yoxlama aparanlara telefon çırpıb, təhqir edibmiş - Bakıda 5 yerdə klinikası var - FOTO
24 yanvar 13:10
- 24 yaşlı Camal yüksək balla akademiyada oxuyubmuş...
24 yanvar 12:06
- Rüşvət alan hakim məhkəmə zalında həbs edildi
24 yanvar 00:32
- Mərasim evlərində qiymətlər - 4 000 manata menyu
23 yanvar 23:44
- Miqrantlar potensial təhlükə mənbəyi hesab edilir - RƏY
23 yanvar 22:50
- Hərbçimiz odlu silahdan açılan atəşdən öldü
23 yanvar 22:39
- O qadın istintaqda bütün işgəncələrə dözərək heç bir ifadə vermədi...
23 yanvar 22:19
- Kimə banan yemək olmaz?
23 yanvar 21:51
- Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir - Fəxri Uğurlu
23 yanvar 21:38
- YENİ nəhəng planet kəşf edildi
23 yanvar 21:30
- Türkiyə vətəndаşı: Türkmənistan prezidentindən xahiş edirəm ki, həyat yoldaşımın qaytarın...
23 yanvar 21:18
- Universitet vergilərini vaxtında ödəməyib
23 yanvar 21:04
- Bunlar da artıq dövlət sirridir - Prezidentdən fərman
23 yanvar 20:03
- Şəmsi Səmədzadə həbsi ilə bağlı ilk dəfə DANIŞDI -VİDEO
23 yanvar 19:48
- Naxçıvanda molla həbs edilib - Məscidi təmizləyən 14 yaşlı qıza qarşı əxlaqsızlıq...
23 yanvar 18:29
- Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni layihələr mərhələsində
23 yanvar 16:34
- Mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis olunacaq
23 yanvar 15:06
- Ardıcıl 7 gün dərs olmayacaq
23 yanvar 14:48
- İlham Əliyev Ərdoğana zəng etdi (YENİLƏNİB)
23 yanvar 14:23
- Veysəloğlu daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi - FOTO
23 yanvar 12:28
- Özlərini 12-ci mərtəbədən belə atıblar - Yanğın faciəsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ ortaya çıxdı
23 yanvar 12:17
- Bandotdel-in tutduğu kanal rəhbəri bu vəzifəli şəxsin qardaşı oğludur - FOTO
22 yanvar 13:11
- Nazarbayevin TАNRI elan edilməsini təklif etdi - tutuldu
22 yanvar 12:57
- İraqda 9 yaşlı qızlarla nikaha icazə verildi
22 yanvar 12:35
- Bakının iki bələdiyyə sədrindən inanılmaz seçki oyunu: Qohumbazlıq, tayfabazlıq ... - (FOTO)
22 yanvar 12:21
- 76 nəfər öldü və yanğına görə hotel sahibi saxlanıldı
22 yanvar 11:36
- Qırğızıstanda ictimai yerlərdə üzü örtən geyimlər qadağan edildi
22 yanvar 00:06