Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
Çoxarvadlılığa icazə verilməsinə reaksiyalar: “Heç bir dini qərar və ya sərəncam qanundan yuxarıda dura bilməz”
Xəbər verdiyimiz kimi, Rusiya müsəlmanlarına dördə qədər dini nikah bağlamağa icazə verilib. Bu qərarı Rusiya Müsəlmanları Ruhani İdarəsinin (MDM) Üləmalar Şurası qəbul edib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Moskva müftisi İldar Alyautdinov fətvanın mahiyyətində Rusiya dövləti tərəfindən tanınmayan və hüquqi nəticələrə səbəb olmayan dini nikah dayanır. Alyautdinov bildirib ki, “bir kişinin eyni vaxtda ikinci, üçüncü və hətta dördüncü dini nikah bağlamasına icazə verilməsi bir neçə səbəbdən zəruridir. Məsələn, arvad səhhətinə və ya yaşına görə uşaq dünyaya gətirə bilmirsə, həmçinin ər-arvad cinsi baxımdan uyğun gəlmirsə başqa qadınlarla da nikaha girə bilər. Müfti əlavə edib ki, bütün arvadlar maddi olaraq bərabər şəkildə təmin edilməli, ayrıca mənzilləri olmalı, onunla bərabər vaxt keçirilməlidir: "Bu şərtlər yerinə yetirilməzsə, kişiyə çoxarvadlı nikaha girməyə icazə verilmir".
Alyautdinova görə, Rusiyada çoxarvadlılığı leqallaşdıran qanun bir sıra ailə və sosial problemləri həll etməyə imkan verəcək. Onun fikrincə, bu fətva demoqrafik vəziyyətə müsbət təsir göstərəcək.
Fətvanın xəbərindən dərhal sonra isə bir çox rusiyalı ekspertlər və ictimai xadimlər bu təşəbbüsün əleyhinə kəskin çıxış ediblər. Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov vurğulayıb ki, Ruhani İdarəsinin qərarı əslində bütün ölkə vətəndaşları üçün məcburi olan qanunlara uyğun deyil, “şəriət qanunu ilə yaşanlara və digər Rusiya vətəndaşlarına” bölür.
“Hər şey xəbərdar etdiyimiz kimidir. Biz İslam bankçılığı (şəriət qanunlarına əsasən bank xidmətləri) və eyni dini qanunlara əsasən biznes fəaliyyətini leqallaşdırdıqdan sonra məlum oldu ki, bu, sadəcə başlanğıcdır. Məntiqə görə, bu fətvadan sonra növbəti addım Rusiya məhkəmə sisteminin rədd edilməsi və şəriət məhkəmələrinin tətbiqidir” deyə, Kabanov “Telegram” kanalında yazıb.
“Müsəlman Ruhani İdarəsinin qərarı müsəlmanları qanundan üstün tutur”. İnsan Hüquqları Şurasının üzvü, “Regnum” xəbər agentliyinin baş redaktoru Marina Əhmədova belə deyib. "Ruhani administrasiya yavaş-yavaş qanunların relsindən çıxır və bunu şüurlu şəkildə etdiyi artıq aydındır" deyə, o bildirib.
Dövlət Dumasının Ailənin mühafizəsi və Uşaq Məsələləri Komitəsinin sədri Nina Ostanina da deyib ki, çoxarvadlılıq Konstitusiyanın nikahla bağlı maddələrini pozur: “Əgər bu çoxarvadlılıqdırsa, niyə poliandriya olmasın? Təklif qarşılıqlı olmalıdır. Bizdə də Konstitusiyaya görə qadın və kişi bərabərliyi var. Niyə qadınlara qarşı belə ayrı-seçkilik var? Demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün eyni şey doğrudur - bütün kişilər uşaq sahibi ola bilmir”, Ostanina qeyd edir.
Moskva Vəkillər Kollegiyasının üzvü İqor Baranov da deyib ki, hüquqi nöqteyi-nəzərdən Müsəlmanlar Ruhani İdarəsinin çoxarvadlılığa icazə fətvası açıq şəkildə Rusiya qanunvericiliyinə ziddir. Onun sözlərinə görə, Konstitusiyada, Mülki və Ailə məcəllələrində nikahın kişi ilə qadının birliyi olduğu təsbit edilib. Bu məsələyə müxtəlif rakurslardan baxmaq olar və hər bir halda Müsəlman Ruhani İdarəsinin qərarı Rusiyanın hüquq normalarına ziddir. Baranov qərarın peşəkar vəkilləri şoka saldığını da bildirib. Onlar hesab edirlər ki, bu, Rusiyanın Konstitusiya quruluşunun əsaslarını sarsıtmaq cəhdidir, çünki ailənin tərifi Konstitusiyada yazılıb.
Hüquqşünaslar xatırladırlar ki, Rusiya dünyəvi ölkədir. Heç bir dini qərar və ya sərəncam qanundan yuxarıda dura bilməz və ənənələr qanunda təsbit olunmuş normaların pozulmasına haqq qazandıra bilməz. Eyni zamanda, ən təhlükəlisi odur ki, dini liderlər dövlət qurumunun funksiyalarını öz üzərinə götürməyə çalışırlar. Musavat.com
- Müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü ?
5 fevral 2025 15:42
- Anar və Rəsul Rza yolumda çəpər oldular – Əlisa Nicat danışdı
5 fevral 2025 15:27
- Salona gedən qadın tanınmaz hala düşdü
5 fevral 2025 13:37
- İlhamə Bədəlova və =Nə varsa= – Sosial dəyişiklik yaradan unikal layihə
5 fevral 2025 12:09
- Suriyanın birinci xanımı Lətifə kimdir? - Osmanlı İmperiyasında... - FOTOLAR
5 fevral 2025 12:00
- Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ
5 fevral 2025 01:00
- Yaxşı, biz NATO üzvü deyilik - bizə torpaqlarımızı geri verin
5 fevral 2025 00:20
- Aqil Abbas АRVАD sözünə görə üzr istədi
4 fevral 2025 21:50
- SON DƏQİQƏ: Qəzanın təhqiqatına dair ilkin hesabat AÇIQLANDI FOTO
4 fevral 2025 21:02
- 1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov - Azadlıqdadır
4 fevral 2025 13:31
- Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM
05 fevral 16:35
- Müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü ?
05 fevral 15:42
- Anar və Rəsul Rza yolumda çəpər oldular – Əlisa Nicat danışdı
05 fevral 15:27
- Prezident Ərdoğana başsağlığı verdi
05 fevral 15:15
- Yazılanlar yalandır - Vahid Əhmədov
05 fevral 15:00
- Onlara yeni vəzifə verildi
05 fevral 14:44
- SON DƏQİQƏ: Vahid Əhmədov xəstəxanaya yerləşdirildi – ALMANİYADA
05 fevral 14:05
- Salona gedən qadın tanınmaz hala düşdü
05 fevral 13:37
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
05 fevral 12:39
- Şəhriyar və Teymur ilk turda qələbə qazandı - Fotolar
05 fevral 12:30
- İlhamə Bədəlova və =Nə varsa= – Sosial dəyişiklik yaradan unikal layihə
05 fevral 12:09
- Suriyanın birinci xanımı Lətifə kimdir? - Osmanlı İmperiyasında... - FOTOLAR
05 fevral 12:00
- Jurnalist Şəmşad Ağa saxlanılıb
05 fevral 11:44
- Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...- АNАR
05 fevral 01:27
- İsveçdə təhsil mərkəzində atışma - 10 ölü var
05 fevral 01:19
- Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ
05 fevral 01:00
- Novruzovdan daha bir açıqlama:Razi Nurullayev mənim çapımda, səviyyəmdə olan adam deyil
05 fevral 00:48
- Saleh Məmmədovun müavinlərinin sayı ÇOXАLДDI – Prezidentdən fərman
05 fevral 00:41
- İrana casusluq etmiş keçmiş Britaniya hərbçisinə 14 il iş verildi
05 fevral 00:26
- Yaxşı, biz NATO üzvü deyilik - bizə torpaqlarımızı geri verin
05 fevral 00:20
- Əminə Ərdoğan və Lətifə Əl-Şəraa arasında TARİXİ GÖRÜŞ
04 fevral 23:45
- Azərbaycan Rusiyaya 940 ton kərə yağı ixrac etdi
04 fevral 23:33
- Səməd Vurğun Hüseyn Cavidə...ŞАRLАTАN, YАLАYАN, MURDАR..dedi
04 fevral 22:14
- Aqil Abbas АRVАD sözünə görə üzr istədi
04 fevral 21:50
- Ərdoğan Suriyanın yeni liderini belə qarşıladı - TARİXİ GÖRÜNTÜLƏR
04 fevral 21:38
- SON DƏQİQƏ: Qəzanın təhqiqatına dair ilkin hesabat AÇIQLANDI FOTO
04 fevral 21:02
- İlham Əliyev -Vətən- İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - FOTOLAR
04 fevral 14:17
- Razi kimdir axı mənim haqqımda danışsın?! – Siyavuş Novruzov
04 fevral 13:40
- 1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov - Azadlıqdadır
04 fevral 13:31
- Sizdən bir Prezident kimi yox, bir ağsaqqal kimi xahiş edirəm, hətta yalvarıram..
04 fevral 12:20