YAP yenə qabaqladı - 8071 NƏFƏR üçün seçki
İndiyədək təxminən 10 siyasi partiya, o cümlədən Müsavat və REAL bələdiyyə seçkilərində iştirak edəcəyini bildirib
Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" fərman imzalayıb.
Bu fərmana əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra beş iş günü müddətində keçiriləcək.
Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.
Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.
Gələn il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, 685 bələdiyyə üzrə 8071 bələdiyyə üzvü seçiləcək.
Yeni Azərbaycan Partiyası bələdiyyə seçkiləri ilə bağlı 19 nəfərdən ibarət Mərkəzi Seçki Qərargahı yaradıb. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsinin hər biri üzrə YAP-ın öz namizədlərini irəli sürəcəyini deyib. Başqa partiyalar seçki barədə nə düşünür? Seçkidə hansı şəkildə iştirak edirlər?
Müsavat Partiyası yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində iştirak edəcəyini bildirib.
Müsavat Partiyasının məlumatında deyilir ki, yanvarın 25-də partiyanın Divanı (İdarə Heyəti) seçkilərdə öz namizədləri ilə iştirak etmək, namizədlərin irəli sürülməsi səlahiyyətlərini partiyanın rayon təşkilatlarına həvalə etmək haqqında qərar qəbul edib.
İndiyədək təxminən 10 siyasi partiya, o cümlədən REAL Partiyası bələdiyyə seçkilərində iştirak edəcəyini bildirib.
AMİP də bələdiyyə seçkilərində iştirak edəcək. Partiyanın sədri, deputat Arzuxan Əlizadə bu barədə bildirdi ki, mümkün qədər çox sayda bələdiyyələrdən namizədlər irəli sürmək fikrindədirlər.
![]()
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, rəhbərlik etdiyi partiya bələdiyyə seçkilərində iştirak edəcək: “Seçki qərargahımız daimi fəaliyyət göstərən qərargahdır. Prezident seçkiləri zamanı seçki qərargahı yaratmışıq və daimi seçki qərargahı kimi fəaliyyət göstərir. Siyasi Şuranın sədri Novruz Novruzov seçki qərargahına rəhbərlik edir. Bələdiyyə üzvlüyünə namizədlərimizi müəyyənləşdiririk. Çalışırıq ki, imkan daxilində seçkidə geniş tərkibdə, çoxlu sayda namizədlərlə iştirak edək. Ən azından ən azı 30-35 rayonda namizədlərimizi verməyə çalışırıq. Tam şəkildə olmasa da seçki dairələrinin əksəriyyətini əhatə etməyi düşünürük. Təbiidir ki, YAP hakimiyyətdə olan partiya kimi bütün ölkə ərazisini əhatə edir, bütün rayonlar üzrə yerli şöbələri var və imkanları daha genişdir. Bu isə onlara seçki prosesində üstünlük gətirir. Bizim onlarla rəqabət aparmağımıza ehtiyac yoxdur. Biz yeni yaranmış bir partiya kimi hesab edirəm həm kəmiyyət baxımından, həm keyfiyyət baxımından çalışacağıq ki, bu seçkilər də partiyanın inkişafına növbəti bir mərhələ olsun. Əsas məsələ seçkidə iştirakdır. Çalışacağıq ki, namizədlərimiz seçilsin və bələdiyyə qurumlarında partiyamız təmsil olunsun. Əlbəttə ki, seçkidə partiya siyahısı ilə namizədlərimiz irəli sürüləcək”.

Tural Abbaslı
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, rəhbərlik etdiyi partiya yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə qatılacaq. Bu barədə dekabrın 3-də partiya rəsmi açıqlama da yayıb. Açıqlamada bildirilir ki, partiya üzvləri bələdiyyə seçkilərində iştirakın vacibliyini dəstəkləyir və hazırlıq işləri artıq başlayıb. Bununla bağlı yerli təşkilatlara müvafiq təlimatlar verilib. Yaxın günlərdə partiyanın bələdiyyə üzvlüyünə namizədləri müəyyənləşdiriləcək. Namizədlərin sənədləri hazırlandıqdan sonra müvafiq seçki dairələrinə təqdim olunacaq. Partiyanın daimi seçki qərargahı var və işlək vəziyyətdədir.
Azərbaycan Xalq Partiyası isə dekabrın 3-də 29 yanvar bələdiyyə seçkilərində iştirak haqqında bəyanat yayıb. Bəyanatda bildirilir ki, AXP üzvləri arasında 29 yanvar 2025-ci il tarixli bələdiyyə seçkilərində tam şəkildə iştiraka maraq göstərilməməsi müşahidə edilir.
Bəyanatda sonra deyilir ki, AXP İdarə Heyəti seçkilərdən iştirakdan imtina haqqında siyasi qərarın verilməsini məqsədəuyğun hesab etmir və bu seçkilərdən partiyanın proqram məqsədlərinin xeyrinə siyasi təbliğatın aparılması, partiya üzvləri və yerli strukturların fəallaşması üçün istifadə edilməsini məqsədəuyğun sayır. Partiya bələdiyyə seçkilərində iştirakı üzvlərin öz mövqelərini sərbəst şəkildə müəyyənləşdirməsi şəklində həyata keçirmək qərarını verib. Yəni hər bir AXP üzvü bu seçkilərdə seçki məntəqələrinə getmək və ya getməmək, habelə seçkidə namizəd kimi iştirak barədə özü qərar qəbul edir.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
9 fevral 2026 12:46
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verildi (SƏRƏNCAM)
31 yanvar 2026 11:23
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Zəngilana növbəti köç karvanı yola salındı
29 yanvar 2026 11:45
- Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi (YENİLƏNİB)
27 yanvar 2026 12:20
- İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 5800-ü keçib
26 yanvar 2026 10:52
- Bakıda məşhur restoran işçilərin maaşını vermir? (VİDEO)
25 yanvar 2026 14:42
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
- Millimiz Gürcüstana 0:6 uduzdu
06 fevral 18:34
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
06 fevral 17:47
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
06 fevral 17:40
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
06 fevral 08:45
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
