Xəzər Universitetinin rektorunun qızını aldadıb qızıllarını aldılar
Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 36 yaşlı Əliyev Mikayıl Mahir oğlu 3 nəfərə qarşı dələduzluqda ittiham olunur.
İstintaq materiallarında yazılanlara əsasən, Mikayıl Əliyevin əməlindən ən çox zərər çəkən Xəlilova Aygün Zöhrab qızıdır. Mikayılla uzun müddətdir tanış olan qadın onun kiməsə borclu olduğuna və ödəməyəcəyi halda həbs ediləcəyi ilə bağlı dediklərinə inanıb. A.Xəlilova sonradan qaytarmaq şərti ilə 57 min 600 manatlıq qızıl-zinət əşyalarını lombarda qoyub pul götürməsi üçün ona verib. Buraya 30 min manatlıq “Van Cleef & Arpels” markalı bir cüt sırğa və digər qızıllar daxildir.
Amma təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını geri qaytarmayıb. İş elə gətirib ki, əvvəl Mikayılın həbsə düşməməsi üçün ona borc verən Aygün sonradan onun həbsi üçün çalışıb.
Məsələ ilə bağlı təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımovla əlaqə saxladıq. Vəkilin münasibətindən belə aydın oldu ki, müvəkkili özünü heç bir epizod üzrə təqsirli bilmir. Onlar topladıqları dəlil və sübutları məhkəmə istintaqında ortaya qoyacaqlar. Müdafiəçi müvəkkilinə istinadən onu da qeyd edib ki, bu cinayət işinin başlanması üçün şikayət ərizəsini ilk olaraq zərərçəkmiş Aygünün rektor anası İradə Xəlilova yazıb.
Məlumat üçün bildirək ki, fəlsəfə doktoru olan İradə Xəlilova Xəzər Universitetinin rektorudur. O, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində müstəntiqə ifadə verib. Rektor məhkəmə istintaqında dindiriləcək şahidlər siyahısına da daxil edilib.
İş üzrə digər zərərçəkənlər İlyasov Fariz Ramiz oğlu və Tağıyev Habil Əli Abas oğludur. Təqsirləndirilən şəxs onlara Gürcüstandan avtomobil gətirəcəyi ilə bağlı yalan vəd verib. Bu iş üzrə əsas zərərçəkən isə Aygündür. Digərlərinin itirdiyi pul cəmi 5 min manatdır.
Mikayıl Əliyevə külli miqdarda dələduzluq ittihamı elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Artıq iş üzrə ibtidai istintaq hərəkətləri də tamamlanıb.
- Səməd Vurğun yaltaq idi, onun qədər yaltağı olmayıb - Əlisa Nicatla MÜSAHİBƏ
3 fevral 2025 19:46
- İlham Əliyev Rüfət Əzizovu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT FOTO
3 fevral 2025 16:30
- Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
2 fevral 2025 20:15
- ABŞ-da 1000 həkimin arasından seçilən azərbaycanlı- Pişəvərinin bacısı nəvəsi
2 fevral 2025 18:05
- Gömrükdəki 70 minlik malı məhv edildi, 2 dəfə dələduzluqla üzləşdi TƏFƏRRÜAT
1 fevral 2025 22:18
- Azərbaycanda MEYİTLƏRİN yandırılması üçün mərkəzlər yaradılacaq - Video
1 fevral 2025 19:16
- Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? (FOTOLAR)
1 fevral 2025 12:16
- ADU-nun professoru Şəfəq Abdullayevanın monoqrafiyası çapdan çıxıb
31 yanvar 2025 22:44
- Veysəloğlu Şirkətlər Qrupu və -OBA- marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib
31 yanvar 2025 19:58
- Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi... - Keçmiş rektor
31 yanvar 2025 16:43
- Anardan Səməd Vurğunla bağlı qalmaqala reaksiya: Oğulları yoxdur, mən sağam
05 fevral 19:33
- Dərsdə halı pisləşən 15 yaşlı məktəbli dünyasını dəyişdi
05 fevral 18:41
- Azərbaycan xaricə 20 MİNDƏN çox diri at satıb – İllər üzrə siyahı
05 fevral 18:13
- Prezident naziri vəzifəsindən azad etdi
05 fevral 17:51
- Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM
05 fevral 16:35
- Müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü ?
05 fevral 15:42
- Anar və Rəsul Rza yolumda çəpər oldular – Əlisa Nicat danışdı
05 fevral 15:27
- Prezident Ərdoğana başsağlığı verdi
05 fevral 15:15
- Yazılanlar yalandır - Vahid Əhmədov
05 fevral 15:00
- Onlara yeni vəzifə verildi
05 fevral 14:44
- SON DƏQİQƏ: Vahid Əhmədov xəstəxanaya yerləşdirildi – ALMANİYADA
05 fevral 14:05
- Salona gedən qadın tanınmaz hala düşdü
05 fevral 13:37
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
05 fevral 12:39
- Şəhriyar və Teymur ilk turda qələbə qazandı - Fotolar
05 fevral 12:30
- İlhamə Bədəlova və =Nə varsa= – Sosial dəyişiklik yaradan unikal layihə
05 fevral 12:09
- Suriyanın birinci xanımı Lətifə kimdir? - Osmanlı İmperiyasında... - FOTOLAR
05 fevral 12:00
- Jurnalist Şəmşad Ağa saxlanılıb
05 fevral 11:44
- Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...- АNАR
05 fevral 01:27
- İsveçdə təhsil mərkəzində atışma - 10 ölü var
05 fevral 01:19
- Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ
05 fevral 01:00
- Novruzovdan daha bir açıqlama:Razi Nurullayev mənim çapımda, səviyyəmdə olan adam deyil
05 fevral 00:48
- Saleh Məmmədovun müavinlərinin sayı ÇOXАLДDI – Prezidentdən fərman
05 fevral 00:41
- İrana casusluq etmiş keçmiş Britaniya hərbçisinə 14 il iş verildi
05 fevral 00:26
- Yaxşı, biz NATO üzvü deyilik - bizə torpaqlarımızı geri verin
05 fevral 00:20
- Əminə Ərdoğan və Lətifə Əl-Şəraa arasında TARİXİ GÖRÜŞ
04 fevral 23:45
- Azərbaycan Rusiyaya 940 ton kərə yağı ixrac etdi
04 fevral 23:33
- Səməd Vurğun Hüseyn Cavidə...ŞАRLАTАN, YАLАYАN, MURDАR..dedi
04 fevral 22:14
- Aqil Abbas АRVАD sözünə görə üzr istədi
04 fevral 21:50
- Ərdoğan Suriyanın yeni liderini belə qarşıladı - TARİXİ GÖRÜNTÜLƏR
04 fevral 21:38
- SON DƏQİQƏ: Qəzanın təhqiqatına dair ilkin hesabat AÇIQLANDI FOTO
04 fevral 21:02