Ukrayna hadisələri və ...SİYASİ LİDERİN ROLU
NUH.az-ın baş redaktoru Kamran MƏHƏRRƏMLİ
( Müəllifi olduğum bu məqalə bir neçə il əvvəl "525-ci qəzet"də dərc olunub. Problemin aktuallığını nəzərə alaraq yenidən paylaşdım. )
Ukraynada baş verənlər demək olar ki, bütün sivil dünyanın diqqət mərkəzindədir. Ukraynadakı hadisələrdən bütün dünya, əsasən də Azərbaycan kimi dövlətlər ciddi nəticə çıxarmalıdır. Çünki gələcək dünyanın düzəni və qaydaları Ukraynadakı proseslərin necə bitəcəyindən çox asılıdır.
Bunları nəzərə alaraq ölkəmizin yaxın tarixi ilə hazırda Ukraynada baş verənlər arasında müqayisə aparmaq yerinə düşər. Ukraynada ötən ilin axırında başlayıb bugünədək davam edən və hələ də bitməyən qanlı siyasi proseslər müəyyən mənada 1993-cü ilin Azərbaycanını yada salır. Bir-birindən 20 il məsafədə olan bu iki ağır dövr arasında xeyli oxşarlıqlar var.
Gəlin, 1993-cü ildə Azərbaycanda və bu gün Ukraynada baş verən siyasi proseslərin qısa xronologiyasına nəzər salaq.
1993-cü ildə Azərbaycanda hərbi birləşmənin hökumətə tabe olmaması səbəbindən ölkədə siyasi böhran yarandı və nəticədə prezident Əbülfəz Elçibəy və onun komandası hakimiyyətdən getməyə məcbur oldu. Hakimiyyətə Heydər Əliyev gəldi. Ukraynada isə ötən ilin axırında oxşar proseslər başladı. Ölkə başçısı Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina etməsi prosesin başlanması üçün bir təkan oldu. Və bu ölkədə də siyasi böhran baş verdi. Dövlət başçısı V.Yanukoviç Rusiyaya qaçdı. Hakimiyyətə yeni qüvvələr gəldi. ( Yeri gəlmişkən, onu da qeyd edək ki, əslində “hərbi hissə” məsələsi də, “assosiasiya sazişi” də əsas səbəb deyildi, yəni problemin görünən tərəfi idi....)
İndi isə hər iki ölkədə hakimiyyət dəyişikliyindən sonrakı mənzərəyə qısa nəzər salaq.
–1993-cü ildə Azərbaycanda yenicə ( yenidən yox, çünki o vaxtadək H.Əliyev müstəqil Azərbaycanın başçısı deyil, SSRİ-nin tərkibindəki Az.SSR-in birinci katibi olub, yəni müstəqil dövləti idarə etmək təcrübəsi yox idi ) hakimiyyətə gələn H.Əliyev işğal olunmuş Dağlıq Qarabağ və hər gün az qala bir rayonun işğal olunması, vahid ordunun olmaması, müxtəlif silahlı birləşmələr problemi ilə üz-üzə qaldı...
– Müharibə edən ölkədə hərbi sursat, təcrübəli hərbçilər yox dərəcəsində idi,
– Elçibəy hakimiyyətinə tabe olmayan hərbçilər bir çox bölgələrdə yerli hakimiyyət strukturlarını devirərək öz nümayəndələrini rayonlara başçı təyin etmişdilər,
– Bu gün-sabah ermənilərin ölkənin ikinci paytaxtı Gəncəyə girəcəyi barədə fikirlər səslənirdi,
– Ölkənin cənubunda separatçılar Talış-Muğan Respublikasının müstəqilliyini elan edərək, referenduma hazırlaşırdılar, şimal istiqamətdən isə Sadval kartı işə salınmışdı,
– Ölkənin xəzinəsi demək olar ki, boş idi,
– Rusiya sərhədləri bağlayıb iqtisadi sanksiyalar tətbiq edirdi, ölkədə ərzaq qıtlığı yaranmışdı,
– Qonşu İran İslam Respublikası isə demək olar ki, hər gün dövlət sərhədlərimizi açıq-aşkar pozurdu, təxribatçılıq işləri ilə məşğul olurdu. O zamankı Türkiyənin hadisələrə təsir imkanı çox məhdud idi.
_ Qərb, ABŞ isə gözləmə mövqeyində idi,
– ƏN ƏSASI, bugünkü Ukraynadan fərqli olaraq 1993-cü ildə Azərbaycanın faktiki olaraq müttəfiqi yox idi, heç bir beynəlxalq qurum siyasi, hərbi, maliyyə, iqtisadi dəstək vermirdi,
– Belə demək mümkündürsə, Azərbaycan çox faciəli durumda təkbaşına qalmışdı.
Ancaq bütün bunlara və DİGƏR PROBLEMLƏRƏ baxmayaraq Azərbaycan 1993-cü ildə heç bir beynəlxalq siyasi dəstək və maliyyə yardımı almadan az vaxtda,
təxminən 4-5 aydan sonra çox mürəkkəb və qəliz situasiyadan çıxa bildi, həm də mümkün qədər az itkilərlə.
Və ölkədə uzunmüddətli sabitlik yarandı. Sabitlik olmadan isə inkişafdan danışmaq tam mənasızdır. Ukraynada da siyasi böhrandan sonra hakimiyyətə yeni qüvvələr gəldi.
Ancaq onların durumu 1993-cü ildə hakimiyyətə gələn H.Əliyevin üz-üzə qaldığı vəziyyətdən xeyli yüngüldür, hətta müqayisə olunmazdır. Düzdür, Ukraynada hakimiyyətə gələn yeni siyasi qüvvələr də Krımın, sonradan Donetsk, Luqansk və digər vilayətlərin separatçılar tərəfindən işğalı, az qala Ukraynanın mövcud olub-olmaması faktı ilə üz-üzə qaldılar.
Lakin 1993-cü ilin Azərbaycanından fərqli olaraq bu gün Ukraynanı sivil dünya, bütün Qərb ölkələri, beynəlxalq qurumlar dəstəkləyir,
hakimiyyətə gələn yeni qüvvələrə hər mənada (siyasi, maddi, informasiya, hərbi) dəstək verirlər. Beynəlxalq Bank, Beynəlxalq Valyuta Fondu,
beynəlxalq ictimaiyyət Ukraynaya öz köməyini əsirgəmir. Yəni 1993-ün Azərbaycanı ilə 2014-ün Ukraynasını müqayisə edəndə birincinin vəziyyəti daha ağır idi.
Həm də nəzərə almalıyıq ki, bugünkü Ukrayna ilə müqayisədə o zamankı Azərbaycan çox zəif bir dövlət idi. Eyni zamanda 1993-cü ilin güclə ayaqüstə durmağa çalışan 2 yaşlı Azərbaycanı ilə 2014-cü ilin 23 yaşlı Ukraynasını göz önünə gətirin.
Həm də, unutmayaq ki, 1993-cü ilin Azərbaycanından fərqli olaraq Ukrayna həm keçmiş SSRİ-nin, həm də bugünkü Rusiyanın hərbi-sənaye kompleksinin nüvəsini təşkil edir, çoxsaylı təcrübəli hərbçiləri var. Bütün bu sadaladıqlarımıza, hərtərəfli yardımlara baxmayaraq Ukraynada vəziyyət hələ də sabitləşmir və yaxın vaxtlarda bu ölkənin normal məcraya düşəcəyi də sual altındadır.
Ortaya suallar çıxır.Bəs bu qədər dəstək ola-ola Ukraynada vəziyyət niyə sabitləşmir? Ölkə hər gün itkilər verir...Unutmayaq ki, hazırda Ukraynanın 3 canlı keçmiş prezidenti var və hər üçü də politoloq kimi bəyanat verməklə, siyasi şərhlə kifayətlənirlər. Heç biri də qabağa çıxıb məsuliyyətin altına girmək istəmir. Ancaq 1993-cü ildə H.Əliyev bunu bacardı. Ölkənin taleyi ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürərək, heç bir dəstək olmadan az vaxtda və mümkün qədər az itkilərlə dövləti çətin və mürəkkəb situasiyadan çıxara bildi.
Ukraynada isə oxşar situasiyada siyasi təcrübəsi olan və ən əsası ölkənin taleyi üçün məsuliyyəti öz üzərinə götürməyi bacaran, qətiyyətli lider tapılmadı.
Əgər Qərbin maksimum dəstəyi olmasaydı, bu gün Ukraynanın hətta dövlət kimi mövcudluğundan danışmaq olmazdı. Ukrayna tam mənada Qərbin hesabına öz dövlət mövcudluğunu hələlik qoruya bilir.
1993-cü ildə isə H.Əliyev oxşar, lakin daha ağır situasiya ilə üz-üzə qalanda bunların heç biri yox idi...amma ölkəni üzləşdiyi qəzadan çıxarda bildi.
Ümumiyyətlə, avtoyarışlarda avtopilotların məharəti və bacarığı düz yolda deyil, məhz təhlükəli döngələrdə özünü göstərir: balansı qorumaq, qəzaya uğramamaq,
həm də geri qalmamaq...Siyasi liderin də bacarığı təhlükəli siyasi dönəmlərdə özünü göstərir.
Yəni siyasi liderin işi cəmiyyəti ən təhlükəli siyasi dönəmlərdən sağ-salamat keçirməkdir. 1993-cü ildə H.Əliyev bunu bacardı.
Bu gün də Azərbaycan yenidən mürəkkəb situasiya ilə üz-üzədir, çətin seçim, belə demək mümkündürsə siyasi dönəm qarşısındadır..Əksər siyasilər deyir ki,
artıq zaman yetişib, Azərbaycan konkret seçimini etməlidir: ya Rusiyanın yanında olmalıyıq, ya da Qərbə, ABŞ-a sığınmalıyıq.
Hətta bəziləri daha uzağa gedərək NATO qoşunlarını ölkəmizdə görmək istəyir. Guya əks təqdirdə Azərbaycan məhvə məhkumdur.
Yəni siyasilərin, politoloqların çoxu təkidlə ölkə başçısı İlham Əliyevdən balanslı siyasətdən imtina etməyi,
dövlət adlı gəminin sükanını qəti olaraq üzü Qərbə, ABŞ-a doğru yönəltməyi, siyasi kursu dəqiqləşdirməyi tələb edirlər.
Görəsən, bunu tələb edənlər dəqiq siyasi kursun yaratdığı fəsadları görmür? Axı, keçmiş Yuqoslaviyanın, Gürcüstanın, Ukraynanın aqibəti göz önündədir...
Bir neçə il öncə rus qoşunları qonşu Gürcüstanın paytaxtına yaxınlaşırdı. Axı, belə bir vəziyyət yaranarsa, Qərbin Gürcüstana, Ukraynaya verdiyi dəstəyi
bizə verəcəyi də böyük sual altındadır...Siyasi kursu qəti olaraq dəyişdirməyin nəticəsi olaraq Gürcüstan ərazisinin xeyli hissəsini itirdi.
Eləcə də Ukraynada baş verənlərdən, Ukraynanın başına gələnlərdən biz ciddi nəticə çıxartmalıyıq.
Bu gün Ukraynanın bir hissəsi olan Krımı geri qaytarmaqdan söhbət getmir, Luqansk, Donetsk və digər vilayətlər işğal olunub. Az qala Ukrayna dövlətinin mövcudluğu sual altındadır...Və prosesin sonda harada dayanacağı, nə ilə bitəcəyi bilinmir...
Görəsən İlham Əliyevdən dəqiqi siyasi kurs, “ya ABŞ, ya da Rusiya” tələb edənlər bu vəziyyəti görmür..?
Bəziləri deyir ki, Rusiya sonda uduzacaq...sonda Rusiya parçalanacaq, dağılacaq...
Kimin udacağı-uduzacağı, hansı ölkənin dağılacağı bizim üçün ikinci dərəcəli məsələdir, əsas olan odur ki, bu prosesdə Azərbaycan uduzmasın, dövlətimiz dağılmasın.
Ona görə də Azərbaycan böyük güclərin toqquşmasından mümkün qədər uzaq dayanmalı, özünü qorumalıdır...
Sonda kimin udub-uduzacağı bizi düşündürməməli, konfliktin son nəticəsini bilmədən alətə çevrilmək, ölkəni fəlakətə salmaq olmaz.
Bunu deyənlər Türkiyədə baş verənləri görmür..?
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi mühüm bir vəzifəni daşıyan Səməd Seyidov deyir ki, Avropa Şurası siyasi səhnədən silinəcək.
Bizə bu tipli yersiz bəyanatlar lazımdırmı..? Avropa Şurası siyasi səhnədən silinəcək, ya silinməyəcək...bunun bizim üçün bu gün hansı əhəmiyyəti ola bilər?
Az-çox savadı olanlar bilir ki, bütün yaranan qurumlar əbədi deyil və nə vaxtsa dağılacaq.
Əsas odur ki, biz bu dağıntının altında qalmayaq. Həm də cavabı gələcəkdə olan sual bizi bu gün niyə narahat etməlidir?
Belə suallar əslində daha çox böyük dövlətləri narahat etməlidir. Və bizim siyasətçilər nəhayət Azərbaycanın bu günkü dünyada yerini dəqiqləşdirməli
və bizə dəxli olmayan suallar ətrafında canfəşanlıq etməməlidir...Bizi sonda kimin udub-uduzacağı deyil, bir ölkə olaraq uduzmamağımız düşündürməlidir...
Və sonu görmək bizə nəsib olmalıdır..Əgər bu qarşıdurma bizim sonumuza çıxacaqsa, sonu görmək bizə nəsib olmayacaqsa, kimin udmasının-uduzmasının bizim üçün nə fərqi?
Ölkə rəhbərinin də əsas missiyası ölkəni məhz belə təhlükəli dönəmlərdən az itki ilə keçirib, son nəticəni görməyə aparmaqdır...
- Tənzilə Rüstəmxanlı media nümayəndələri ilə görüşüb
5 fevral 2025 19:57
- Müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü ?
5 fevral 2025 15:42
- Novruzovdan daha bir açıqlama:Razi Nurullayev mənim çapımda, səviyyəmdə olan adam deyil
5 fevral 2025 00:48
- Yaxşı, biz NATO üzvü deyilik - bizə torpaqlarımızı geri verin
5 fevral 2025 00:20
- Niyə 5 dəqiqədən bir deyilməlidir ki, siyasi məhbuslarınız var?!
4 fevral 2025 00:00
- Razi Nurullayev Siyavuş Novruzova: Sözünü demək istəyirsən, kişi kimi de
3 fevral 2025 18:10
- Prezident Polad Bülbüloğlu ilə bağlı sərəncam imzaladı
3 fevral 2025 17:01
- Biz qəhrəman gəncliyimizlə FƏXR EDİRİK
2 fevral 2025 14:55
- Rusiyanın itkiləri 840 MİN NƏFƏRİ keçdi – Siyahı
2 fevral 2025 12:30
- Kiyev Bakını Vardanyanı cəzalandırmağa çağırdı
1 fevral 2025 17:09
- Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
05 fevral 22:40
- FİLOSOF -EKONАZİR Muxtar Babayev KİMDİR? (DOSYE)
05 fevral 22:06
- Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi
05 fevral 20:49
- Tənzilə Rüstəmxanlı media nümayəndələri ilə görüşüb
05 fevral 19:57
- Anardan Səməd Vurğunla bağlı qalmaqala reaksiya: Oğulları yoxdur, mən sağam
05 fevral 19:33
- Dərsdə halı pisləşən 15 yaşlı məktəbli dünyasını dəyişdi
05 fevral 18:41
- Azərbaycan xaricə 20 MİNDƏN çox diri at satıb – İllər üzrə siyahı
05 fevral 18:13
- Prezident naziri vəzifəsindən azad etdi
05 fevral 17:51
- Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM
05 fevral 16:35
- Müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü ?
05 fevral 15:42
- Anar və Rəsul Rza yolumda çəpər oldular – Əlisa Nicat danışdı
05 fevral 15:27
- Prezident Ərdoğana başsağlığı verdi
05 fevral 15:15
- Yazılanlar yalandır - Vahid Əhmədov
05 fevral 15:00
- Onlara yeni vəzifə verildi
05 fevral 14:44
- SON DƏQİQƏ: Vahid Əhmədov xəstəxanaya yerləşdirildi – ALMANİYADA
05 fevral 14:05
- Salona gedən qadın tanınmaz hala düşdü
05 fevral 13:37
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
05 fevral 12:39
- Şəhriyar və Teymur ilk turda qələbə qazandı - Fotolar
05 fevral 12:30
- İlhamə Bədəlova və =Nə varsa= – Sosial dəyişiklik yaradan unikal layihə
05 fevral 12:09
- Suriyanın birinci xanımı Lətifə kimdir? - Osmanlı İmperiyasında... - FOTOLAR
05 fevral 12:00
- Jurnalist Şəmşad Ağa saxlanılıb
05 fevral 11:44
- Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...- АNАR
05 fevral 01:27
- İsveçdə təhsil mərkəzində atışma - 10 ölü var
05 fevral 01:19
- Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ
05 fevral 01:00
- Novruzovdan daha bir açıqlama:Razi Nurullayev mənim çapımda, səviyyəmdə olan adam deyil
05 fevral 00:48
- Saleh Məmmədovun müavinlərinin sayı ÇOXАLДDI – Prezidentdən fərman
05 fevral 00:41
- İrana casusluq etmiş keçmiş Britaniya hərbçisinə 14 il iş verildi
05 fevral 00:26
- Yaxşı, biz NATO üzvü deyilik - bizə torpaqlarımızı geri verin
05 fevral 00:20
- Əminə Ərdoğan və Lətifə Əl-Şəraa arasında TARİXİ GÖRÜŞ
04 fevral 23:45
- Azərbaycan Rusiyaya 940 ton kərə yağı ixrac etdi
04 fevral 23:33