CASUSU xəyanətinə görə DIRI-DIRI YANDIRDILAR
Xarici dövlətin agentlərinə və onlarla əməkdaşlıq edənlərə qarşı mübarizə dünyanın istənilən kəşfiyyat xidməti üçün əsas vəzifələrdən biridir. Çünki gizli məlumatlara çıxışı olan casus dövlətin sütunlarına, müdafiə qabiliyyətinə ciddi ziyan vura bilər.
Soyuq müharibə illərində SSRİ Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) tarixində ilk dəfə ABŞ-yə “işləyən” casus Pyotr Popov olub. Popov ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlıq edib və bəzi mənbələrə görə, beş il ərzində xaricdəki 650-yə yaxın sovet kəşfiyyatçı və agentinin adını Amerika kəşfiyyat orqanlarına verib. Lakin o, sonda ifşa olunub və aqibəti çox pis olub. Onu xəyanətinə görə diri-diri yandırıblar.
MKİ ilə ilk tanışlıq

II dünya müharibəsi zamanı alman dilini bildiyi üçün kəşfiyyat orqanlarına işə qəbul olan P. Popov müharibə bitdikdən sonra ordu generalı, DTK sədri İvan Serov tərəfindən yüksək vəzifələrə təyinat alıb. Minnətdarlıq əlaməti olaraq, Pyotr tez-tez komandirinin şəxsi tapşırıqlarını yerinə yetirib.
Generalın şəxsi kolleksiyasını zənginləşdirmək üçün qızıl əşyalar, rəsmlər, çini, mebel və antik əşyaların seçilməsi və Moskvaya daşınmasında şəxsən iştirak edib. Müxtəlif səfirliklərdə işlədikdən sonra o, Avstriyaya göndərilib. Vyanaya gələndən az sonra Popov MKİ-nin təcrübəli zabiti, 42 yaşlı Corc Uilyams Keysvalterin diqqətindən kənarda qalmayıb.
Popovun ABŞ agentləri tərəfindən əməkdaşlığa cəlb edilməsi ilə bağlı üç versiya mövcuddur. İlk versiyaya əsasən, o, Vyanadakı ABŞ vitse-konsulunun avtomobilinə əməkdaşlıq təklifi ilə kağızda qeyd qoyub. İkincisi, o, Vyanada iki MKİ agenti tərəfindən qaçırılıb və təhdid edilərək əməkdaşlığa cəlb edilib.
Sonuncu versiya isə ondan ibarətdir ki, ona qarşı Qrethen Ritsler adlı qadından istifadə edilib.

Bu plan isə Kaysvalter tərəfindən 1953-cü ildə həyata keçirilib. Qadın Avstriya kommunisti adı ilə P. Popovla tanış olur və tezliklə onu şirnikləndirərək əməkdaşlığa cəlb edib. Bütün hallarda 1954-cü ildən Popov “Qreysspeys” təxəllüsü ilə agent kimi MKİ ilə fəal əməkdaşlığa başlayıb.
Yüzlərlə həmkarını satan agent
1945-ci ilin fevralında “Artek” uşaq düşərgəsində ABŞ səfirinə qiymətli ağacdan hazırlanmış Amerika Birləşmiş Ştatlarının gerbi verilib. Diplomatın otağında asılan gerbin əsl qiyməti onun daxilinə yerləşdirilmiş “Zlatoust” dinləmə cihazı olub. NKVD-nin “Etiraf” məxfi adı altında keçirdiyi, Amerika səfirlərinin gizli müşavirələrinin müntəzəm dinlənilməsi əməliyyatı Popovun çuğulluğu nəticəsində 10 il sonra yekunlaşıb.
Popov Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəsmi işçiləri və həyata keçirəcəkləri əməliyyatların mahiyyəti barədə amerikalılara məlumat verib, digər ölkələrə xüsusi təyinatla göndərilən qeyri-qanuni agentlərin adlarını ötürüb.

Casus BKİ-nin strukturunu və şəxsi heyətini, əsas iş üsullarını və idarənin prioritet fəaliyyət istiqamətlərini ətraflı təsvir edib, Sakit okeanda nüvə sualtı bazaları, 1951-ci ildə mövcud olan daxili qaydaları, zirehli və motoatıcı diviziyaların təşkili sxemlərini, eləcə də birləşmiş silahlı ordu haqqında məlumat verib. Bundan əlavə, amerikalılar 1954-cü ildə Tomskda aparılan nüvə silahı sınaqları barədə hesabat məlumatı alıblar. Popov hətta gizli şəkildə amerikalıların Avstriyada yaratdığı agentlər məktəbinə rəhbərlik edib. O, sovet kəşfiyyat orqanlarının sıralarına sızmaq üçün casusları şəxsən öyrədib.
“Bumeranq” əməliyyatı
Sovet kəşfiyyatçısı Kaysvalterin agentlərindən biri, ABŞ Dəniz Kəşfiyyat İdarəsinin 36 yaşlı keçmiş əməkdaşı, rus dili üzrə əla mütəxəssis Rassel Avqust Lanjellinin Moskvaya gəldiyi zaman özünü “yandırıb”.
İlk aylarda əks-kəşfiyyatçılar ABŞ səfirliyinin birinci katibi barədə heç nə əldə etməyiblər. Lakin 1958-ci il mayın 28-də amerikalı Lenin (indiki Vorobyovı) dağlarına gedib, orada ailəsi ilə birlikdə gəzintiyə çıxıb. Attaşe və ailəsinin getməsini gözlədikdən sonra təhlükəsizlik əməkdaşları onların gəzdiyi yerlərə baxış keçirib və gizli saxlanc yeri aşkarlayıblar. Orada casus təlimatları, gizli yazılar üçün qurğular və böyük məbləğdə vəsait olub. Artıq onun kəşfiyyatla işlədiyi şübhə doğurmayıb.

Bundan az sonra sovet kəşfiyyatı attaşenin Moskvaya xüsusi olaraq bu görüş üçün gələn və “Ostankino” mehmanxanasında qalan Popovla əlaqəsini qeydə alıb. Onlar qarşı-qarşıya gələrək bir-birinə zərf veriblər. Bu isə kəşfiyyatçıların diqqətindən yayınmayıb. Eyni zamanda səfirlik işçisinin üzərində olan zərin sovet kəşfiyyatçısında olması satqını ortaya çıxarıb. Çünki bu zərlər ABŞ-nin səfirlik işçiləri üçün xüsusi hazırlanıb və diplomatik korpusda xadimə işləyən xanım tərəfindən bütün işçilərin paltarının üzərinə tökülüb.
Görk olsun deyə diri-diri yandırılıb
Ümumilikdə Popovun ABŞ-yə adlarının verdiyi casus və kəşfiyyatçıların sayı 650-ni ötüb. Əks-kəşfiyyatçıların əlinə şifrələr və kodlar, MKİ-nin təlimatları, habelə Popovun son casusluq əməliyyatları haqqında məlumatlar keçib. Popov edamdan qaçmaq üçün sovet kəşfiyyatı ilə əməkdaşlığa başlayıb. Lakin bir müddət sonra MKİ agentləri vəziyyətin dəyişdiyinə əmin olublar.
İstintaqla fəal əməkdaşlığa baxmayaraq, Popov 7 yanvar 1960-cı ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən əmlakı müsadirə edilməklə ölüm cəzasına məhkum edilib. Popov SSRİ tarixində dövlətə xəyanətə görə edam edilən ilk BKİ zabiti olub.
Rusiyanı tərk edib başqa ölkədən sığınacaq alan rusiyalı casus Viktor Suvorovun sözlərinə görə, P. Popov satqınlıq etmək istəyən bütün kəşfiyyatçılara və təhlükəsizlik işçilərinə görk olsun deyə krematoriyada diri-diri yandırılıb.
İlkin Nəcəf
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 2025 20:54
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- TƏCİLİ! Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi
8 dekabr 2025 11:47
- İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət etdi
5 dekabr 2025 11:08
- AzerGold-un Müşahidə Şurasının tərkibi yeniləndi
4 dekabr 2025 20:07
- Şeyxin Ramiz Mehdiyevlə münasibəti dövlətlə bağlı olub - Qardaşı
4 dekabr 2025 13:57
- Mikayıl İsmayılovun keçmiş gəlini cənab Fuad Ələsgərovdan KÖMƏK İSTƏYİR
4 dekabr 2025 12:56
- Ağsuda torpaq saxtakarlığı
29 noyabr 2025 11:13
- Direktor itlərə görə cərimələndi
26 noyabr 2025 20:18
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
