Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?
Kulis.az akademik Ziya Bünyadovun 1993-cü ildə çap etdirdiyi “Qırmızı terror” kitabından görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli ilə bağlı hissəni təqdim edir.
Dosye: Vəzirov Yusif Mirbaba oğlu 1887-ci il sentyabrın 12-də Şuşada bəy ailəsində anadan olub. Uşaq yaşlarından türk, fars və rus dillərini öyrənib.
1929-cu ildə Bakıda “müsavatçılarla milli-təmayüllülərin antisovet bloku” yaradılır və Çəmənzəminli blokun rəhbər heyətinin sıralarında olur.
İstanbulda Müsavat hökumətinin konsulu olan Y.Vəzirov ingilis-fransız və Türkiyə kəşfiyyatları ilə əlaqədə olub. O, həmfikirləri arasında əksinqilabi görüşlər təbliğ edirdi. 1931-ci ildə Y.Vəzirov Azərbaycanın əksinqilabi millətçi təşkilatına üzv olur.
Yuxarıda sadalananlar həm də 1940-cı ilin yanvarın 25-də haqqında həbs qərarı veriləndə onun cinayət əməllərinin arasında yer alıb. Çəmənzəminlinin istintaqa cəlb olunmasına səbəb Azərbaycanın 1937-38-ci illərdə repressiyaya məruz qalan bir qrup elm və mədəniyyət xadiminin ifadələri olub.
Ziya Bünyadov həmin adamlardan bəzilərinin adını açıqlayıb: onun əksinqilabi təşkilata üzv olması barədə professor B. Çobanzadənin ifadəsi (1937-ci il) var; Neft İnstitutunun dosenti N. M. Şahsuvarov isə ifadəsində göstərib ki, Çəmənzəminli əksinqilabçı-millətçi təşkilatın (partiyalar bloku) rəhbər heyətində təmsil olunub (Şahsuvarov həmçinin həmin heyətə daxil olan əlavə 10 ziyalının da adını açıqlayıb).
Bütün bunlar əsas götürülərək Y. Vəzirov 27 yanvar 1940-cı ildə Özbəkistan SSR-in Ürgənc şəhərində Pedaqoji İnstitutda müəllim işlədiyi vaxt həbs olunur. Xatırladaq ki, onun Ürgəncə getməsinə səbəb sonralar özünün də etiraf etdiyi kimi millətçi roman olan “Studentlər”ə görə Azərbaycan Yazıçılar İttifaqından çıxarılması və daha sonra işsiz qalması olub.
1940-cı ilin 14-15 fevral tarixində aparılan istintaqa Çəmənzəminli təsdiq edir ki, 1917-ci ildə Kiyevdə oxuyarkən Müsavat partiyasına üzv olub və partiyanın Kiyevdəki təşkilatının rəhbəri seçilib. Fevralın 16-da Çəmənzəminli deyib ki, onu İstanbulda səlahiyyətli nümayəndə vəzifəsinə 1919-cu ilin yayında hökumət başçısı Usubbəyov təklif edib.
Fevralın 24-də isə İstanbulda yazdığı əsərlərin adlarını açıqlayıb: “Azərbaycan ədəbiyyatına bir nəzər” (1922) və “Azərbaycan tarixi-coğrafi və iqtisadi icmalı” (1922). Parisdə o, Azərbaycan səfirliyi tərəfindən buraxılan “Paris xəbərləri” ilə əməkdaşlıq edib.
Çəmənzəminlinin maraqlı açıqlaması isə “Hansı əsərlərin müəllifisiniz” sualına verdiyi cavab olub. Bütün əsərlərinin adını sadalayan Çəmənzəminli “İki od arasında” romanının adını çəkmir. Niyə? Bilinmir. Sovet zamanında bu roman öz gerçək adı ilə yox “Qan içində” adıyla çap edilmişdi.
Fevralın 25-də isə “Bolşevik təhlükəsi” və “Studentlər” əsərlərini millətçi, daha doğrusu mütərəddid əsərlər hesab edir.
Qeyd edək ki, Yusif Vəzirov inqilaba qədər etdiyi bütün hərəkətləri etiraf etsə də, inqilabdan sonrakı ittihamların heç birini qəbul etməyib. Lakin hüquq sisteminin, demək olar ki, işləmədiyi və konkret tapşırıqlar əsasında qərarların verildiyi o illərdə Y. Çəmənzəminliyə də ittiham qərarı çıxarılır.
Heç bir dostunun, silahdaşının və ziyalının adını açıqlamayan, bununla da həmin illər üçün böyük hünər göstərmiş Çəmənzəminlinin günahlandırılması barədə qərarda qeyd olunmuşdu:
1. 1919-cu ildə Müsavat hökumətinin konsulu vəzifəsində işləyərkən ingilis-fransız və Türkiyə kəşfiyyat təşkilatları ilə əlaqədə olub;
2. Fəal, peşəkar müsavatçı kimi qeyri-leqal Müsavat təşkilatının rəhbər özəyinə məxsus olmuş və 1927-ci ildə müsavatçılarla milli təmayülçülərin yaratdıqları antisovet blokuna keçib;
3. Öz həmfikirləri arasında müntəzəm olaraq əksinqilabi görüşləri təbliğ etmiş və 1931-ci ildə Azərbaycanın əksinqilabi-millətçi təşkilatının tərkibinə daxil olmuş;
Bu qərarla tanış olduqdan sonra Vəzirov maddələrin altından öz xətti ilə aşağıdakıları yazıb:
“Mənə verilən üç maddədən ibarət ittihamlar ağ yalandır. Mən özümü günahkar hesab etmirəm”.
Bu sözlərdən sonra öz imzasını qoyub. Yəqin ki, sovet repressiyasının ən ağır illərində bu cümlələri də yazmaq asan deyildi.
Çəmənzəminli qətiyyətini 7, 13, 17 və 19 martda keçirilən istintaq zamanı da ortaya qoyur və bütün ittihamları təkzib edir. O, həmçinin B. Çobanzadənin və N.M. Şahsuvarovun ifadələrində göstərdikləri dəlilləri də təkzib edir.
1937-ci ildə Hacıağa Nəzərlinin ifadəsində göstərdiyi “Cəbiyev, Ruhulla Axundov və Əliheydər Qarayev burjua millətçi-müsavatçı Əhməd Cavadın, Hüseyn Cavidin və Yusif Vəzirovun güclü təsiri altında idilər” fikrini də rədd edir.
Repressiya maşınına qarşı dirəniş göstərən Çəmənzəminli təkcə özünə qarşı olan ittihamları yox, həmçinin, Bəkir Çobanzadə Əhməd Pepinov, Şamo Naxçıvanski, Əliağa Şıxlınski, Cavad Axundov, Atababa Musaxanlı, Hüseyn Cavid, Ağa Axundov, Abdulla Şaiq, Cabbar Məmmədzadə, Mikayıl Müşfiq, Zəki Pepinov və Hüseyn Rəhmanova qarşı verdiyi ifadələri də qətiliklə təkzib edib.
“1940-cı il aprelinin 16-da Y. Vəzirovun işi üzrə ittiham qərarı çıxarıldı.
O, günahlandırılırdı ondan ötrü ki:
a) Peşəkar müsavatçı kimi 1937-ci ildə Azərbaycanda fəaliyyət göstərən əksinqilabi millətçi-müsavatçı təşkilatına daxil olmuş;
b) Əksinqilabi millətçi-müsavatçı təşkilatının üzvü idi, öz ətrafındakılar arasında pantürkist, millətçi-trotskiçi Müsavat təbliğat aparmış;
Yəni Azərbaycan SSR CM-in 72 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə günahlandırılır”.
1940-cı ilin aprelin 19-da ittihamnamə SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında Xüsusi müşavirədə baxılmaq üçün verilir və iyunun 11-də Xüsusi müşavirə onu antisovet fəaliyyətinə görə yanvarın 27-dən etibarən 8 il müddətinə islah-əmək düşərgəsində həbs cəzasına məhkum edir.
Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir.
Səhəri gün – 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olundu. Vəfatından 13 il sonra, 1956-cı ilin fevralın 28-də onun işi üzrə hökm “ittiham sübuta yetirilmədiyi üçün” ləğv edilir və Çəmənzəminli bəraət alır.
- Anardan Səməd Vurğunla bağlı qalmaqala reaksiya: Oğulları yoxdur, mən sağam
5 fevral 2025 19:33
- Anar və Rəsul Rza yolumda çəpər oldular – Əlisa Nicat danışdı
5 fevral 2025 15:27
- Prezident Ərdoğana başsağlığı verdi
5 fevral 2025 15:15
- Salona gedən qadın tanınmaz hala düşdü
5 fevral 2025 13:37
- Suriyanın birinci xanımı Lətifə kimdir? - Osmanlı İmperiyasında... - FOTOLAR
5 fevral 2025 12:00
- Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...- АNАR
5 fevral 2025 01:27
- Yaxşı, biz NATO üzvü deyilik - bizə torpaqlarımızı geri verin
5 fevral 2025 00:20
- Ərdoğan Suriyanın yeni liderini belə qarşıladı - TARİXİ GÖRÜNTÜLƏR
4 fevral 2025 21:38
- SON DƏQİQƏ: Qəzanın təhqiqatına dair ilkin hesabat AÇIQLANDI FOTO
4 fevral 2025 21:02
- İlham Əliyev -Vətən- İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - FOTOLAR
4 fevral 2025 14:17
- Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi
05 fevral 20:49
- Tənzilə Rüstəmxanlı media nümayəndələri ilə görüşüb
05 fevral 19:57
- Anardan Səməd Vurğunla bağlı qalmaqala reaksiya: Oğulları yoxdur, mən sağam
05 fevral 19:33
- Dərsdə halı pisləşən 15 yaşlı məktəbli dünyasını dəyişdi
05 fevral 18:41
- Azərbaycan xaricə 20 MİNDƏN çox diri at satıb – İllər üzrə siyahı
05 fevral 18:13
- Prezident naziri vəzifəsindən azad etdi
05 fevral 17:51
- Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM
05 fevral 16:35
- Müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü ?
05 fevral 15:42
- Anar və Rəsul Rza yolumda çəpər oldular – Əlisa Nicat danışdı
05 fevral 15:27
- Prezident Ərdoğana başsağlığı verdi
05 fevral 15:15
- Yazılanlar yalandır - Vahid Əhmədov
05 fevral 15:00
- Onlara yeni vəzifə verildi
05 fevral 14:44
- SON DƏQİQƏ: Vahid Əhmədov xəstəxanaya yerləşdirildi – ALMANİYADA
05 fevral 14:05
- Salona gedən qadın tanınmaz hala düşdü
05 fevral 13:37
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
05 fevral 12:39
- Şəhriyar və Teymur ilk turda qələbə qazandı - Fotolar
05 fevral 12:30
- İlhamə Bədəlova və =Nə varsa= – Sosial dəyişiklik yaradan unikal layihə
05 fevral 12:09
- Suriyanın birinci xanımı Lətifə kimdir? - Osmanlı İmperiyasında... - FOTOLAR
05 fevral 12:00
- Jurnalist Şəmşad Ağa saxlanılıb
05 fevral 11:44
- Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...- АNАR
05 fevral 01:27
- İsveçdə təhsil mərkəzində atışma - 10 ölü var
05 fevral 01:19
- Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ
05 fevral 01:00
- Novruzovdan daha bir açıqlama:Razi Nurullayev mənim çapımda, səviyyəmdə olan adam deyil
05 fevral 00:48
- Saleh Məmmədovun müavinlərinin sayı ÇOXАLДDI – Prezidentdən fərman
05 fevral 00:41
- İrana casusluq etmiş keçmiş Britaniya hərbçisinə 14 il iş verildi
05 fevral 00:26
- Yaxşı, biz NATO üzvü deyilik - bizə torpaqlarımızı geri verin
05 fevral 00:20
- Əminə Ərdoğan və Lətifə Əl-Şəraa arasında TARİXİ GÖRÜŞ
04 fevral 23:45
- Azərbaycan Rusiyaya 940 ton kərə yağı ixrac etdi
04 fevral 23:33
- Səməd Vurğun Hüseyn Cavidə...ŞАRLАTАN, YАLАYАN, MURDАR..dedi
04 fevral 22:14
- Aqil Abbas АRVАD sözünə görə üzr istədi
04 fevral 21:50