SABAH Nərimanov rayon məhkəməsində vəkil Adəm Məmmədovun Fidan Abbasovaya qarşı 50 min təzminat iddiasına baxılacq…

NUH.az-a daxil olan məlumata görə, sabah, yəni 29.11.2024-cü il il tarixdə, saat 10:00-da Nərimanov Rayon Məhkəməsində hakim Nərgiz Tağıyevanın sədrliyi ilə vəkil Adəm Məmmədovun keçmiş müvəkkili Fidan Loğman qızı Abbasovaya qarşı “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, dəyən mənəvi zərəri ödənilməsi” iddiası və 50 min manat təzminat tələbi ilə bağlı işə baxılacaqdır.
Qısa xatırlatma üçün qeyd edək ki, Fidan Abbasova bir neçə ildir SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı məhkəmə iddiası ilə çıxış edir.
Belə ki, Fidan Abbasova SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə birgə uzun müddət yaşayıblar və onların NİL adlı qızları var. Amma Orxan İsmayılzadə atalıqdan imtina edir və Nilin onun qızı olmadığını bildirir. Belə olan halda qarşı tərəf, yəni Nilin anası Fidan Abbasova məhkəməyə müraciət edərək “Atalığın müəyyən edilməsi” tələbi ilə Orxan İsmayılzadənin DNT testindən keçməsini tələb edir. Və bu iddia ilə bağlı 2017-ci ildə Sabunçu Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində Adəm Məmmədov Fidan Abbasovanın vəkili olub.
Qısa məlumat üçün bu qədər.
Amma Fidan Abbasova öz vəkili Adəm Məmmədovdan narazı qalıb və bunu müxtəlif saytlara açıqlmasında qeyd edib.
Fidan Abbasova öz açıqlamasında vəkili Adəm Məmmədova 10000 dollar ( on min ) verdiyini, Adəm Məmmədəovun isə qarşı tərəfin xeyrinə çalışdığını, vəkili vasitəsi ilə ona saxta barışıq sənədi imzalatdıqlarını və sonda qarşı tərəfin öz öhdəliklərinə əməl etmədiyini bildirib.
Fidan Abbasovanın bu açıqlamaları vəkil Adəm Məmmədovun narazılığına səbəb olub. Və buna görə Adəm Məmmədov “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, dəyən mənəvi zərəri ödənilməsi” iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qarşı tərəfdən 50 min manat təzminat tələb edir.
Onu da qeyd edək ki, bu məsələyə ilk dəfə hazırlıq iclasında baxılanda Fidan Abbasovanın vəkilləri aidiyyət məsələsini qaldırıblar. Belə ki, vəkil Adəm Məmmədov Fidan Abbasovaya qarşı şərəf və ləyaqətin alçaldılması üzrə iddianı Nərimanov Rayon Məhkəməsinə təqdim edib. Fidan Abbasova isə Xətai rayonu ərazisində qeydiyyatda olmaqla oradakı mənzilində yaşayır. Buna görə də iddiaya aidiyyəti üzrə Xətai Rayon Məhkəməsində baxılmalıdır. Hakim Nərgiz Tağıyeva vəkillərin etirazını əsaslı sayıb və iddiaya baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
Amma və lakin, Adəm Məmmdəov bu məhkəmə prosesini qanunsuz olaraq yenidən Nərimanov Rayon Məhkəməsinə qaytarıb. Niyə ?
Fidan Abbasovanın bildirdiyinə görə, Adəm Məmmədovun bütün gücü-imkanları Nərimanov rayonunda cəmləşib. Yəni bu rayonda istədiyi qanunsuz qərarı qəbul etdirə bilər.
Beləliklə uzun fasilədən sonra sabah, yəni 29.11.2024-cü il tarixdə, saat 10:00-da vəkil Adəm Məmmədovun keçmiş müvəkkili Fidan Abbasovaya qarşı iddiasına hakim Nərgiz Tağıyevanın sədrliyi ilə baxılacaq.
Sonda Fidan Abbasova yenidən cənab Prezident İlham Əliyevə, Hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Ombudsmana, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ali Məhkəmənin sədrinə, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova bir ANA KİMİ müraciət edərək üzləşdiyi qanunsuzluqların aradan qaldırılmasına kömək etmələrini xahiş edir.
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 2025 18:36
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- SON DƏQİQƏ! Polis Biləsuvarda əməliyyat keçirdi: saxlanılanlar var FOTO
30 mart 2025 12:34
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45