Sabiq millət vəkili Etibar Əliyevə mənzil hədiyyə olunub.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.
Etibar Əliyev prezident İlham Əliyevə təşəkkür edib:
"1991-ci ildən Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində gənc mütəxəssis kimi çalışanda mənzil növbəsində dayanmışdım. Mənə Qaraçuxur qəsəbəsində 9-cu mərtəbədə iki otaqlı mənzil verildi. Deputat seçilənə kimi həmin evdə yaşadım. İki övladım var, oğlumun özünə ipoteka ilə mənzil alıb. Onun kreditlərini bu yaxınlarda bağlamışıq. Mən böyük kitabxana sahibiyəm. Balkonlarım, yaşadığım iki ortaqlı mənzilimin bir otağı kitabla dolub".
Etibar Əliyev evi dar olduğu üçün Prezidentə müraciət etdiyini bildirib:
"Prezident mənim müraciətimi nəzərə alıb və Nizami rayonunda 3 otaqlı mənzillə təmin olundum. İndi kitabxanamı daha da genişləndirmişəm. Prezidentə təşəkkür edirəm".