Dünyaya ən çox zərər verən ALİM : İki ixtirası ilə insanlığı ZƏHƏRLƏDİ

Dünyaya ən çox zərər verən alim: İki ixtirası ilə insanlığı zəhərlədi, ətraf mühitə ziyan vurdu...
Elmi ixtiralar heç də həmişə bəşəriyyətə fayda vermir. Silahların, nüvə enerjisinin və atom bombalarının yaratdığı dağıdıcı nəticələr bunun ən bariz nümunəsidir... Məsələn, amerikalı mühəndis və kimyaçı Tomas Micli kimi...
O, bəşəriyyətə və ətraf mühitə ən çox ziyan vuran alimlərdən biri kimi tarixdə öz yerini tutub. Onun 1924-cü ildə mətbuat önündəki təqdimatından 100 il keçməsinə baxmayaraq, dünya hələ də iki ixtirasının mənfi təsirlərindən qurtulmağa çalışır.
Qaynarinfo "Dünyaya ən çox ziyan vuran alim" kimi tanınan Tomas Miclinin qeyri-adi hekayəsini təqdim edir:
1889-cu ildə ABŞ-ın Beaver Falls şəhərində anadan olan kiçik Tomas Micli gənc yaşlarında faydalı proqramlar hazırlamaqda maraqlı olub. Hələ orta məktəbdə oxuyarkən sürüşkən qarağacların çeynənmiş qabığından beysbol toplarına əyri trayektoriya vermək üçün istifadə edib. Bu təcrübə daha sonra peşəkar oyunçular tərəfindən mənimsənilib.
Micli ilk mühüm elmi işini 1916-cı ildə "General Motors"da (GM) mühərrikin döyülməsi problemini həll etmək vəzifəsi ilə həyata keçirib. O dövrdə avtomobil sənayesi böyük inkişafda idi: "Ford" "Model T"ni inkişaf etdirərkən, GM "Standard Oil" və "DuPont" ilə əməkdaşlıq edərək daha güclü mühərriklər istehsal etməyə çalışırdı.

GM-də tədqiqat rəhbəri Çarlz Ketterinqin rəhbərliyi altında işləyən kiçik Tomas Micli benzinə əlavə edildikdə döyülməni azaldan bir maddə tapmaq üçün minlərlə müxtəlif inqrediyentləri sınayıb. Uzun araşdırmalar nəticəsində o, Ethyl adı ilə satılan tetraetil qurğuşunu kəşf edib. Qurğuşunlu benzin ilk dəfə 1923-cü ildə satışa çıxarılıb və sonra bütün dünyaya yayılıb.
Qurğuşunun insan sağlamlığına zərərləri artıq məlum idi. Lakin bu, Ethylin kommersiya uğurunun qarşısını ala bilmədi. Həmin vaxt qəzetlərdə belə yazılmağa başladı ki, tetraetil qurğuşun istehsal edən laboratoriyalarda işləyən fəhlələr xəstələnir, xeyli insan qurğuşun zəhərlənməsindən əziyyət çəkir.
Bu hadisələrdən sonra Micli mətbuat konfransında insanları qurğuşun zəhərlənməsinə qarşı inandırmağa çalışdı. O, əlinə qurğuşun qatqısını tökərək, sonra tüstünü içinə çəkərək jurnalistlərin qarşısında cəsarətli şou göstərdi. "Mən bunu hər gün edə bilərəm" deyərək hər kəsi özünə inandırmağa çalışdı. Lakin bu hərəkətdən sonra onun qısa müddətdə tibbi yardıma ehtiyacı yarandı. Qurğuşun zəhərlənməsi Miclinin həyatı boyu daima onun üçün təhlükə olaraq qaldı. Bədənində çoxlu qurğuşun olması uzunmüddətli təsirlərə və ciddi sağlamlıq problemlərinə səbəb oldu.
Nyu York Şəhər Universitetinin tarix professoru Gerald Markoviç o illərdə baş verənləri belə xülasə edir:
"Qurşunun toksin olduğu bilindiyi üçün həyəcan siqnalı verildi. Lakin sənayenin mövqeyi ondan ibarət idi ki, avtomobillərin qazından çıxan qurğuşunun insanlara zərər verəcəyinə dair heç bir sübut yoxdur. Tetraetil qurğuşun istehsal edən laboratoriyalarda çalışan insanların xəstələnməyə başlaması hər kəsi narahat edirdi. Bu insanlar qurğuşuna məruz qaldıqları üçün sözün əsl mənasında dəli olurdular. Tomas Miclinin mətbuat konfransında qorxuları sakitləşdirmək üçün əlinə Ethyl tökməsi və içinə çəkməsi tarixin ən maraqlı anlarından biridir. Özünü sözün əsl mənasında zəhərlədi..."
Tetraetil qurğuşundan bir neçə il sonra Micli (yenə Çarlz Ketterinqin təşviqi ilə) diqqətini daha sonra məişət texnikası və kondisionerlərdə istifadə edilən, 1920-ci illərdə ölümcül qəzalara səbəb olan ammonyak kimi soyuducu maddələrə toksik olmayan alternativin yaradılmasına yönəldir.
O, ilk xloroflorokarbon (CFC) kimi metan törəməsi olan və karbon, xlor və flüor atomlarından ibarət Freonu kəşf edir. 1930-cu ildə başqa bir ictimai nümayişdə Micli qazı içinə çəkərək şamı söndürür: bu hərəkət onun təhlükəsizliyini nümayiş etdirmək üçün hazırlanmışdı.
Freon və sonrakı CFC-lər kommersiya uğuru əldə edərək, ABŞ-da kondisionerdən istifadənin sürətlə artmasına səbəb olur. II Dünya müharibəsindən sonra istehsalçılar insektisidlər və saç spreyi kimi bir çox məhsul üçün yanacaq kimi CFC-lərdən istifadə etməyə başlayırlar.
Miclinin ölümündən 30 il sonra, onun iki ixtirasının vurduğu zərər 1970-ci illərin ortalarında ictimaiyyətə məlum olmadan əvvəl, CFC-lər Antarktida üzərində ozon təbəqəsində bir deşik açdı: Artıq əgər nəzarət edilməzsə, bu dəlik Yerdəki bütün həyatı təhlükə altına alacaq dərəcədə genişlənib.
Davam edən sənaye təzyiqi nəticəsində qurğuşunlu benzin ABŞ-da 1996-cı ilə qədər dövriyyədən çıxarılmayıb, sonra tədricən bütün dünyada qadağan edilib. Bundan xilas olan son ölkə olan Əlcəzair 2021-ci ilə qədər qurğuşunlu benzin satmağa davam edib və təyyarə yanacağında qurğuşun qatqılarından istifadə edilməyə davam olunub.

2022-ci ildə aparılan bir araşdırma, ABŞ-ın hazırkı əhalisinin yarısının erkən uşaqlıq dövründə təhlükəli qurğuşun səviyyəsinə məruz qaldığını göstərib. Amma dünyanın kollektiv sağlamlığına dəyən zərəri ölçmək mümkün olmayıb.
1987-ci ildə Monreal Protokolu 1989-2010-cu illərdə CFC-ləri mərhələli şəkildə ləğv etmək üçün imzalanıb və sonradan qadağan edilib. (CFC emissiyaları son vaxtlar yenidən artmaqdadır, bu isə onların hələ də qeyri-qanuni istehsal oluna biləcəyini göstərir) Ozon təbəqəsindəki dəlik sağalır və çox güman ki, bu, növbəti yarım əsr ərzində nadir ekoloji qələbə kimi qeyd ediləcək.
"Ən kədərlisi odur ki, biz mənfi təsirə məruz qalan uşaqların sayını bilmirik. Bir uşağın bədənində qurğuşunun təhlükəsiz səviyyəsi yoxdur. Söhbət yarım əsr və ya daha çox müddətdə mənfi təsirlərə məruz qalan, işlənmiş qazların torpağa və ya küçələrə qarışması nəticəsində qurğuşun tozuna görə həyat şansları azalan on milyonlarla, hətta yüz milyonlarla uşaqdan gedir", deyə Gerald Markoviç bildidirib.
UNICEF-ə görə, qurğuşun təhlükəsiz məruz qalma səviyyəsi olmayan son dərəcə zəhərli bir maddədir. Xüsusilə uşaqlarda inkişafı pozur, əqli geriliyə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 1 milyon insan qurğuşun zəhərlənməsindən ölür.
1947-ci ildə Çarlz Ketterinq tərəfindən yazılmış Milli Elmlər Akademiyasının bioqrafik memuar kitabı Miclini tərifləyərək yazır: "O, gərgin, rəngarəng və yüksək yaradıcılıq həyatından dünyaya böyük miras qoyub".
Micli ona görə unikaldır ki, iki belə ixtira hazırlayıb. Ona ekoloji düşmən kimi baxmaq cazibədar olsa da, ekspertlər onun rolunun daha çox maşındakı dişli çarxa bənzədiyini deyirlər. Məsələn, Virciniyadakı Radford Universitetinin kommunikasiya professoru Bill Kovarik deyir: "Tomas Micli sadəcə bir işçi idi. Bu, şirkətin maliyyələşdirdiyi bir araşdırma olub. Əgər Micli olmasaydı, başqası bu həll yollarını tapa bilərdi".

1940-cı ildə insult keçirərək ciddi şəkildə əlil olan Micli daha bir ixtira edib: Onu çarpayıdan qaldıran, kəndir və çarxlardan istifadə edərək avtonom şəkildə əlil arabasına daşıyan maşın.
Lakin 1944-cü il noyabrın 2-də maşına ilişib və o, boğularaq ölüb. Uzun müddət ki, onun öz ixtirasına görə öldüyü düşünülüb. Lakin Bill Kovarik Miclinin intihar etdiyini düşünür və bununla bağlı sübutların olduğunu iddia edir.
Oxşar xəbərlər
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 2025 12:26
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 2025 12:53
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 2025 12:42
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 2025 21:24
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 2025 12:06
- Bakcell-in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda - Fotolar
26 iyul 2025 10:06
- Tanınmış aktyor Allahverdi Yolçuyev müalicəsi üçün küçədə corab satır - VİDEO
25 iyul 2025 10:11
- Könül AYDIN. Mətnşünaslığın sonuncu mogikanı
25 iyul 2025 01:00
- Bakıda XUTOR sökülür
22 iyul 2025 10:40
- Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 01:38
Xəbər lenti
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 12:53
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 12:42
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 11:32
- Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
28 iyul 10:43
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 10:23
- Milli Qəhrəman Natiq Qasımovun anası dünyasını dəyişdi
28 iyul 09:53
- Mikayıl İsmayılovun polis rəisi olan qardaşı -uzaq Pirallahıdan Bakının mərkəzinə- vəzifəyə gətirilir...
27 iyul 23:59
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 21:51
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 21:10
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 12:35
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 12:06
- Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
27 iyul 11:57
- Dünyada İLK KABAB İNSTİTUTU fəaliyyətə başlayır
27 iyul 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya