Heç kimə bənzəməyən, öz dünyasına heç kəsi buraxmayan qapalı adam Hamlet Qurbanov

"Hamlet Qurbanov çox qəribə insan idi. Heç kimə bənzəmirdi. Öz dünyası vardı. O dünyasına da heç kəsi buraxmırdı. Qapalı adam idi." Sənət dostları onu belə xarakterizə edirlər. Böyük aktyorluq istedadı onun qəribə xarakteri ilə çulğaşmışdı. Bu xüsusiyyətlərin birliyində Azərbaycan teatrı, televiziyası və kinosu üçün əvəzolunmaz rollar yaranmışdı...
Oktyabrın 13-ü mərhum aktyor Hamlet Qurbanovun doğum günüdür.
NUH.az xəbər verir ki, sənət yoldaşları "Kaspi" qəzetinə onun haqqında həm böyük məhəbbət, həm də erkən itkisindən doğan dərin kədər hissi ilə danışıblar:
Milli Dram Teatrın qocaman aktyoru, Xalq artisti Rafiq Əzimov xatırlayır: "Hamlet məndən bir il əvvəl teatra gəlmişdi. Hələ Teatr İnstitutunda oxuduğu illərdə onun diplom tamaşasına baxıb çox bəyənmişdim. Nazim Hikmətin "Şöhrət və unudulan adam" əsərində oynadığı doktor obrazı demək olar ki, gənclik illərində oynayan aktyorların içərisində ən yüksək səviyyədə yaradılan bir obraz idi. Teatrda işlədiyi dövrdə də çox istedadlı aktyor kimi tanınırdı. Təbiətində bir az qeyri-adilik olsa da istər teatrda, istərsə də kinoda yaratdığı bütün obrazlar bir-birindən fərqli və maraqlı idi. Rejissorlarla münasibətdə çox vaxt obrazı təqdim etmək üçün öz istədiyinə nail olurdu. Onun obrazlara öz baxışı vardı. İndi də Hamletin oynadığı rollara baxanda tamaşaçılar hər bir rolunda aktyor oyununun qüdrətini görürlər". R.Əzimov sənət dostunun oynadığı obrazlarla unudulmaz xarakterlər yaratdığını deyir: "Elə təkcə "Topal Teymur" televiziya tamaşasını xatırlamaq kifayətdir. İstər Əmir Teymuru oynayan Hamlet Xanızadə, istərsə də İldırım Bəyazidi oynayan Hamlet Qurbanovun sonda üz-üzə gələrkən dialoqları böyük sənəti nümayiş etdirirdi. Hamlet də atası Ağadadaş Qurbanov, anası Gülzar Həsənova kimi sənət aləminin incisi idi".
Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğlu "Hamletlə işləmək o qədər asan deyildi. Onun öz dünyası vardı, qapalı adam idi", - deyə xatırlayır: "Hamletin düşündüyü ilə sənin təklifin bəzən üst-üstə düşmürdü, ancaq işləməyə yol tapırdın. Mən Hamleti dörd televiziya filmində - "Topal Teymur", "Günahsız Abdulla", "Yollar görüşəndə" və "Evləri köndələn yar"da çəkmişəm. Yadımdadır ki, "Topal Teymur"a bir çox aktyorları, həmçinin Fuad Poladovu dəvət etmişdim. İstəyirdim Fuad tamaşada Orxan rolunu oynasın. Sonra nədənsə alınmadı, o rolu Rafael Dadaşov oynadı. Tamaşa efirə çıxandan sonra Fuad mənə zəng edib dedi: "Açığı deyim ki, sən o rolu mənə təklif edəndə ürəyimdən İldırım Bəyazid obrazı keçirdi. Amma nə yaxşı ki, sən o rolu Hamlet Qurbanova vermisən". Siz aktyorun böyüklüyünə baxın. Ürəyindən keçəni deməyib, üstəlik aktyor yoldaşının uğuruna da sevinib. Fuad hər aktyoru bəyənməzdi. Əgər o Hamletin rolunu bəyənmişdisə, indi görün, o necə oynayıb ki, oyunu Fuadı da valeh etmişdi". Rejissor deyir ki, H.Qurbanov istədiyi rolları oynaya bilib: "Hamletin özünəməxsus danışıq tərzi vardı. Hərdən sözlərin tələffüzünü özünəməxsus şəkildə deyirdi. Roluna o qədər daxil olurdu ki, hətta özünü unudurdu. Heyf ki belə bir sənət adamını tez itirdik. Mən heç vaxt onu unutmuram!".
"Hamletin özünəməxsusluğu, qəribəliyi, heç kəsə bənzəməyən oyun tərzi vardı", - deyə Xalq artisti Rasim Balayev xatırlayır: "Hamlet hətta ömrünün axırlarında "Əliqulu evlənir"də Əliqulu obrazın da oynadı. Baxmayaraq ki, Ağasadıq Gəraybəyli o rola möhür vurmuşdu, Hamlet də özünəməxsus oynadı. Onun rolu da tamaşaçı tərəfindən sevildi və qəbul olundu".
Xalq artisti Səidə Quliyeva mərhum aktyorla bir neçə tamaşada tərəf-müqabil olduğunu xatırlayır: "Mən 1978-ci ildə teatra işləməyə gələndə rejissor Əşrəf Quliyev Şekspirin "Heç nədən hay-küy" tamaşasını hazırlayırdı. Mənə baş rollardan biri verilmişdi. Hamlet Qurbanov tamaşada mənim atamı oynayırdı. Əlbəttə, gənc aktrisanın belə bir teatrda, bu cür böyük sənətkarlarla addımlaması böyük qürur idi. Hamlet çox istedadlı aktyor idi. Elə bil onun qanından istedad axırdı. Onun hər sözü, hər baxışı gənc aktrisa üçün bir məktəb idi.
Daha sonra "Yollar görüşəndə" televiziya tamaşasında həm Hamlet Qurbanovla, həm də anası Gülxar Həsənova ilə birlikdə çəkildim. Nə yaxşı ki, Ramiz Həsənoğlu o tamaşada Gülxar xanıma rol verdi. Gülxar xanım Opera Teatrının bir çox tamaşalarında unudulmaz rollar yaratmışdı, amma televiziya tamaşasında oynadığı bir obrazla yaddaşlara həkk olundu". S.Quliyeva Hamlet Qurbanovun qeyri-adi xarakterindən danışır: "Hamlet çoxdanışan adam deyildi. Əvvəllər elə bilirdim o biganə insandır. Amma bir dəfə İrəvan Teatrında qastrolda olanda onun nə qədər unikal bir insan olduğunun şahidi oldum. Hərdən yemək masasında oturub söhbət edirdik. Mən onda başa düşdüm ki, ondan öyrənməli çox şey var. Çox qürurlanıram ki, Azərbaycan səhnəsində belə bir möhtəşəm aktyor olub. O, Tofiq Kazımovun ən çox sevdiyi aktyorlardan idi". S.Quliyeva sənət dostunun səhhətinə biganə yanaşmasını da xatırlayır: "Hamlet çox məhsuldar aktyor idi, amma səhhətinə o qədər də fikir vermirdi. O, hətta xəstə olanda da məşqlərə, tamaşalara gəlirdi. Məndən yaşda böyük idi, ona nəsə deməyə çəkinirdim. Amma "Ay Hamlet, belə vəziyyətdə niyə gəlirsən?" deyəndə "Evdə otura bilmirəm, xəstəliyimi də teatrın səhnəsində unuduram", - deyə cavab verirdi. Təəssüf ki, Hamletin şəxsi həyatındakı problemləri onun əhvalına və yaradıcılığına da sirayət edirdi. Hamleti dərin fikirlərə aparan həyatı vardı. Atası faciəli şəkildə vəfat etmişdi. Özü onkoloji xəstə idi. Ona yardım olmadı. Bütün bunlar ona pis təsir edirdi. Hamlet ağır şəraitdə dünyasını dəyişdi. Hamlet Qurbanov bu gün yada düşmür. Bizdə talesiz aktyorlar olub. Onlardan biri də Hamlet Qurbanov idi. Amma onun oynadığı rollar, yaratdığı xarakterlər yaddaşlarda əbədi qaldı".
- Narinin anasının həbsxanadakı son halı - tanınmaz halda - FOTO
30 iyul 2025 22:06
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 2025 11:16
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 2025 21:24
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 2025 12:06
- Vüqar Qurbanov baş direktoru işdən çıxardı (FOTO)
25 iyul 2025 12:12
- Könül AYDIN. Mətnşünaslığın sonuncu mogikanı
25 iyul 2025 01:00
- NƏRMİNİ İLKİN ÖLDÜRMƏYİB, qərar ləğv edilsin -Ali Məhkəmə qərar verəcək
24 iyul 2025 09:18
- Bakıda yeni metro stansiyaları tikiləcək - 35,4 MİLYON manat ayrıldı
22 iyul 2025 23:50
- Prezident media nümayəndələrini təltif etdi (SƏRƏNCAM)
22 iyul 2025 01:24
- Birinci mərtəbəni restoran kimi kirayə veririk...
20 iyul 2025 23:36
- 6 dil bilir, Bakıda küçədə yaşayır - Ukraynalı Denisin hekayəsi - VİDEO
31 iyul 00:07
- Vəzir kötücəsinin Afrikada qətli – 7 il öncə bu gün VAQNER jurnalist Orxan Camalı öldürüb
30 iyul 23:18
- Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEOMÜSAHİBƏ
30 iyul 23:08
- katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
30 iyul 22:46
- ABŞ Rusiyadan bu adanı 15 MİLYARDA almaq istəyir : MƏQSƏD NƏDİR ?
30 iyul 22:39
- Narinin anasının həbsxanadakı son halı - tanınmaz halda - FOTO
30 iyul 22:05
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 12:53
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 12:42
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 11:32
- Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
28 iyul 10:43
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 10:23
- Mikayıl İsmayılovun polis rəisi olan qardaşı -uzaq Pirallahıdan Bakının mərkəzinə- vəzifəyə gətirilir...
27 iyul 23:59
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 21:51