Nə istəsə deyir, çünki heç bir məsuliyyət daşımır

Elm və təhsil naziri Emin Əmrullayev cəmiyyətimizi yenə təəccübləndirdi: "Elmi dərəcəsi olmaq və alim olmaq ayrı-ayrı şeylərdir. Alim o şəxsdir ki, onun həqiqətən də elmi məhsulu var. Elmi nəticəsi olmayan adamlara "siz alim deyilsiniz, sadəcə, elmi dərəcəniz var" - deməkdən qorxmasaq, çox irəli gedə bilərik. Elmi tədqiqatı olmayan adamlar özlərinə "alim" dedikcə, elm aşağı gedir".
Nazirin bu fikirlərində həqiqət payı var. Azərbaycanda elmin mənzərəsi necədir? Təxminən 30 il bundan əvvəl Elmlər Akademiyasının həndəvərində rastlaşanların bir-birinə sualı belə olurdu. “Müdafiə edə bildinmi?” Əlbəttə ki, söhbət fəlsəfə doktoru elmi dərəcəsindən gedirdi. İndi sual belədir: “Doktorluğu müdafiə etdinmi?” Yəni elmlər doktoru dissertasiyası elmi dərəcəsini almaq bu qədər urvatsızlaşıb. İndi gələk səbəb-nəticə əlaqələrinə:
Elmdə qohumbazlıq: Elmdə qohumbazlıq amili Azərbaycan qədər bəlkə dünyanın heç bir ölkəsində yoxdur. AMEA-nın nəzdindəki İqtisadiyyat İnstitutunda bir qoca iqtisadçı var. Bütün qohum-əqrəbası elmlər doktorudur. Yaxud kimya istiqamətli bir institutun direktorunun bütün qohum əqrəbası elmlər dokturudur. Universitetlərdə də analoji vəziyyət hökm sürür.
Elmdə yerlipərəstlik: Elmi tədqiat institutunun direktorları anadan olduğu bölgədən olan adamlara elmi dərəcələr almaq və vəzifə tutmaq üçün bütün şəraiti yaradırlar. Yaxud ötən əsrdən etibarən universitetlərdəki kafedralara diqqət edin. Kafedra müdirləri anadan olduğu rayondan olan alimləri başına toplayırdı. Bu epidemiya indi də var. Mən bir Özəl Ali məktəb tanıyıram ki, bütün əməkdaşlar eyni bölgənin adamlarıdır.
Elmdə maddiyyat: Elmlə məşğul olmaq kasıbın işi deyil. Bütün dünyada istedadlar rəğbətləndirilir və dövlət onları qanadının altına alır. Çünki hər bir dövlət üçün inkişafı şərtləndirən əsas göstərici insan kapitalıdır. Orta məktəblərin yuxarı siniflərindən ən istedadlıları tanıyıb onların təhsilinə və elminə dəstək verilməlidir. Onlar maddiyyat ucbatından sönməməlidirlər. Biz onu etmədikcə digər ölkələr onları tapıb əlimizdən alırlar. Fizika üzrə Nobel mükafatı laureatı Əbdüs Salam yazırdı: “Gənc tələbələr və şagirdlər arasında qabiliyyətli və istedadlı olanların itib-batmaması üçün onların təşviq edilməsi vacibdir. Sırf maddi çətinliklər üzündən belə itkilər çox tez-tez baş verir. Ailələr elmdə karyera sahibi olmaq üçün uzun illərin lazımi xərclərini ödəyə bilmirlər.”
E.Əmrullayev məhsuldarlıqdan danışır. AMEA-nın həqiqi və müxbir üzvlərinin bioqrafiyalarına diqqət edin: Orada əsas fəaliyyətlərdən biri kimi yetişdirdirilən alimlərin sayı göstərilir, yəni kəmiyyət faktoru. Və sanki yarış gedir. Təbiət və fundamental elmlər sahəsində bir müasir laboratoriya belə yoxdursa, hansı elmi məhsuldarlıqdan danışmaq olar. Qalır alimlərimizin elmi inkişaf etmiş ölkələrin alimləri ilə müştərək məqalələri. Bu tendensiya ilə də az rastlaşırıq. Dünya humanitar elmlərə fənlərarsı yanaşma tədqiqatı kimi baxır. Bu istiqamətdə də gerilik açıq-aşkar hiss olunur.
Dissertasiya yazdırmaq: Bu hal artıq metastaz vəziyyətindədir. Uşaqlarını qəbul imtahanlarına hazırlaşdıran valideynlər ən yaxşı repetitor axtardıqları kimi, könlündən alimlik keçənlərin tam əksəriyyəti isə normal qiymətə problemsiz dissertasiya yazan axtarırlar. AMEA-nın Fəlsəfə İnstitutunda 10 il Seminar üzvü olmuşam. Müdafiəyə gələnlərin 99 faizi dissertasiyasını üzündən oxuya bilməyib.
Emin müəllimin yuxarıdakı fikrini bir qədər metaforalaşdırsaq deyə bilərik ki, Ali Attestasiya Komissiyası alimlərin deyil, elmi dərəcəlilərin sayını artırır. Təəssüflər olsun ki, E.Əmrullayev Famil Front oğlu Mustafayevlə bu mövzunu müzakirə edə bilmir.
Ən əsası - Dövlət elmin bütün sahələrində aparılan tədqiqatlarla maraqlanmalıdır. Əhəmiyyətli tədqiqat istiqamətləri stimullaşdırılmalıdır. Elm və təhsil nazirliyinin nəzdində olan institutların birləşdirilməsi məsələsinə baxılmalıdır. Elm sahələri üzrə yeni paradiqmaların öyrənilməsi elm və təhsil gündəmimizi zəbt etməlidir. Sual belə qoyulmalıdır. Biz hansı sahələrdə elmi - nəzəri tədqiqatlar apara bilərik? Alimlərimiz nə üçün Elmin populyarlaşdırılmasına ögey münasibət bəsləyirlər? Bütün bunlar onu göstərir ki, mövcud durumumuz və potensialımız elə görünən kimidir.
P.S. Kaş ki, Emin Əmrullayevin də alimlik dərəcəsi olaydı. Onda məhsuldarlığın nə olduğunu gözəl bilərdi. İndi nə istəsə deyir, çünki heç bir məsuliyyət daşımır...
Etibar Əliyev,
Sabiq millət vəkili, Fəlsəfə doktoru
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR
11 aprel 2025 11:39
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
7 aprel 2025 11:43
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
6 aprel 2025 22:05
- Azərbaycanda atların sayı niyə AZALIR?
6 aprel 2025 21:31
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 2025 00:40
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35